SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Azərmetal”ın baş direktoru Miri Qəmbərova müraciət etdi - QALMAQAL

“Azərmetal”ın baş direktoru Miri Qəmbərova müraciət etdi - QALMAQAL

Tarix:

31-08-2017, 09:25

/ 143 607 dəfə oxundu.
“Azərmetal”ın baş direktoru Miri Qəmbərova müraciət etdi - QALMAQAL

“Çox hörmətli sədr, bəlkə Cənab Prezidentin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına hörmətlə yanaşıb Əmlak Komitəsindən tələb edəsiniz ki, «Azkontrakt»ın tabeliyindəki ikicüt-birtək idarələrin də özəlləşməsinə imkan versinlər…»
“Azkontrakt” Dövlət Korporasiyasının tabeliyindəki “Azərmetal” Birliyinin baş direktoru Şahin Abbasov olmaqla, birliyin işçiləri adından müraciət daxil olub. Müraciət “Azkontrakt” SC-nin sədri cənab M.Qəmbərova ünvanlıdır. Müraciət müəllifləri sədrdən xahiş edirlər ki, özəlləşməyə mane olan hədəflərin aradan qaldırılmasına nail olsun, Prezidentin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına hörmətlə yanaşıb Əmlak Komitəsinin sədri Kərəm Həsənovdan «Azkontrakt»ın tabeliyindəki ikicüt-birtək idarələrin də özəlləşməsinə imkan verməyən səbəblərin araşdırılmasını təmin etsin. Aşağıda həmin müraciəti ixtisarla təqdim edirik:
“Azkontrakt” SC-nin sədri cənab M.Qəmbərova!
Çox hörmətli Miri müəllim!
Biz “Azərmetal” Birliyinin kollektivi, Sizə dəfələrlə şifahi olaraq müraciətlə bildirmişik ki, Prezidentin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq neçə aydır Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən müvafiq araşdırma və sənədləşdirilmə aparılaraq idarələrimizin balansında qalan torpaq sahəsi və digər əmlakların hərraca çıxarılaraq satılması qərara alınmışdır. Lakin Sizə şifahi müraciətlərimizin nəticəsi olmadığından, bu dəfə yazılı müraciət edik ki, bəlkə bir nəticə oldu. Hörmətli Miri müəllim!
Siz də bilirsiniz ki, hər bir baş idarənin rəhbərliyi tabeliyində olan strukturların bütün problemlərinin məsuliyyətini daşıyır. Bizim sədr olaraq Sizin qarşınızda tapşırıqlarınızı yerinə yetirmək öhdəliyimiz varsa, Sizin də sədr olaraq bizim problemlərimizin həllinə cavabdehliyiniz və rəhbər məsuliyyətiniz var. Biz başa düşürük ki, Əmlak Komitəsində Sizin rəsmi müraciətlərinizə başdansovdu cavab verərək, bir az da gözləməyi dolayısı ilə xahiş edirlər. Amma kollektiv üzvlərinin və mən Şahin Abbasovun, eləcə də Sizin sədr olaraq, yaşımız imkan vermir ki, daha 5-10 il də gözləyək. Axı, bir də nəyi və kimir gözləməliyik?! Cənab Prezident İlham Əliyevin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı vardır və bu artıq o deməkdir ki, gözləməyə hüququmuz da yoxdur. Elə isə, Siz kimi və nəyi gözləyirsiniz? Niyə cənab Prezidentə rəsmi qaydada müraciət etmirsiniz ki, Əmlak Komitəsinin rəhbərliyi niyə Respublikanın ən ucqar bölgələrindəki çayxana və ticarət budkaları, sınıq-salxaq texnikaları hərraca çıxarır, gözdən pərdə asmaq üçün yuxarılara və ictimaiyyətə hesabat verir, amma təkcə bizim Bakı şəhəri, H.Əliyev prospektində (“Atletlər Evi” ilə üzbəüzdə) yerləşən idarə binasının və torpaq sahəsinin, digər əmlakımızın hərraca çıxarılmasını hələ də təmin etmir? Ya bizə bildirilsin ki, Prezidentin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı bizə aid deyil, ya da…
Miri müəllim, problem nədir, gəlin onun yolunu axtaraq tapaq. Vaxtilə 100-dən çox işçisi olan birliyimizin indii 5-10 nəfər dözüb qalan və özəlləşməni gözləyən işçisi var. Qalanları ailəsini dolandırmaq üçün başqa sahələrə çıxıb getdilər, bəziləri yaş həddinə görə dünyasını dəyişdi. Bəlkə qalanların da bu «metodla» aradan çıxarılması planı var?!
