XalqXəbər.Az

Turan İbrahimova vəzifə verildi

yüklənir...
Turan İbrahimova vəzifə verildi
2-02-2017, 12:41
yüklənir...

"Azad Azərbaycan" teleşirkətində yeni təyinat olub.

Bu barədə ATV-nin İctimai siyasi verlişlər Departamentinin rəhbəri, Xəbərlər xidmətinin baş redaktoru Vaqif Aydınoğlu özünün Feysbuk hesabında yazıb.

O, bundan sonra ATV-nin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra etməyəcəyini və bu vəzifəyə Turan İbrahimovun təyin edildiyini deyib:

"Əziz FB dostlarım və çox hörmətli jurnalist həmkarlarım. Dünəndən bəri mənə ünvanladığınız çoxsaylı suallarnıza qısaca açıqlama vermək məcburiyyətində qaldım. Mən öz işimin başındayam. İndiyədək olduğu kimi, hazırda da ATV-nin İçtimai siyasi verlişlər Departamentinin rəhbəri, Xəbərlər xidmətinin baş redaktoru və "HəftəSonu" analitik informasiya proqramının müəllifi və aparıcısı olaraq vəzifəmi icra edirəm. Sadəcə olaraq bundan sonra ATV-nin mətbuat xidməti vəzifəsini icra etməyəcəm. Bu iş kanalmızda yeni yaradılan (İctimai siyasi məsələlər və İctimayətlə əlaqələr) departamentin yeni təyin olunan rəhbəri Turan İbrahimova həvalə olunub. Çox xahiş edirəm, bundan sonra ATV ilə bağlı suallarnızı mənə yox, Turan bəyə ünvanlayasınız".

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.