SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əfqan Muxtarlının şikayəti təmin edilmədi

Əfqan Muxtarlının şikayəti təmin edilmədi

Tarix:

31-08-2017, 16:44

/ 159 533 dəfə oxundu.
Əfqan Muxtarlının şikayəti təmin edilmədi

Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə Səbail rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətə baxılıb.

Hakim Mirpaşa Hüseynovun icraatında olan prosesdə qərar elan olunub.

Qərara əsasən, Ə.Muxtarlının şikayətini təmin edilməyib.

Rəsmi məlumata görə, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb. Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Ə.Muxtarlı isə ittihamları qəbul etmir.

Şərhlər

XƏBƏR LENTİ