yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Hafiz Hacıyev Aslan İsmayılovu məhkəməyə verir: - “Balıq adı ilə fəxr edirəm”

Hafiz Hacıyev Aslan İsmayılovu məhkəməyə verir: - “Balıq adı ilə fəxr edirəm”
18-08-2017, 14:24 142 340 dəfə baxılıb
yüklənir...

Tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkədəki şəxsi hesabında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ünvanına sərt ittihamlarla çıxış edib. Partiya sədrini “Balıq” adlandıran vəkil onun obyektlərindən, iş adamları ilə mal mübadiləsindən və bu kimi digər məsələlərdən söz açıb.

Hafiz Hacıyev Modern.az-a bildirib ki, Aslan İsmayılovu yenidən məhkəməyə verəcək:
“Mən istər Qərbi Azərbaycan, istərsə də Azərbaycanda həmişə ermənilərlə mübarizə aparıb qalib gəlmişəm.

O, Azərbaycanda “SOROS” fondunun təmsilçilərindən biridir. Bu günlərdə övladına toy etdi. Ora gələn paketlərin hamısında soyadlarını dəyişən ermənilərin adları qeyd olunub. Bu hadisələrin hamısı Hafiz Hacıyevə qarşı həmin toyda cızılmış planlardır. Bilmirəm, hüquq-mühafizə orqanları bunun nəyinə dözür?.
Hafiz Hacıyevin övladları dövlət qulluğunda işləyir. Soruşmaq lazımdır ki, Aslan İsmayılovun oğlu harada işləyir?.. Onun oğlu bütün günü Azərbaycana qənim kəsilən ingilislər, digər qüvvələrlə bir yerdədir. Aslan İsmayılov bilməlidir ki, Əli Kərimli, Cəmil Həsənli ilə iştirak etdiyi həmin toyda nə danışıbsa, hamısı bizim əlimizdədir. Mən balıqçılıq üzrə elmlər namizədiyəm və onun kimi deyiləm”.
H. Hacıyev Aslan İsmayılovun “Balıq” ifadəsi haqqında da fikir bildirib:
“Hafiz Hacıyev “Xruşovka”da qalır. Bütün jurnalistləri də dəvət edirəm gəlib baxsınlar. O, qeyd edib ki, mənim qızımın adına ev var. Qətiyyən belə deyil, yalandır. Əgər həmin ev varsa, onun oğluna verirəm.
Bəli, mənim əmim uşaqlarının Göygöldə quşçuluq fabriki var. Fərqi nədir, ya Mürvət, ya Əli ya Vəlidən cücələr alındı?. ..Danışdıqlarının hamısı cəfəngiyyatdır.
Mən “balıq” adı ilə fəxr edirəm. Balıq təmiz sularda üzür. Onun kimi dövlətimə, xalqıma xəyanət etmirəm. Yaxın günlərdə onu məhkəməyə verəcəm. O zaman Hafiz Hacıyevin qalibiyyətinin şahidi olar”.
İş adamı Mürvət Həsənli də Aslan İsmayılovun ona qarşı iddialarına cavab verib.
““Adımı sənə qoyaram, səni yana-yana qoyaram”. Bu gün Aslan İsmayılovun Hafiz Hacıyev haqqında yazdığı hədyanları oxuyanda bu atalar sözü yadıma düşdü” – M. Həsənli bildirib. O əlavə edib:

“Əvvəla, ona görə ki, şəxsən mənimlə məhkəmə çəkişmələrində bircə dəfə olsun, məhkəməyə gəlməyən bu adam Hafiz Hacıyevə qarşı eyni ittihamı irəli sürürdü. Əgər həqiqətən də məhkəmədən yayınmaq hüququn işləməsi üçün bu qədər vacibdirsə, Aslan İsmayılov özü niyə bu addımı atmır? Axı Hafiz Hacıyevdən fərqli olaraq, o, hüquqşünasdır və hüquqa, qanuna birinci növbədə özü hörmət etməli, başqalarına nümunə olmalıdır.
Mümkündür ki, Aslan İsmayılov bu iradımı hüququn ədalətsizliyi ilə izah etsin, Azərbaycan məhkəmələrinin obyektiv qərar çıxaracağına inamsızlığını əsas gətirsin. Elədirsə, onun öz rəqibini məhkəməyə verməsini, ədalətinə inanmadığı hakimin hökmündən mədəd ummasını necə başa düşək?
“Biz ki deyilik rəiyyət, bizlərə nə şəriət” anlayışını özünün həyat fəlsəfəsinə çevirən Aslan İsmayılova antik dövrün ən böyük filosofu Sokratın öz həyatı bahasına ödədiyi hüquqa sayqısını nümunə gətirmək yerinə düşərdi.

