SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Tender Kralı” Ramazan Məmmədov Vidadi Zeynalov üçün “VİP” otaq hazırlatdırıb

“Tender Kralı” Ramazan Məmmədov Vidadi Zeynalov üçün “VİP” otaq hazırlatdırıb

Tarix:

30-08-2017, 10:05

/ 57 269 dəfə oxundu.
“Tender Kralı” Ramazan Məmmədov Vidadi Zeynalov üçün “VİP” otaq hazırlatdırıb

Ramazan Məmmədovun “Akula” ləqəbli cinayətkar AkiF Mustafayevlə hansı əlaqələri olub?

Dövlətə vurduğu külli miqdarda ziyan və vəzifə səlahiyyətlətindən şəxsi maraqları üçün istifadə edərək həbs edilən və barəsində 13 il iş kəsilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalovla bağlı ilginc məlumat yayılıb.

Zeynalovlar ailəsinə yaxın olan şəxsin verdiyi məlumata görə, keçmiş aparat rəhbəri hazırda müalicə olunduğu Penitensiar Xidmətin Müalicə Müəssisəsində özünə yüksək lüks şəraiti olan otaq hazırlatdırıb. Xatırladaq ki, “Rabitə İşi” cinayətində təqsirləndirilən keçmiş aparat rəhbərinə oxunan hökmdən bir neçə gün sonra o, Penitensiar Xidmətin Mülaicə Müəsissəsinə köçürüldü. Zeynalovun müalicə müəsissəsinə köçülüməsini isə vəkilləri xəstəliyinin şiddətli olması ilə əlaqələndirərək, məhkumun burada müalicə olunduğunu bildirdilər. Ancaq məsələ ilə bağlı Danışan məlumatlı şəxs bildirir ki, Vidadi Zeynalov məhbus həyatını yaxşılaşdırmaq üçün müalicə mərkəzinə köçüb.
Daxil olan məlumatlarda iddia olunur ki, Vidadi Zeynaolovun müalicə müəsissəsinə köçürülməsini onun ortağı və mətbuatda Bakı şəhər İcra Hakimiyyətinin “tender kralı” kimi tanınan Ramazan Məmmədov təşkil edib. Məlumatda bildirilir ki, Ramazan Məmmədov Vidadi Zeynalova hökm oxunmamış onun üçün Penitensiar Xidmətin Müalicə Müəsissəsində yaxşı bir otaq hazırlatdırıb və onu yüksək standarrtlara cavab verən şəraitdə təmir etdiribmiş. Bu lüks otaq “tender kralı”na 60 min manata başa gəlib.
Həmçinin, məlumatda iddia olunur ki, hər ay xidmətin müalicə müəsissəsinin rəisinə Vidadi Zeynalov üçün 5 min manat “hesab” ödənilməlidir. Bu prosesi də Ramazan Məmmədovun öz üzərinə götürdüyü məlumatda əksini tapıb.
Xatırladaq ki, Vidadi Zeynalova hökm oxunmamışdan bir neçə həftə öncə ölkə mətbuatında “tender kralı” Ramazan Məmmədovun sabiq aparat rəhbərinin azadlığa çıxaması və yaxud cəzasının yüngülləşdirilməsi üçün hakimiyyətin yuxarı dairələri ilə danışıqlar aparması barədə informasiyalar yer alımışdı. Həmin məlumatda vurğulanırdı ki, “Ramazan Məmmədov gecə-gündüz hakimiyyətin müxtəlif kanalları ilə təmasda olur. Hacı Ramazan yaxın adamlarına açıq-aşkar bildirib ki, Vidadi Zeynalovun həbsdən azad olunması üçün lazım olsa, 30 milyon dollar verməyə hazırdır. “Tenderlər kralı”nın eyni təklifi bir neçə vəzifəli şəxsə də müraciət etdiyi qeyd olunur. Mənbə iddia edir ki, hazırda hakimiyyət dairələrində Ramazan Məmmədovun əsas çıxış kanalı Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovdur. Lakin “MTN işi”ndə və “Rabitə işi”ndə Əli