SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Metropoliten” rəisi insan həyatını necə pula dəyişir? – DƏHŞƏTLİ FAKTLAR

“Metropoliten” rəisi insan həyatını necə pula dəyişir? – DƏHŞƏTLİ FAKTLAR

Tarix:

9-02-2017, 23:40

/ 4 422 dəfə oxundu.
“Metropoliten” rəisi insan həyatını necə pula dəyişir? – DƏHŞƏTLİ FAKTLAR

Tağı Əhmədovu yola salandan sonra paytaxt sakinləri düşünürdü ki, yeni rəis "Bakı Metropoliteni”ndə problemlər həll olunacaq. Lakin metro işində heç bir təcrübəsi olmayan Zaur Hüseynov "Bakı Metropoliteni”nə rəhbərlik etdiyi 2 il 8 ay müddətində "yeraltı dünyanı” əsl cəhənnəmə çevirib.

Şöhrət ordenli, Prezident təqaüdçüsü, Fəxri dəmiryoçu, müharibə veteranı, 39 il fasiləsiz rəis vəzifəsində işləyən və 54 il əmək stajı olan (metropolitendə və dəmir yolunda) vətəndaş Akif Mehdi oğlu Zeynalovun Prezidenti İlham Əliyevə müraciəti Zaur Hüseynovun "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmniyyətini taladığını, metroda hər an dəhşətli qəzanın baş verə biləcəyi vəziyyətini yaratdığını və bir sıra təkzibolunmaz faktları aşkara çıxarır.

Təcrübəli metro işçisi Akif Zeynalovun müraciəti əsasında "Bakı Metropoliteni”nin Zaur Hüseynov tərəfindən necə məhv edildiyini təqdim edirik:

Ehtiyatlı olun: Bakı metrosunda sərnişinləri gözləyən "ölüm”

Birinci məqam: "Bakı Metropoliteni” yollarında qatarların təhlükəsiz hərəkəti təmin olunmur və arzu olunmaz hadisələrin baş verməsi gözlənilir.

Faktlar: 2015-ci il may ayından istismarda olan 4,8 milyon dollar dəyərində alınmış "Diaqnostik vaqon-laboratoriya kompleksi” (qısaca olaraq "Diaqnostika vaqonu”) yolun parametr ölçülərinin vəziyyətini yoxlayıb, düzgün qiymətləndirmək imkanına malik deyil. Bu vaqon ümumiyyətlə öz funksiyasın icra etmək qabiliyyətinə malik deyil. Bu səbəbdən "Bakı Metropoliteni” yollarında qatarların təhlükəsiz hərəkətinə zəmanət verən avadanlıq və qanuni sənəd yoxdur. Yolun nə vəziyyətdə olduğunu bilmədən və əsaslı sənəd olmadan kor-koranə qatarları təyin edilmiş surətlə yola buraxırlar. "Diaqnostika vaqonu”nun rəisi Arslanbekov Ebazər hər ay vaqonun yolun vəziyyətini göstərdiyi faktları gizlədir, rəhbərliyi və iqtisad-plan şöbəsini aldadaraq saxta sənədlər təqdim edərək 70% miqdarında əlavə mükafat alırlar. Diaqnostika vaqonu” "Bakı Metropoliteni” yollarının qəza vəziyyətində olduğunu göstərir. Yəni yolun vəziyyətinin cərimə bal qiymətinin 5 min baldan çox olduğunu göstərir. Metropolitenin yollarında ən vacib və təhlükəli sahə hesab edilən 45 ədəd strelkaların qabarit ölçülərinə nəzarət edilmir. Strelkaların qabarit ölçülərinə nəzarət edilməməsi qatarların hərəkətinə qəza vəziyyəti yaratmaq deməkdir. Hal-hazırda qatarlar Allah ümüdinə bu strelkaların üzərində hərəkət edir. Qeyd edək ki, 2014-cü ildə Moskva Metropolitenində məhgz strelkada dəhşətli qəza baş vermişdi.