Rəvayətə görə, çıxarılacağı məhkəmədə ölüm hökmüylə cəzalandırılacağı bilinən filosofa tələbələri gizlənməyi təklif edirlər. Sokratın cavabı isə konkret olur: “Mən başqalarına hüquqa hörmət göstərməyi təlqin etdiyim halda, özüm onun cilvəsindən qaça bilmərəm. Əks halda özüm yaşayar, sözüm ölər. Sözünün heç bir dəyəri qalmayan diridənsə, sözü ədəbi yaşayan ölü olmaq daha şərəflidir”.
Bildirildiyinə görə, Sokrat bu düşüncəylə məhkəməyə gedir, son sözünü deyir və zəhər içib hüquqa hörmətin nümunəsini öz ölümü bahasına yaradaraq, həyatdan köçür.

Hüquqşünas kimi Aslan İsmayılov da sözünün ötkəmliyi üçün ilk növbədə hüquqa hörmətini ortaya qoymalı, daha sonra başqalarından da eyni addımı gözləməlidir. Hər halda, onu bu dürüstlüyünə görə, Sokratdan fərqli olaraq, ölüm də gözləmir.
Aslan İsmayılovun adını özgəsinə qoyduğu digər xüsusiyyəti hər kəsi təhqir etdiyi halda, Hafiz Hacıyevi məhz bu ittihamla məhkəməyə verməsidir. Sözsüz ki, öz ləyaqətinə, şərəfinə hörmət edən adam başqasının ünvanına haqsız daş atmamalıdır. Həm də öz qapısı şüşədən olduğu halda. Heç uzağa getməyək, Hafiz Hacıyev haqqında paylaşdığı son statusunda belə, bu adam gül ağzını natəmizliklərdən qoruya bilməmiş, fikrini təhqir və söyüşlərlə ictimaiyyətə çatdırıb. Həmin statusda onun ən tərbiyyəli sözü isə “Balıq Hafiz” kəlməsi olub.

Yəqin razılaşarsınız ki, bir insanı icra etdiyi vəzifəsinə görə aşağılamaq, ilk növbədə, hüquqşünasa yaraşmaz. O başqa söhbətdir ki, Hafiz Hacıyevin keçmişdə daşıdığı vəzifə nəinki aşağılanmağa layiq deyil, əksinə, hər kəsin can atdığı statusdur. Bir ölkənin naziri, konsern rəhbəri olmaq yüzlərlə aslanismayılovların yatsa da yuxusunda belə görə bilməyəcəkləri məziyyətdir.
Vəkillik etmək hüququnu itirmiş bu adamın “Fairmont” restoranında oğluna etdiyi 300 min manatlıq toyun vəsaitinin haradan qazanması daha çox mübahisəyə açıqdır.

Haqqında bəhs etdiyim həmin statusda diqqətimi cəlb edən bir başqa məqam isə, Hafiz Hacıyevin yaratdığı kənd təsərrüfatı müəssisəsi üçün heç bir vergi verməməsiylə bağlı iddiadır. Adını vəkil qoyan Aslan İsmayılov hələ də bilmir ki, kənd təsərrüfatı müəssisələri vergilərdən azad olunub. Bu savadla insanların hüququnu qorumağa iddia edən vəkil zəhmət çəkib qanunlarla maraqlansa, daha xeyirli addım atar. Nə yazıq ki, Aslan İsmayılovun elə bir dərdi yoxdur. Çünki o problemləri hüquqi müstəvidə yox, facebook səhifəsində ona-buna söyüş yağdırmaq və şantajla həll etməyə çalışır.

Statusun həmin hissəsində Aslan İsmayılov mənim bostanıma da daş atmağı unutmayıb. İddia edir ki, guya, mən Aslan İsmayılovu zərərsizləşdirmək üçün Hafiz Hacıyevə bu il mayın 17-də 19 min 100 ədəd cücə hədiyyə etmişəm. Doğrusu, Aslan İsmayılovun özünə bu qədər dəyər verməsi məni xeyli təəccübləndirdi. Ona görə ki, nə mən bu qədər bədxərcəm, nə də Hafiz Hacıyev o qədər “Allahsız”dır ki, Aslan İsmayılovu ifşa etmək üçün 20 min cücə istəyə”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: verir, fexr, Aslan, Baliq, ile, Haciyev, mehkemeye, adi, , edirem, smayilovu, Hafiz
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