Bilirsiniz ki, bizim torpaq sahəmizin demək olar əsas hissəsi kimlərə satıldı, hansı ki, o məmurların «Azkontrakt»a dəxli yox idi. Sonra qalan ərazilərimizi “Azərsutikinti” SC-nin sədri, Prezident Administrasiyasının sabiq şöbə müdiri olmuş Yusif Hümbətov aldı. O, bizim başımızın üzərindən bazamızın torpaq sahəsini elə formada özəlləşdirib ələ keçirib ki, indi vaxtilə balansımızda olmuş 12 ha sahədən bizə qalan 85 sot torpaq sahəsini necə özəlləşdirəcəyimizi belə bilmirik. Neçə illərdir ki, hətta biz idarəmizə daxil ola bilmirik, birliyin darvazası Yusif Hümbətovun ələ keçirdiyi ərazidə qalıb. Yusif Hümbətov faktiki olaraq bizi oyundan kənar vəziyyətə salıb, torpaq sahəmizi elə bir kökə salıb ki, eskiz sənədlərindən heç bir memar belə baş çıxara bilməz, o cümlədən Dövlət Əmlak Komitəsinin mütəxəssisləri də.
Miri müəllim, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 17 dekabr tarixli fərmanı ilə yaradılmış “Azkontrakt”ın tabeliyinə verilən idarə və müəssisələri, onların milyard manatlarla ölçülən əmlaklarını da unutmusunuz? Bəlkə Baş nazir Artur Rasizadənin 05.07.1997-ci il tarixli, 131 saylı sərəncamını da unutmusunuz? Unutmusunuzsa, yadınıza salırıq ki, Baş nazir A.Rasizadə 05.07.1997-ci il, 131 saylı sərəncamı ilə “Azərkontrakt” Səhmdar Cərniyyətinin strukturuna daxil edilmiş müəssisə və obyektlərin siyahısını təsdiqləmişdi. 20 il əvvəlki Siyahıü belə idi:
-”Azərmetal” topdansatış ticarəti birliyi və onun Bakı şəhəri, Moskva prospekti, 98 ünvanda yerləşən anbar təchizat şahəsi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
-”Azərmaşavadanlıq” idarəsi və onun Bakı şəhəri, Nobel prospekti, 36 və
M.Qaşqay küçəsi, 100 ünvanlarında yerləşən anbar tesərrüfatları (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
-”Yüngül və yeyinti sənayesi məhsullarının topdansatış birliyi”, “Azəryüngülyeyintisənaye” və onun Bakı şəhəri, Nobel prospekti, 10 və Nizami küçəsi, 149 ünvanlarında yerləşən anbar təsərrüfatları(”Azərkontrakt” Səhmdar Cəmiyyəti)
-”Azkontrakt” Səhmdar Cəmiyyəti (“Azərkontrakt” Səhmdar Cəmiyyətinin Moskva şöbəsi)
-Texniki vasitələrin kirayə müəssisəsi-”Azərkirayə” (“Azərkontrakt” Şəhmdar Cəmiyyəti)
-”Azərətsüd”- icarə müəssisəsi və onun Bakı şəhəri, Montin qəsəbəsi, Köndələn küçəsi-2 ünvanda yerləşən soyuducu bazası (keçmiş Ticarət Nazirliyi)
-”Baqqaliyyə malları üzrə respublika topdansatış ticarəti “Azərbaqqaliyyə” kontoru və onun Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi).
-”İstehsalat avtoekspedisiya” birliyi və onun Bakı şəhəri, Xırdalan qəsəbəsi, Şamaxı şossesi, 6 ünvanda yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi)
-”Azintreyd” xarici ticarət birliyi (keçmiş Ticarət Nazirliyi)
-Qax rayonunda yerləşən istirahət evi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)».
İndi soruşmaq yəqinki yerinə düşər, hanı həmin müəssisələr və onların əmlakları, torpaq sahələri? Yoxdur! Çünki özəlləşmədən qabaq onları ələ keçirib özününküləşdiriblər. Bunu araşdırmaq dövlət orqanlarının işidir. Amma Miri müəllim, Sizin işiniz tabeliyinizdə qalmış bir neçə strukturun əmlakının özəlləşməyə çıxarılmasını təmin etməkdir. Hər bir evin, idarənin, nazirliyin böyüyü-sözü keçəni olduğu kimi, «Azkontrakt»ın da ağsaqqalı və böyüyü, söz yiyəsi Sizsiniz. Bir daha xahiş edirik, ü3zərinizə düşən bu bö.yük məsuliyyətə uyğun olaraq «Azkontrakt» ASC-nin tabeliyindəki müəssisələrin əmlaklarının hərraca çıxarılmasının təmin edilməsi üçün Əmlak Komitəsinin rəhbərliyinə təsir edin. Yox, əgər təsir imkanınız məhdudlaşıbsa, icazə verin biz Prezident Administrasiyasına gedib sözümüzü deyək. Ən azı, hamı, cümlədən Əmlak Komitəsindəkilər bəhanələri bir kənara qoyub Prezidentin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanının şəksiz yerinə yetirilməsini təmin etməlidir.
Dərin hörmətlə:
Şahin Abbasov,
“Azərmetal” Topdansatış Birliyinin baş direktoru.

tezadlar.az

Şərhlər

XƏBƏR LENTİ