Əvvəllər strelkaların qabarit ölçülərinə nəzarəti "1001” saylı yol ölçən vaqon”la icra edilib. "Diaqnostika vaqonu”nun öz funksiyasını icra etmək qabiliyyətinə malik olmadığını gizlətmək məqsədilə şəxsən Arslanbekov Ebazərin təşəbbüsü və sədr Zaur Hüseynovun əmri əsasında saz vəziyyətdə olan "1001 saylı Yol ölçən vaqonu” söküb darmadağın edilib. Bu "1001 saylı Yol ölçən vaqon” yolun və strelkaların bütün parametrlərdə vəziyyətini ölçüb dioqramın lentə üzərində çəkib əsaslı sənəd təqdim edirdi. 2015-ci ilin mart ayında alınmış 81-760Б, 81-761Б, 81-763Б modelindən olan 15 ədəd təzə vaqonların istismarı "Bakı Metropoliteni” yollarında təhlükəlidir. Çünki bu vaqonların istismarı üçün rəhbər sənəd olan "Texniki pasportu”nda Norma və Məhdudiyyətlərin tələblərinə əsasən 3.1 bəndində belə qeyd olub:-"Bu vaqonları yolun mailliyi maksimum 40 minlik olan lollarda istismar etmək olar”. İstisna olan hallarda isə qeyd olunur ki, "əgər yolun mailliyi 60 minlik olarsa bu yolun uzunluğu 500metdən çox olmamalıdır”. (40 minlik və ya 60 minlik maillik yolun 1000 metr məsafədə 40 metr və ya 60 metr enişə enməsi və ya yuxarı qalxması deməkdir). "Elmlər Akademiyası” və "Nizami” stansiyaları 1450 metr uzunluğunda 60 minlik maillikdən ibarətdir, yəni bu yolun uzunluğu icazə verilən məhdudiyyətdən 3 dəfə çox uzundur. Elə bu səbəbdən də təzə alınan bu vaqonların istismarı "Bakı Metropoliteni” yollarında təhlükəlidir və olmaz.

Gizlədilən qəza

Yeni alınan qatarların ilk istismarı vaxtı qəzalı vəziyyət yaranıb. Belə ki, 8 iyun 2015-ci il tarixində qatar "Elmlər Akademiyası”ndan gələrək, "Nizami” stansiyasında dayananda vaqonların alt hissəsində güclü qızma baş verib və şpalı yandırıb. Eyni hadisə 9 və 10 iyun tarixində də olub. Lakin bu hal ictimaiyyətdən gizlədilib.
Hazırda təzə vaqonlar nasaz vəziyyətdədir. Buradan məlum olur ki, Zaur Hüseynov 15 ədəd yararsız qatar və öz funksiyasını icra etmək imkanına malik olmayan "Dioqnostika vaqonu” alaraq, birbaşa Prezidenti aldadıb.

Digər bir fakt isə "Avtovağzal” –"M.Əcəmi-2” mənzilin qatarlarının hərəkətindəki təhlükəli vəziyyətlə bağlıdır.

Zaur Hüseynov Prezdentin həyatını riskə atıb?

Məlumata görə, "Avtovağzal” –"M.Əcəmi-2” mənzilinin 2-ci yolunda əyri olan sahədə 700 metrdən çox uzunluqda yol planda və profildə düzgün tikilməyib. Qatarlara icazə verilən ən yüksək sürət yolun vəziyyətinə uyğun deyil. Bu mənzilin 2-ci yolunda əyri olan sahədə 350 metrdən çox məsafədə yolun oxu tunelin oxundan 2-3 dəfə çox icazə verilən normadan kənarda tikilib. Belə vəziyyət qatarların tonelə və avadanlıqlara yaxınlaşma qabarıtının kobudcasına pozulması deməkdir. "Avtovağzal” stansiyasında olan sterlkalar mərkəzləşdirilmiş dispetçer idarəetmə sisteminə quraşdırılmayıb. Strelkaların çevrilməsini fəhlələr tərəfindən əl üsulu ilə yüksək gərginlik (850 B) altında icra edirlər. "Avtovağzal” –"M.Əcəmi-2” mənzilində qatarların hərəkəti üçün "İcazə verilən ən yüksək sürət” təyin edilməyib (Yol planda və profildə düzgün tikilmədiyindən qatarlara tələb olunan surəti vermək mümkün deyil). "Avtovağzal” stansiyası istismara verilən gündən bu stansiyanın çıxış svetaforu qatarların hərəkətinə daima qadağan edici - "qırmızı” işıq işarəsi yanır. Bu stansiyanın açılış günü çıxış svetoforunun hərəkətə qadağan edici –"qırmızı” işıq işarəsi altında Prezident İlham Əliyevin əyləşdiyi qatar mənzilə göndərilib. Yəni dövlət başçısının həyatına təhlükə riski yaradılıb. Ən pisi isə bunun bilərəkdən edilməsidir.
Məlumata görə, bu gün də sərnişinlərin həyatı riskə atılır.

