yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Əhməd Vəliyev də narazılıq yaradır - ŞİKAYƏT

Əhməd Vəliyev də narazılıq yaradır - ŞİKAYƏT
6-09-2017, 14:48 54 546 dəfə baxılıb

«İş başlayar və tezliklə də yekunlaşar. Bunlarsa istədikləri vaxt yolları iflic edirlər, istədikləri vaxt işləri səhərədək davam etdirirlər, sonra dayandırırlar. İnsanlar elə yenicə sakitlik tapmağa başlayanda həngamə təzədən başlayır». Bunu Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsinin sakinləri deyir.

Sakinlərin iddiasına görə, «Koroğlu küçəsi, 2» ünvanında aparılan tikinti işləri burada yaşayanların gecəsini-gündüzünə qatıb: «Gecə-gündüz bilmirlər, ağırtonnajlı maşınlar dəstə-dəstə gəlib gedir, səhərədək iş dayanmır, ərazidə yaşayanların rahatlığı əlindən alınıb. Gətirib qaldırıcı kranları düzürlər yola, tıxaclar yaradırlar, adamlar evlərinə gedib gələ bilmir, maşın hərəkət edə bilmir».

Tikinti işləri Odlar Yurdu Universitetinin ərazisində aparılır. Bir neçə aydır ki, burada gedən genişmiqyaslı tikinti işləri sakinləri cana yığıb. Onların iddiasına görə, bu işlər qanunla müəyyən olunmuş saatlarda yox, səhərədək aparılır: «Ərazidə evlər sıx yerləşir. Yüzlərlə ailə səhərədək yata bilmir. Universitet rəhbərliyinə də müraciət etmişik. Deyirlər, bir az da dözün, 10-15 günlük iş qalıb. Ailələrdə xəstə, qoca, uşaq var. Səhərədək betonqarışdıranların qulaqbatıran səsinə dözməli oluruq».

Sakinlərin iddiasına görə, tikinti ərazisinin ətrafında da təhlükəsizlik tədbirləri görülməyib və bu vəziyyət həm ətrafda yaşayanların, həm də oradan ötənlərin həyatına təhlükə saçır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ShKAYET, , de, naraziliq, Ehmed, yaradir, Veliyev
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