SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hadı Rəcəbliyə zərbə: “Xəzər Palace” “Palıdlı sahil”i çökdürdü

Hadı Rəcəbliyə zərbə: “Xəzər Palace” “Palıdlı sahil”i çökdürdü

Tarix:

2-02-2017, 00:28

/ 2 334 dəfə oxundu.
Hadı Rəcəbliyə zərbə: “Xəzər Palace” “Palıdlı sahil”i çökdürdü

Deputat Hadı Rəcəblinin məşhur “Palıdlı sahil” istirahət mərkəzi durğunluq dövrünü yaşayır

Verilən xəbərə görə, Lənkəranda yerləşən obyektin işlərinin zəifləməsi həm iqtisadi böhran, həm də “Xəzər Palace” restoranı ilə əlaqədardır.

Millət vəkilinin istirahət mərkəzinə gedənlərin sayı kəskin şəkildə azalıb. Buna səbəb həm qiymətlərin yüksək olması, həm də xidmət səviyyəsinə görə “Xəzər palace”dan geri qalmasıdır.

“Palıdlı sahil” böhran içindədir. Bu da millət vəkilinin gəlirlərini azaldıb. Deputat maaşından şikayət edən və qaçqınlara ayrılan müavinətin məbləğini düzgün sayan, “piletkanı yandırıb, pəncərələri açırlar” deyən H.Rəcəblinin biznes gəlirləri aşağı düşüb.

“Xəzər Palace” restoranı Lənkəranda çox populyardır. Bu obyektin hoteli və hovuzu belə hazırdır. Turistlər əsasən yay mövsümündə gedir. Amma qış aylarında da “Xəzər Palace” restoranına gedənlər var. “Palıdlı sahil” isə çökməkdədir.

Bu 20 ildə deputat olan H.Rəcəbli nə lənkəranlı sakinlərin yanan barmağına su töküb, nə də rəhbəri olduğu komitə əhalinin sosial həyatında müsbətə doğru bir addım atıb. Əvəzində deputatın zaman-zaman insanları alçaldan, aşağılayan çıxışlarına rast gəlinib.

Onun yersiz açıqlamaları, seçiciləri və vətəndaşları qıcıqlandıran aşağılayıcı təklifləri, ölkənin sosial problemlər girdabında boğulmasına baxmayaraq sosial siyasətlə bağlı bayağı fikirləri, qırmızı yalanları hakimiyyəti də narazı salıb.

Onlarla dükanı, hektarlarla torpaq sahələri və s. mülkləri mövcuddur. Görəsən bu vəsaitlər populizmdən uzaq, Tağı Əhmədov kimi 40 illik maaş nəticəsində toplanıb?

Ayda 2 min manat maaş alan deputat izah versin ki, yüz minlərlə vəsait xərclədiyi həmin məkanları hansı populizmdən uzaq büdcədən əldə edib. Hadı Rəcəbli növbəti parlament seçkilərində deputatlığa namizəd olmayacaq.

Növbəti seçkilərə 4 il vaxt qalsa da, indidən lənkəranlı millət vəkilinin taleyi məlumdur. Ölkə rəhbərliyi artıq H.Rəcəblini deputat görmək istəmir və gələn seçkidə mandatsız qalacaq.

Bu məsələdən H.Rəcəbli özü də agahdır və qərarı ciddi reaksiya ilə qarşılamayıb. Çünki yaş senzini və kifayət qədər deputat olduğunu özü də dərk edib.

Şərhlər

XƏBƏR LENTİ