Sərnişinlərin həyatlarına təhlükə digər satansiyalarda da var. Belə ki, "Bakı Metropoliteni” Yol təsərrüfatına təzə təyin edilmiş qatarların təhlükəsizliyinə cavabdeh rəhbər işçilərin yol təsərrüfatından anlayışları olmadığı səbəbdən təzə dəyişdirilmişrelslərdə intensiv olaraq "ovulmalar” və "metal qopuntuları” sürətlə inkişaf edir. Belə qüsurlu relslər qatarların təhlükəsiz hərəkətin təmin etmədiyindən bu təzə qoyulmuş relslər dəyişdirilməlidir. Nəticədə 25-40 il istismar müddəti olan relslər 3-5 il ərzində təhlükəsizliyi təmin etmədiyindən dəyişdirilməlidir. Əks təqdirdə qatarların təhlükəsizliyi təmin olmur. "Bakmil”-"N.Nərimanov” mənzilinin 2-ci yolu piket 2 və piket 3-də əyri olan sahədə (ən qorxlu sahədir) təmir işləri aparanda yol öz oxundan qaçıb və qəza vəziyyətindədir. Bu hadisədən 6 aydan çox keçməsinə baxmayaraq heç bir tədbir görülmür, qəza vəziyyətində olan bu yolla qatarları hərəkətə buraxırlar.

"Milyon-milyon” – Zaur Hüseynovun dolmayan cibi

İkinci məqam: "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi dövlət vəsaitini külli miqdarda mənimsəməklə bərabər, heç bir əsas təlabat olmadan dövlət əmlakını söküb-dağıdır, lazım olmayan tikinti işləri aparmaqla və lazım olmayan avadanlıqlar almaqla dövlət vəsaitinə külli-miqdarda ziyan vurur.

FAKTLAR: Yol xidmətinin rəisi Mahmudəli Məcidov saxta sənədlər hazırlayıb, 75 ton miqdarında təzə rels aldığını (relsin tipi P-50) sənədləşdirib. Bu saxta sənədlər əsasında 150 min manatdan çox dövlət vəsaitin mənimsəyiblər. Uzun illər ərzində (2010-2015-ci illər müddətində) səliqə ilə çeşidlənib ştabelə yığılmış 4 min tondan (70 km-dən) çox olan relsləri Yol xidmətinin rəisi Mahmudəli Məcidov saxta sənədlər hazırlayıb, relsin 1 tonunu 25 AZN dəyərində qiymətləndirib, satırlar. Bu köhnə relslər Metropolitenin baş yolları, park yolları və 2-ci dərəcəli yolları üçün bütün texniki normalar əsasında tam mənada yararlıdır. Bu relslərin satılması dövlət vəsaitinə 10 milyonlarla ziyan vurulmasıvə mənimsənilməsi deməkdir (bu relslərin 1 tonu 1800-2000 dollara alınıb). Bununla yanaşı, yol təsərrüfatının təlabatı üçün alınan "Yolun üst quruluşu materialları” (təmas relsi kronşteyni, kronşteynin bağlayıcı detalları, relsi-izolyasiya edən yanlıqlar, rels elektrik birləşdiriciləri, 2-8mm-lik polimer altlıqlar, ikidişli xlorofinli altlıqlar və s.) öz dəyərindən 3-5 dəfə baha qiymətə alırlar və bu materiallar keyfiyyətsizdir. Əvvəllər bu materiallar yol xidmətinin emalatxanasında hazırlanırdı və ancaq xammalın dəyəri ödənilirdi. Lakin sədr Zaur Hüseynov heç bir səbəb olmadan Yol emalatxanasında "Yolun üst quruluşu materiallarının hazırlanmasını qadağan edib. Əvvəllər Yol emalatxanasında 50 addan çox detallar hazırlanırdı. Hazırda bu, emalatxana bağlanıb. Z. Hüseynovun əsas məqsədi dövlət vəsaiti olan milyonlarla pulu mənimsəməkdir. "Diaqnostik vaqon laboratoriya kompleksi” nə müqavilə əsasında təmas relsinin qabarıt ölçülərinə nəzarət edən nəzarət-ölçü avadanlığı və yol ayrıcılarının (strelkaların) qabarit ölçülərinə nəzarət edən nəzarət-ölçü avadanlığı da indiyə qədər quraşdırılmayıb. Halbui, bu vaqonun avadanlıqlarının alınmasına və quraşdırılmasına xərclənən 3,8 milyon dolların çox hissəsi mənimsənilib və qalan hissəsi isə öz funksiyasını icra etmək imkanına malik olmayan avadanlıqlara sərf edilib.

