SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dövlət tərəfindən tənzimlənməyən – “Təndir çörəyi” biznesi – aldanırıqmı?

Dövlət tərəfindən tənzimlənməyən – “Təndir çörəyi” biznesi – aldanırıqmı?

Tarix:

24-08-2017, 16:49

/ 110 308 dəfə oxundu.
Dövlət tərəfindən tənzimlənməyən – “Təndir çörəyi” biznesi – aldanırıqmı?

Azərbaycanda fərdi sahibkarlar tərəfindən istehlak bazarında “Təndir çörəyi” biznesi mövcuddur. Bəzən Bakıdan kənarda eşidirik ki, tutaq ki, Quba rayonu ərazisində 1 təndir çörəyinin qiyməti 1 manatdır. Çəkisi də 300 qramdan ağır deyil. Hətta Bakının yaxınlığında Novxanı kəndində belə dənizkənarı ərazılərdə çörək bişirən təndir sahibkarları da 1 ədəd çörəyi 1 manata təklif edirlər.

Bəzən elə olur ki, sərnişinlərin sız olduğu dayanacaqlarda, xüsusilə də axşam saatlarında “20 yanvar” metrostansiyası tərəflərdə və “Avtovağzal” ərazilərində də əlində isti təndir çörəyi satanlara rast gəlirik. Sərnişinlərə təklif edilən bu çörəklərlə bağlı istər çəki, istərsə də sanitar qaydalara əməl edilməsi, həmçinin də fərdi sahibkarların bu sahədən əldə etdikləri gəlirə görə səyyar satış üzrə vergi ödəyib-ödəmədikləri də bəlli deyil.

Bakı şəhərində artıq bir sıra iri Supermarketlər şəbəkəsində də müştərilərə təndir çörəyi bişirilərək təqdim edilir. Təndir çörəyi ilə bişirilmə texnologiyaları da demək olar ki, çörəkbişirmə zavodlarının texnologilayalrından heç nə ilə fərqlənmir. Amma qiymətlər 600-700 qramlıq əla növ undan bişirilmiş zavod çörəklərin qiymətinə barabərdir.

Bundan başqa fərdi qaydada “Təndir çörəyi” bişirən sahibkarlara da hər hansı bir sanitar nəzarətin olub-olmadığını da araşdırmaq istəsək də, bu sahədə heç bir nəzarətin olduğuna rast gəlmədik. “Təndir çörəyi” adətən ənənəvi üsullarla bişirilir və demək olar ki, bişirənlər, unun istifadə qaydaları, tərkibi barədə istehlakçı heç bir bilgi əldə edə bilmir. Nəticə etibarilə də vətəndaşların gündəlik istifadə etdikləri strateji istehlak məhsuluna görə haqlı narahatçılıqlar ortaya çıxır.
Dövlət tərəfindən tənzimlənməyən –
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev əməkdaşımız ilə söhbətində bildirdi ki, bu sahəyə nəzarət dövlət tərəfindən həyata keçirilmir. Sahibkar istədiyi formada çörəyi bişirə və qiymət tətbiq edə bilər. Bu baxımdan da təndir çörəyinin bişirilməsi ilə bağlı tənzimlənən istehlak mallarına aid olmadığına görə çəki və qiyməti sahibkarlar özləri müəyən edə bilərlər. Nazirlik rəsmisi dedi ki, əslində istehlakçılar üçün satış nöqtələrində kifayət qədər qiymətinə və çəkisinə nəzarət edilən çörək növləri var. Yəni Abbas müəllimin fikirincə vətəndaşlar seçim edə bilərlər. İstəməsələr bu çörəkləri almaya da bilərlər.
Dövlət tərəfindən tənzimlənməyən –
“Araz” Supermarketlər Şəbəkəsi də Bakı şəhərində artıq “Təndir çörəyi” təklif etməyə başlayıb. Şəbəkənin daxilində fəaliyyət göstərən “Xonça” Şirniyyat Evi insafən ekoloji cəhətdən daha təmiz və keyfiyyətli un və un məmulatları təklif edir. “Araz” Supermarketlər Şəbəkəsində istehlakçılara təklif edilən çörəyin çəkisi də kifayət qədər standartlara uyğun gəlir. “Araz” Supermarketlər Şəbəkəsinin ictimayyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev bu barədə əməkdaşımıza ətraflı məlumat verdi. Həmsöhbətimiz deyir ki, Araz supermarketlər şəbəkəsində təndir çörəyi müştərilərə 50 qəpikdən (0.50 manatdan) təklif olunur. Təndir çörəyinin qiyməti onun çəkisinə və ümumi xərclərin məcmusuna görə hesablanır.
Dövlət tərəfindən tənzimlənməyən –
Elvin Babayev deyir ki, adətən satılan təndir çörəkləri 500-520 qram arasında dəyişir. Marketlərdə quraşdırılan təndirlərin əksəriyyəti qazla çalışır. Bir neçə filialımız var ki, orada elektrikdən istifadə olunur. Gundeminfo.az-ın əməkdaşlarının apardıqları müşahidələr zamanı bir məqam da ortaya çıxıb ki, “Araz” Supermarketlər Şəbəkəsində istehlakçılara təqdim edilən çörəyin satış çəkisi 330-360 qramdan çox deyil. Elvin Babayev bu məqama da aydınlıq gətirdi. Deyir ki, çörək bişən zaman çəki itirir. Bütün məhsullar (ət, balıq, şirniyyat və s.) bişən zaman çəkisini itirir. Çəki bişirmək üçün ayrılan xəmirlərlə hesablanır. Yəni marketlərimizdə təndirçilərimizin çörək üçün ayırdığı kündələr 500-520 qram arasında dəyişir.
Dövlət tərəfindən tənzimlənməyən –
Beləliklə Azərbaycanda “Təndir çörəyi” biznesi daha əlverişli və gəlirli sahə kimi sahibkarlar üçün sərfəlidir. Çəki və qiymət baxımından isə istehlakçılar üçün heç bir halda sərfəli deyil. Nazirlik rəsmisinin dediyi ki, seçim imkanları olanlar üçün...

GUNDEMİNFO.AZ

Şərhlər

XƏBƏR LENTİ