yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Təhsil Nazirliyinin “qaranlıq adamı” hədəfdə: - Fərzəli Qədirov "vurulur"

Təhsil Nazirliyinin “qaranlıq adamı” hədəfdə: - Fərzəli Qədirov
8-09-2017, 09:38 89 857 dəfə baxılıb
yüklənir...

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirova cinayət işi açıla bilər.
Bu barədə daxil olan ilginc məlumatda bildirilir.
Məlumata görə, Misir Mərdanovun nazir olduğu dönəmdə “qaranlıq” işlərlə məşğul olan və Mikayıl Cabbarovun da toxuna bilmədiyi Qədirovla bağlı xeyli şikayət var. Onun təhsil sahəsində şəbəkələşməsi və korruspiyaya yol verən əsas kadr olması hər kəsi narahat etməyə başlayıb.
Mənbə bildirir ki, “Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması” şöbəsi ləğv olunsa belə, yeni komandada yeni şöbədə öz mövqeyini qoruyub saxlayan Qədirovla bağlı araşdırmalara qərar verilib.
Onun sözlərinə görə, artıq cəmiyyətdə və hakimiyyətdə Mikayıl Cabbarova da inanmsızlıq var. Avropa təhsilli nazirin dəyişiklik edəcəyini gözləyənlər onun Misir Mərdanovun ən korrupsioner məmurunu yanında saxlamasının belə şübhəli olduğu qənətindədirlər.
İddialara görə, təhsil sektorunda çirkli pullara nəzarəti də Fərzəli Qədirov yerinə yetirir. Bu xüsusi “əməyi”nə görə onun bu yaxınlarda vəzifə yüksəlişi da istisna edilmir. Maraqlı odur ki, Təhsil Nazirliyində məsul vəzifə tutan F.Qədirov öz ailəsinin də bu sektorda imkanlarını genişləndirir. Onun hətta Ramiz Mehdiyevin kadrı olduğunu iddia edənlər də var. Bu söz-söhbətlər də Qədirovun fəaliyyətinin araşdırılmasına səbəb olub.
Mənbə deyir ki, Təhsil Nazirliyinin aparat rəhbərinin müavininin yaxın zamanlarda həbs olunması da istisna edilmir. Hətta Qədirovu himayə edənlər belə bu dəfə ona sahib çıxa bilməyəcəklər, – mənbə deyir.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət öyrənə bilmədik.

AzToday.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Qedirov, , Tehsil, Nazirliyinin, qaranliq, adami, hedefde, vurulur, Ferzeli
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