SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Heydər Əsədov bunları bilirmi? - ŞİKAYƏT

Heydər Əsədov bunları bilirmi? - ŞİKAYƏT

Tarix:

7-09-2017, 09:35

/ 39 273 dəfə oxundu.
Heydər Əsədov bunları bilirmi? - ŞİKAYƏT

"Eyni gündə azı qırx inək başını yerə qoydu, səbəbi hələ də bilinmir". Bunu Ağdaşın Yenicə kənd sakinləri deyir. Bu il sentyabrın 3-də kənddə azı 40 inək canını tapşırıb. Kənd sakinlərinin deməsinə görə, onlara bildirilib ki, səbəb gənəyə qarşı dərmandır.
Kənd sakini Musa Əsgərov: "İnəkləri gənəyə qarşı "biastol" məhlulu ilə dezinfeksiya etmişik. Bundan az sonra inəklər bir-bir ölməyə başladılar. Bir deyil, iki deyil, qırxa yaxın heyvandır. O heyvanın birinin dəyəri 1500-1700 manatdır. Elə kəndli var ki, inəklərinin hamısı qırılıb. Bunun zərərini kim ödəyəcək, bilmirik".
Ancaq kəndlilər deyir, heyvanların dərmandan tələf olması da ehtimaldır. Ola bilsin ki, inəklər içdikləri sudan, yaxud yemdən zəhərləniblər. Məsələn, Rəvan İsgəndərov suyu da heyvanlarına üfürə-üfürə verir: "Birinin üç, birinin beş, birinin on, birinin on beş inəyi - yəni belə... Demək olar ki, hər məhəllədən heyvanı ölən var. Mən də öz heyvanlarımı izolyasiya etmişəm, suyu da maşınla alıram. O vaxta qədər ki, kənddə qırx heyvanın bir anda ölməsinin səbəbi dəqiqliyi ilə bilinməyəcək, məcburam ki, heyvanları sudan, yemdən qoruyam. Baytarların dərmandan zəhərlənmə ehtimalı da, hələ ki, ehtimal olaraq qalır".
Heyvanı ölən kəndlilər ilk olaraq kənddəki aptekə "hücum çəkiblər". Onlar heyvanların ölmə səbəbini aptekdən alınan dərmanla dezinfeksiyada görüblər. Aptekin satıcısı bildirib ki, dərman götürdüyü firma ilə əlaqə saxlayıb. Firmadan bildirilib ki, eyni dərmandan alıb istifadə edən başqa təsərrüfat sahiblərindən oxşar şikayət gəlmədiyindən dərmanı "günahlandırmaq" əsassızdır.
Ağdaş rayon baytarlıq idarəsindən isə bildirilib ki, heyvanların kütləvi ölümü gənəyə qarşı dərman preparatı ilə dezinfeksiyadan bir neçə dəqiqə sonra baş verib. Ölən heyvanlara baxış keçirilib və dərmanın təsiri nəticəsində onların ağ ciyərlərinin parçalandığı məlum olub. Mütəxəssislər bildirir ki, belə tip dərman preparatları qədərində və təlimata uyğun istifadə olunmadıqda fəsadları heyvanların ölümüylə nəticələnir.

Şərhlər

XƏBƏR LENTİ