yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Nizami rayon İcra Hakimiyyətinin qarşısında kiçik pinəçi köşkündə nə baş verir?

Nizami rayon İcra Hakimiyyətinin qarşısında kiçik pinəçi köşkündə nə baş verir?
23-08-2017, 17:25 54 908 dəfə baxılıb

Elektron poçtumuza ilginc məlumat daxil olub. Məlumata əsasən Nizami rayon İcra Hakimiyyətinin qarşısında, Rüstəmov küçəsi 54,56,58,62 -ci binaların həyətində yerləşən kiçik pinəçi köşkündə hansısa qaranlıq işlərin döndüyü şübhə doğurur. Məktubu ünvanlayan sakinlər bildirirlər ki, gecə gec saatlara qədər açıq olan köşkə tez-tez naməlum və şübhəli adamlar gəlib-gedir. Köşkün qarşısındakı kiçik stolda məhəllənin bəzi kişiləri yığışaraq müxtəlif oyunlar oynayırlar. Bir çox hallarda bu pullu oyna çevirilir, sonradan içki məclisi qurulur, mübahisə baş verir,səs-küy qalxır, orada yaşayan qonşulara narahatlıq yaranır.
Şikayətdə daha sonra iddia olunur ki, oyunlarda pul uduzanlar çox zaman yaranmış gərginliyi evə daşıyır ki, bu da ailə münaqişələrinin yaranmasına səbəb olur.
Əlavə olaraq qeyd olunur ki, illərdir bu hal aidiyyatı qurumların gözləri qarşısında baş verir və heç bir tədbir görülmür. Bu onu deməyə əsas verir ki, burada baş verən qaranlıq işlərdən də aidiyyati qurumların xəbəri var. Çünki, bu cür köşklər nəinki mərkəzdə, hətta şəhər mərkəzindən kənarlarda da çoxdan tarixin arxivinə göndərilib. Məhəllədə ciddi abadlıq-quruculuq işləri aparılıb. Binalar üzlənib,yeni yaşllıqlar salınıb,yollar asvaltlanıb, sözü gedən yöndəmsiz köşkün yanında uşaqların oynaması üçün avadanlıqlar quraşdırılıb,ətrafda gözəl idman meydançası tikilib.
Şikayətlə bağlı hadisə yerində olduq. Gəlişimizi öyrənən sahibkar köşkü bağlayaraq aradan çıxmışdı. Həqiqətən də icra hakimiyyətinin çox yaxınlığında, binaların həyətində belə bir kiçik köşk mövcuddur. Və Ətrafda aparılan abadlıq-quruculuq işlərinin fonunda bu cür yöndəmsiz köşkün fəaliyyəti, yerinə görə rentabelli görünməməsi insan beynində sual yaratmaya bilmir.
Əlavə olaraq qeyd edək ki, şikayət məktubunda daha ciddi ittihamlar irəli sürülüb ki, onun dərc olunmasını məqsədə müvafiq hesab etmirik.Çünki, irəli sürülən ittihamları araşdırmaq bizim imkanımız xaricindədir. Bu kiçik pinəçi köşkündə baş verənləri araşdırmağı hüquqmühafizə orqanlarının üzərinə buraxırıq.

Mövzunu gündəmdə saxlayacağıq.
Qarşı tərəfin mpvqeyini dərc etməyə hazırıq.
Xeberdar.net
Nizami rayon İcra Hakimiyyətinin qarşısında kiçik pinəçi köşkündə nə baş verir?
Nizami rayon İcra Hakimiyyətinin qarşısında kiçik pinəçi köşkündə nə baş verir?
Nizami rayon İcra Hakimiyyətinin qarşısında kiçik pinəçi köşkündə nə baş verir?
Nizami rayon İcra Hakimiyyətinin qarşısında kiçik pinəçi köşkündə nə baş verir?
Nizami rayon İcra Hakimiyyətinin qarşısında kiçik pinəçi köşkündə nə baş verir?
Nizami rayon İcra Hakimiyyətinin qarşısında kiçik pinəçi köşkündə nə baş verir?
Nizami rayon İcra Hakimiyyətinin qarşısında kiçik pinəçi köşkündə nə baş verir?
Nizami rayon İcra Hakimiyyətinin qarşısında kiçik pinəçi köşkündə nə baş verir?


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: bash, cra, Nizami, kichik, rayon, ne, qarshisinda, Hakimiyyetinin, koshkunde, pinechi, verir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-11-2018


13-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