Əsədovun adının davamlı olaraq hallanması, bir zamanlar çox qüdrətli olan prezident köməkçisinin nüfuzunu hakimyyət içində xeyli zəiflədib. Lakin adının qalmaqallı işlərdə yer almasını istəməyən Ədi Əsədov Ramazan Məmmədovun Vidadi Zeynalovla bağlı təklif və xahişlərini geri çevirib və bu məsələyə qarışa bilməyəcəyini açıq deyib. Patronunun onu geri çevirməsindən sonra isə Ramazan Məmmədovun başqa qapılar döydüyünü, lakin hələ də müsbət cavab ala bilmədiyi bildirilir”.
Bildirək ki, Vidadi Zeynalovun dövlətə vurduğu 7 milyon 330 min 536 manat ziyanın ödənilməsi üçün evini 2 milyon manata satması barədə ölkə mətbuatında ilginc iddalar ortaya atılmışıdı. Həmin iddialarda qeyd edilirdi ki, “Vidadi Zeynalovun ailəsinə yaxın olan mötəbər mənbənin mediaya ötürdüyü məlumata görə, keçmiş aparat rəhbərinin evini, ortağı Ramazan Məmmədov alıb. Məlumatlı şəxs bildirir ki, Ramazan Məmmədov həmin evə sahiblənmək üçün yox, sadəcə ortağına kömək göstərmək üçün bu addımı atıb. 2 milyon manata “satılan ev” yenə də Vidadi Zeynalovun ailəsinə məxsus olaraq qalacaq. Məlumatlı şəxsin iddiasına görə, Vidadi Zeynalovun ortağı Ramazan Məmmədovun keçmiş aparat rəhbəri ilə çoxlu sayda ortaq biznes obyektləri var. Hətta aparat rəhbəri həbsdə ola-ola Ramazan Məmmədovun paytaxt rayonlarının birində böyük bir ərazini satın alaraq, orada Vidadi Zeynalovla şərikli ticarət obyekti tikəcəyi haqda söz söhbətlər var.”
Sabiq aparat rəhbərinə 13 il həbs cəzasının verilməsi isə “tender kralı”nın hakimiyyətin yuxarı dairələri ilə apardığı danışıqların nəticəsiz qalması anlamına gəldiyini deyə bilərik. Məsələ ilə bağlı məlumatlandıran şəxsin iddiasına görə Ramazan Məmmədovun xeyli çabalar göstərsədə sonda qanuna “qalib” gələ bilmədi. Amma “tender kralı” hələdə ümidini itirməyib və yaxın 1 ildə ortağı Vidaid Zeynalovun həbsdən azad olunacağına inanır. Məhz buna görədə Hacı Ramazan sabiq aparat rəhbərini Müalicə Müəsissəsinə köçürtdürərək, orada yüksək şəraitli otaqda saxlamaq qərarına gəlib. Məlumatlı şəxs bidlirir ki, hazırda Zeynalovlar ailəsi məhkumun yanına gedib gəlməsi, həmçinin müxtəlif ehtiyyacı olanları aparmaq üçün Ramazan Məmmədovun tutduğu sürücüdən istifadə edirlər.
Bildirək ki, Bakı Şəhər İcra Hakimiyyətinin qaranlıq “tender kralı” Hacı Ramazan Məmmədovun “ulduzunun parlaması Eldar Mahmudovun MTN naziri işlədiyi dövrlərə təsadüf edir. “Tender kralı” ilə bağlı verilən digər ilginc məlumatda isə deyilir ki, R.Məmmədov vaxtı ilə sabiq MTN nazirinin tikinti sahəsində əsas adamı kimi tanınan və hazırda cinayətkar kimi beynəlxalq axtarışa verilən “Akula” ləqəbli Akif Mustafayevlə yaxın olub. Məsələ ilə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə qaranlıq “tender kralı” Ramazan Məmmədovun dövlətdən oğurladığı milyonlar sayəsində yaratığı biznes sahələri ilə bağlı oxucularımıza daha ətraflı məlumatlar verəcəyik.

AzToday.az

Şərhlər

XƏBƏR LENTİ