SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Jurnalistlər sosial şəbəkələrdə “İlham Əliyevin dostları” adlı səhifə yaradıblar

Jurnalistlər sosial şəbəkələrdə “İlham Əliyevin dostları” adlı səhifə yaradıblar

Tarix:

22-08-2017, 09:45

/ 63 192 dəfə oxundu.
Jurnalistlər sosial şəbəkələrdə “İlham Əliyevin dostları” adlı səhifə yaradıblar

Bir qrup Azərbaycan jurnalisti tərəfindən sosial şəbəkələrdə “İlham Əliyevin dostları” adlı səhifə yaradılıb.

Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, Facebook, İnstagramda, Twitterdə yaradılan səhifədə prezident İlham Əliyevin jurnalistlərlə görüşləri, kütləvi informasiya vasitələri işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün görülən işlər, dövlət başçısı barədə jurnalistlərin qələmə aldıqları yazılar yerləşdirilir.

Səhifələrin əsas məqsədi Azərbaycan prezidentinin media sahəsindəki strategiyasını təbliğ etmək, ümumən mövcud istiqamətdəki dövlət siyasəti ilə bağlı ortaq informasiya platforması yaratmaqdan ibarətdir.

Səhifədə dövlət başçısının fəaliyyətini əks etdirən fotoalbomlar və müxtəlif KİV-lərdə dərc edilmiş materiallar da yer alıb.

“Təşəbbüskarlar öz həmkarlarını mövcud səhifənin konsepsiyasına zidd olmayan materiallar paylaşmağa, şərhlər yazmağa, diskussiyalara qatılmağa dəvət edirlər. Səhifədə artıq Azərbaycan prezidentin rəsmi saytına istinadən məktublar, sənədlər, müxtəlif KİV-lərdə dərc olunmuş və mətbuata dövlət qayğısını əks etdirən yazılar da yerləşdirilib”, - deyə məlumatda bildirilib.

Mətbuat Şurası ölkə mediasının və ictimaiyyətinin nümayəndələrini jurnalistlərin bu təşəbbüsünə qoşulmağa, səhifələrdə aktiv şəkildə öz fikirlərini bildirməyə, prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin media siyasətini dəstəkləməyə çağırır.

Şərhlər

XƏBƏR LENTİ