Akif Zeynalov bütün fırıldaqlardan xəbərdar olduğunu xüsusilə qeyd edib. Onun açıqladığı faktlar isə bununla bitmir:

Zaur Hüseynov 21 aprel 2014-cü il tarixli planyor müşavirəsinin qərarı əsasında təmirdən çıxan qatarları sınaqdan keçirmək üçün "Sınaq yolu”nun tikilməsinə göstəriş verib. Bu yolun tikilməsi üçün bəzi köməkçi işlərin icrasına 100 minlərlə manat xərc çəkilib. Lakin iki ildən çox müddət ötməsinə baxmayaraq, "Sınaq yolunun” tikilməsi icra olunmur. Qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi maraq dairəsində deyil. Sədr Zaur Hüseynov yolun 1km-nin dəyəri 8-12 milyon dollar dəyərində "Ballastsız yol” konstruksiyası adlanan yol tikdirmək istəyir. Hansı ki, 1 km yolun tikilməsinə 500 min manat bəs edər. Bu qiymətə (500 min manata) ideal vəziyyətdə "Sınaq yolun” tikintisi də mümkündür. "Ballastsız yol” konstruksiyası qatarların surəti 250-350 km/saat olan yüksək sürətli qatarların magistral yollarda hərəkəti üçündür. "Sınaq yolu” üçün "Ballastsız yol” konstruksiyasından yolun tikilməsi gülüncdür. "Sınaq yolu”nda təmirdən çıxan qatarlar üçün maksimum sürət 60km/saat təyin olunub. Uzunluğu 850 metr olan "Sınaq yolu”nda qatarların 250-300 km/saatda surət yığması mümkün deyil. "Ballastsız yol” konstruksiyasından "Sınaq yolu” tikmək dövlət vəsaitini dağıtmaq və lüzumsuz xərclərə yol verməkdir. Heç bir əsas və təlabat olmadan layihə sənədləri əsasında tikilmiş və ideal vəziyyətdə olan mərkəzi təchizat ambarın, xidmətlərə məxsus ambarları, yük boşaltma platformasın, təzə tikilmiş 2 mərtəbəli mühafizə otağın söküb dağıdıblar.
Dağıdılmış ambarların əvəzinə əlverişsiz sahədə, istehsalat sahələrindən və deponun dəmir yolundan uzaqda mərkəzi ambar tikilib. Bu təzə ambarın layihə-smeta sənədlərinə əsasən lazım olmayan və dəyəri 400 min manatdan çox körpü kranı və ağır yükləri çəkmək üçün tərəzi quraşdırılıb. Bu körpü kranı və ağır yükləri çəkmək üçün tərəzi istifadə olunmur, bu avadanlıqlar boş dayanıb, hətta bu avadanlıqları işlətmək üçün ştat vahidi təyin edilməyib. Metropolitenin obyektlərində icra edilən tikinti-təmir işlərinin çox hissəsi rəhbərlik tərəfindən şirkətlərə həvalə olunur. Nəticədə dövlət vəsaiti lüzumsuz olaraq israf xərclərə səbəb olur. Metropolitendə "əsaslı təmir xidmətində” 200-dən çox ştat vahidi işləyir və metronun bütün tikinti-təmir işlərini icra etmək qabiliyyətinə malikdir. Metropolitenin keçmiş rəhbərləri 46 illik fəaliyyəti dövründə bütün tikinti-təmir işlərini öz qüvvəsi ilə icra ediblər, hətta hər il himayəlikdə olan bir məktəbi əsaslı təmir ediblər. Şirkətlər tərəfindən icra edilən bütün tikinti-təmir işlərinin layihə-smeta sənədlərinə isə lazım olmayan böyük həcmdə işlər salınıb.

