SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Alış-veriş saytlarında fırıldaqçılardan necə qorunmaq olar? (ŞƏRH)

Alış-veriş saytlarında fırıldaqçılardan necə qorunmaq olar? (ŞƏRH)

Tarix:

30-08-2017, 13:45

/ 139 374 dəfə oxundu.
Alış-veriş saytlarında fırıldaqçılardan necə qorunmaq olar? (ŞƏRH)

İnternet insanların həyatını böyük ölçüdə asanlaşdırır. Məsələn, artıq alış-veriş etmək üçün evdən çıxmağa gərək yoxdur. Onlayn alış-veriş saytlarını açırsan və iş elanından tutmuş, kirayə evlərə, işlənmiş əşyalara qədər hər şey tapmaq olur.
Bu cür alış-veriş üçün dünyada bir neçə böyük saytlar var. Onlayn ödəniş edərək dünyanın istənilən yerindən istədiyin əşyanı, geyimi sifariş verirsən və poçt vasitəsilə əldə edirsən. Tanınmış sayıtlarda alıcının da, satıcının da hüquqları qorunur. Lakin...
Son dövrlərdə Azərbaycanda da bu cür saytların sayı sürətlə artır. İş elanları, mənzillərin satışı və kirayələnməsi, telefon aksesuarlarından tutmuş, satıla biləcək hər şeyi əldə etmək olar. Bəs bu alış-verişə nəzarət edilirmi? Alıcıların hüquqları necə qorunur?
Son dövrlər daxil olan şikayətlər göstərir ki, bu cür saytlar sərfəli olduğu qədər də təhlükəlidir. Şikayətçilərdən biri - Leyla Kazımova bildirir ki, bu günlərdə elan saytlarından biri vasitəsi ilə "Samsung Galaxy Note 4" telefonuna ekran alıb:
"Həmin saytda "Samsung Galaxy Note 4"ün ekran şüşəsinin satılması ilə bağlı elan yerləşdirilmişdi. Satıcı ilə əlaqə yaradıb almaq istədiyimi bildirdim. Neftçilər metrostansiyasında görüşdük. Mən ona 100 AZN ödəniş etdim. Heç vaxt ekran görmədiyim üçün orjinal olub-olmadığını anlaya bilmədim. Daha sonra telefon ustasına təmir üçün müraciət etdikdə o, bunun ekran deyil, sadəcə şüşə olduğunu bildirdi və əsl qiymətinin 3 manat olduğunu dedi. Dərhal polisə şikayət etdim. Hələ ki, adam tapılmayıb".
Bəs fırıldaqçıların qurbanın çevirilmiş alıcıların hüquqlarını kim qorumalıdı? Bu sualla müraciət etdiyimiz hüquqşünas Ələsgər Məmmədli bildirdi ki, bu cür saytlara hüquqi nəzarət yoxdur və alıcılar çox ehtiyatlı davranmalıdır:
"Bu cür məsələlərdə alıcılar ilk növbədə etibar etdikləri saytlardan alış-veriş etməlidirlər. Amazon, Ebay bu kimi tanınmış saytları misal göstərmək olar. Yoxsa, hər kəs sayt yarada bilər. Amma görmədən-bilmədən onlara etibar etmək təhlükəlidir. Bəzən belə saytların harda, kimin adına qeydiyyatda olduğunu belə tapmaq olmur. Ona görə də nəsə almazdan əvvəl həmin saytın hansı şirkətə və ya şəxsə məxsus olduğunu, qeydiyyatdan keçdiyi ünvanı dəqiqləşdirmək lazımdır. Ola bilər ki, saytın yerləşdiyi ünvan haqqında məlumat var, lakin orda yerləşmir. Bu cür məlumatlar olmadan sifariş vermək təhlükəlidir. Ola bilər ki, heç bu cür saytlar Azərbaycanda olmaya bilər və alıcılardan pul yığıb yoxa çıxar. Bu zaman alıcıları hüquqi cəhətdən qorumaq daha çətin olur".

"Qaynarinfo"

Şərhlər

XƏBƏR LENTİ