SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda AA seriyalı taksilər kimindir?

Bakıda AA seriyalı taksilər kimindir?

Tarix:

8-09-2017, 10:34

/ 93 699 dəfə oxundu.
Bakıda AA seriyalı taksilər kimindir?

Son günlər paytaxtda taksi fəaliyyəti ilə məşğul olan AA seriyalı avtomobillərə rast gəlinir. AA seriyası xalq arasında əsasən "dövlət maşınları” kimi tanındığından mənzərə maraq doğurur.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Cebhe.info vasitəsilə bu məsələyə aydınlıq gətirib:

"Azərbaycanda AA seriyası ilə fəaliyyət göstərən taksilər hüquqi şəxslərə məxsusdur. Fiziki şəxsin adına AA seriyalı avtomobil ola bilməz. Hüquqi şəxs bank, müxtəlif şirkət, dövlət müəssisəsi də ola bilər. Bu cür avtomobillərin taksi kimi fəaliyyət göstərməsi də normaldır. Ola bilər ki, kiməsə icarəyə verilsin. Burada qanunsuz bir əməl yoxdur”.

Şərhlər

XƏBƏR LENTİ