SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanovun və nazir Ramil Usubovun adından sui-istifadə edilir...- ŞİKAYƏT

Cavid Qurbanovun və nazir Ramil Usubovun adından sui-istifadə edilir...- ŞİKAYƏT

Tarix:

5-09-2017, 09:47

/ 59 339 dəfə oxundu.
Cavid Qurbanovun və nazir Ramil Usubovun adından sui-istifadə edilir...- ŞİKAYƏT

Prezident Aparatı qarşısında özünü yandırmağa cəhd edən Keşlə Dəmir Yol Yük heyətində çalışan fəhlə polis tərəfindən nəzarətə götürülüb. Məlumat mediaya sızdıqda isə KYH bu məsələni ört basdır etməyə çalışılıb. Dövlət qurumlarına şikayət edən vətəndaşların şikayətinə baxılmaması və buna görədə canına qəsd etməyə cəhd edildiyi bildirilən fəhlə bu gündə qanunsuzluqlarla üz-üzə qaldığın deyir.
Bu idarədə mənəm, Bağdatda isə kor xəlifə misalını, elə buna misal olaraq çəkmək olar. Müraciət edən Nərimanov Rayonunda yerləşən Keşlə Dəmir Yol Yük heyətinin fəhlələridir. Redaksiyamıza müraciət edən fəhlələrin adından danışan Yeni Azərbaycan Partiyasının üzvü olan MirzəMəmmədov Zaman Nəsir oğlu qeyd edir ki, elindən-obasından çıxaraq paytaxtda bir tikə ailəsi üçün çörək qazanmağa gəlib. İş tapa bilmədiyi üçün illərdir ki, Keşlə Dəmir Yol Yük Heyətində fəhlə olaraq çalışmaqdadır. Amma burada da ona çörək qazanmağa maniələr yaradılır. Dəmir Yol QSC nin Nərimanov rayon Keşlə Yük Heyətinin rəisi Maarif Niyazov və Yük daşıma heyətinin polis rəisi Asif Usubovun qanunsuz tələbləri və təziqləri onların problemlərini artırmaqdadır. Beləki ölkə rəhbərinin Azərbaycan xalqının rifahı üçün apardığı mübarizə heçdə bu şəxslərin vecinə deyildir ki, buda onların fəhlkədən qanunsuz tələbləri ilə əyani olaraq aydınlaşmaqdadır. Aparılan islahatlara baxmayaraq rüşvət və ailə podratçılığı Keşlə Dəmir Yol Yük heyətində Maarif Niyazov və Polis rəisi Asif Usubov tərəfindən geniş vüsət almaqdadır deyə Zaman qeyd edib.
Dəmir Yol Yük heyətində qalmaqala yol açan M.Niyazov, əvvələr Ziya Məmmədovun adından bu gün isə Cavid Qurbanovun adından fəhlələrdən pul tələb edir. Etibarlı mənbələrdən eldə etdiyimiz məlumata görə M.Niyazov Ziya Məmmədovun kadrlarından olmaqla ona sadiqliyini nümayiş etdirməkdən belə çəkinmir.
Redaksiyamıza müraciət edən fəhlə sinifinin bir sıra nümayəndələri haqqlarının qorunmasını tələb edirlər. Quba rayon sakini paytaxtın Nərimanov rayon Dəmir Yol Yük heyətində Mirzəməmmədov Zaman Nəsir oğlu qeyd edib ki, onlaradan KDYYH-nin rəisi M.Niyazov və KDYYH-nin polis rəisi A.Usubov əlbir olaraq fəhlələrə qarşı zülm etməkdədirlər. Keşlə Dəmir Yol Yük heyətinin rəisi qeyri qanuni fəaliyyət növlərinə şərait yaradaraq fəhlə istirahət yerlərini belə icarəyə verərək qanunsuz fəaliyyətinə haqq qazandırmaqdadır. “Burda Mənəm Bağdatda kor xəlifə” misalını həyata keçirməkdədir – desək yanılmarıq.
KDYYH-nin rəisi M.Niyazov qanunsuz olaraq Keşlə Dəmir Yol Yük heyətinə məxsus ərazini restoran və maklerlərə icarəyə verərək fəhlələrə isə haqq tətbiq edərək hər bir işdən qeyri qanuni qazanc əldə etmək məqsədləri güdməkdədir. KDYYH-yə gələn yoxlama zamanı isə qeyri qanuni Əmək Müqaviləsi olmadan işlətdiyi Fəhlələrə sahib çıxmayan Maarif Niyazov biz fəhlələrin işinə qarışmırıq cümləsi ilə vergi yoxlamasından canını qurtarmışdır. Burada baş verən oyunları fəhlələrin dilindən eşitdikdə isə insan burda necə işləyə bilər sualı yaranmaqdadır. əlacsızlıqdan bütün təhqir və tənqidlərə məruz qalan fəhlə sinifi yeganə ümüd yeri olaraq Prezident və Birinci Vitse-Prezidentdən kömək istəyirlər.