Oğurluğa göz yummayanlara göstərilən qapı: Təcrübəli metroçular didərgin salındı

Üçüncü məqam: "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi 10 milyonlarla dövlət vəsaitini mənimsəmələri nəticəsində qatarların hərəkətinə təhlükə yaratdıqlarını gizlətmək məqsədilə onların çirkin əməllərindən məlumatı olan işçilərə qarşı Əmək Məcəlləsinin normativ hüquq qanunlarını kobudcasına pozaraq, yolverilməz zorakılıq törədib və təcrübəli rəhbər işçiləri işdən azad ediblər. Hazırda işləyən işçiləri isə qorxudaraq stres vəziyyətində saxlamaqla onların yolverilməz neqativ əməllərini yaymamağa və susmağa məcbur edirlər.

Metronun işdən çıxarılan təcrübəli əməkdaşları:

1. Yol-texniki istehsalat şöbəsinin rəisi - Yəhyayev Əşrəf
2. Yol xidməti rəisinin müavini - Məmmədov Adil
3. Yolun vəziyyətinə və diaqnostika nəzarət hissəsinin rəisi - Bayramov Arif
4.Yol hissə rəisi-1 - Babayev Həmzə
5.Yol hissə rəisi-2 - İsayev Abbas
6.Yol Xİdmətinin baş mühəndisi - Ağayev Əhmədağa
7.Yol əsaslı təmir hissəsi rəisi - Bəşirov Daşdəmir.

Bununla yanaşı, müharibə veteranlar və məcburi köçkün statusu olan işçilər, üç yaşınadək körpə uşağı olan qadınlar, ailəyə yeganə qazanc gətirən və məktəb yaşına çatmamış uşağı olan işçilər də heç bir əsas olmadan işdən azad edilir. Daimi xarakterli vəzifələrdə işləyən işçilərə hədə-qorxu gələrək, onları aldadaraq "müddətli” əmək müqaviləsi bağlanılır. Sonra isə bu işçilər işdən azad edilir. Hazırda işləyən işçilərə, işdən azad edilmiş işçilərlə danışmağı və görüşməyi qadağan ediblər. Bu tələbi pozanları bəhanə tapıb işdən azad edirlər və ya cəzalandırırlar. "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi işçiləri işdən azad edəndə müəssisənin Həmkarlar İttifaqı Təşkilatı ilə və əmək kollektivi təşkilatı ilə heç bir razılaşma aparmır. İşçilərə qarşı qəddarlıq edirlər və hər hansı bir təşkilatı tanımaq da istəmirlər. İşçilərin peşəkarlıq səviyyəsi, iş stajı, ailə vəziyyəti, kollektivdə nüfuzu və sair nəzərə alınmır. Qatarların təhlükəsiz hərəkətinə cavabdeh olan vəzifələrə təcrübəsi və iş stajı olmayan, hətta Yol təsərrüfatının "əlifbasını” bilməyən təsadüfü adamları təyin ediblər. Bununla qatarların hərəkətinə və sərnişinlərin həyatına təhlükə yaradıblar. Bu yolverilməz qanun pozuntuları metropolitenin təlimatlarına və Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci bəndinə əsasən "Vahid-Tarif-ixtisas” Sorğu kitabçasında göstərilən qərarların tələblərinə ziddir.

"Naxçıvanlıların kökünü kəsmək istəyən” KİMDİR?

Bütün bu neqativ əməllərin aktiv icraçısı və təşəbbüs verəni Zaur Hüseynovun himayədarlıq etdiyi Arslanbekov Ebazərdir.

Arslanbekov Ebazər kimdir?: Bu şəxs vaxtilə Azərbaycan Dəmir Yolu sistemindən qovulub. Faha sonra Z.Hüseynovun himayədarlığı altında Metropolitendə işə başlayıb. Məlumatlara görə, o, bütün təcrübəli işçilərin şəxsiyyətini alçaldır, onlara hədə-qorxu gəlir və "Sizi məhv edəcəyəm, mən Yol xidmətini dağıdacağam, Mən naxçıvanlıların kökünü kəsəcəyəm” və s. kimi təhdidlər səsləndirir.

Və bütün bu dəhşətli faktlar paytaxt sakinlərinin hər gün "ölümün qollarında” hərəkət etdiyini göstərir. Bundan sonra metrodan nə qədər adam istifadə edəcək?! Yaxud Zaur Hüseynov insanların həyatı ilə oynamaqda davam edəcəkmi?! Ona bu imkan veriləcəkmi?! Cavab hələki yoxdur, amma hələki...

Redaksiyadan: Yazıda adları qeyd olunan qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