Maarif Niyazov fəhlələrə qənim kəsilməsi və onlar arasında öz adamlarını yerləşdirərək onlardan haqq tələb etməsi barədədə söhbət açan fəhlələr, biabırçı bir mənzərədən danışdılar. Rəşad Cəbrayılov adlı M.Niyazovun sadiq adamı makler kimi ortalıqda quyruq bulayaraq fəhlələrdən zorla heyət rəisi ilə polis rəisinə pul toplamaqdadır. Bir müddət əvvəl işlə bağlı R.Cəbrayılova müraciət edən fəhləyə əxlaqa sığmayan biədəb ifadələr işlədən bu şəxsin fəhlə tərəfindən yüksək dairələrə şikayət edib. R.Cəbrayılovun "fəhləyə butulka gətir içini sidiklə doldurum apar evinə" ifadəsinə görə, şikayət edib. Bu şikayətdən sonra R.Cəbrayılov fəhləni təhqir edən ifadəsinə görə bölməyə çağrılıb. Keşlə Dəmir Yol Yük heyətinin polis idarəsində işləyən Sənan Babayev tərəfindən hədələrə məruz qalıb. S.Babayev onu çağıraraq R.Cəbrayılovun arxasında mən durmuşam ged şikayətini geri götür, yoxsa səni bu idarənin həndəvərindən sürgün edərəm deyərək hədələyib. Savadsızlığından hədə qorxudan çəkinən Cəlal adlı fəhlə isə şikayətini geri götürmək məcburiyyətində qalıb.
Fəhlələr redaksiyamıza məlumat verərək bu gündə qanunsuz olaraq Cavid Qurbanovun adına Maarif Niyazovun onlardan hər vaqona görə, 20 manat yığdığın qeyd ediblər. Həmin məbləği vermədikdə isə onları yük boşaltmada işləməyə imkan vermirlər. Bundan öncə isə Sənan Babayev qondarma firma yaradaraq illərlə 10 manatdan yığım əmri verərək həmin firmanın balansına keçirdib. Bundan sonra rəis təyin edilən Asif Usubov S.Babayevin yaratdığı firmanı ləğv edərək pulların cənab Nazir Ramil Usubovun adından hər vaqondan 10 manat pul yığılacağını və bu pulların birbaşa nazirə çatacağın deyib. Ceyhun adlı təhlükəsizlik əməkdaşı isə hər vaqondan 2 manat, Yükə girən hər bir sürücüdən 10 manat, yük gəlmədiyi təqdirdə ərazidə dayanan yük maşınlarından ayda 50 manat məbləğində qeyri qanuni pullar yığılmaqdadır –deyə vətəndaşlar qeyd edir. Məsələ ilə bağlı Dəmir Yol Polis idarəsinin ÇAŞ-ın rəisi əraziyə gəldikdə, bizə verilən məlumatlar onada fəhlələr tərəfindən verilməsinə baxmayaraq O, qeyd edib ki, kim hardan nə pul yığdı bunun sizə nə aidiyyatı sizin əsas istəyinizin nədən ibarət olduğunu deyin deməklə kifayətlənib. Fəhlələrin bu iddiası nə qədər əsaslı olub olmamasın qeyd edə bilməsəkdə bu fəhlələrin iddiasıdır.
DİN-nin 102 qaynar xəttinə şikayətlər belə cavabsız qaldığı bildirilir.
Bu mövzu ilə əlaqədar şikayət edən fəhlələrə zülm edirlər ki, yolları bağlayaraq yükün vaqonlardan uzaq məsafəyə fəhlələrin əziyyətlə daşımasına səbəb olur. Yolun bağlanması yükün iki ssat içində boşaldıla biləcəyi halda bu prosses 4-6 saat çəkir. Bu edilən zülmün isə məqsədi, onların etdiyi şikayətlərinin geri götürülməsinə nail olmaqdır.

Qarşı tərəfində mövqeyin bildirmə hüququ olduğundan onları dinləyib mövqeylərini dərc etməyə hazırıq.

Mövzu diqqətimizdədir.

BakuNews.az

Şərhlər

XƏBƏR LENTİ