SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hafkanın sərvəti belə talan olunur - FOTOLAR

Hafkanın sərvəti belə talan olunur - FOTOLAR

Tarix:

14-08-2017, 12:01

/ 60 353 dəfə oxundu.
Hafkanın sərvəti belə talan olunur - FOTOLAR

Redaksiyamıza daxil olan məlumata əsasən Abşeron rayonu ərazisində yerləşən Çaylı kəndinə yollandıq. Məlumatda bildirilirdi ki,məşhur "Bağlan" qrupunun tərkibində olan şirkətlərdən birinə aid qarajda istismar müddəti başa çatmamış yük avtomobilləri sökülərək metallom halında satılır. Biz Caylı kəndindəki qaraja yetişdikdə, orda" metallom"əməliyyatının qızğın çağı idi. Yük avtomobillərindən biri artıq sökülərək, başqa yük maşınına kranla yüklənməkdə ikən, H 007 848, H 017 915, H007 867,H 007 887,CH 017 933 nömrə nişanlı avtomobillər isə "ölüm" növbəsini gözləməkdə idilər. Biz, avtomobil və kranların çəkilişini apararkən, bir nəfər orta yaşlı kişi bizə yaxınlaşaraq nə istədiyimizi soruşdu. Biz, ona yük avtomobillərindən birini almaq istədiyimizi bildirdikdə, o bunun mümkün olmadığını söylədi. Fikrini də onunla əsaslandırdı ki, avtomobillər ğömrükdən keçməyiblər..? Məhz, həmin anda
biz avtomobillərin nömrə- nişanlarına diqqət yetirdik və onların, həqiqətən də, necə deyərlər vərdiş etdiyimizlərdən olmadığı diqqətimizi cəlb etdi.
Çox göz bərəldiçidir, deyilmi? Gözlərimizin bərələ qaldığını, bu orta yaşlı, başında yay şlyapası olan kişinin savad qıtlığı üzərində fokuslayaraq, "evin əsas kişisi"ni soruşduq. Həmin şəxs yarım saat sonra peyda olaraq, özünü Hacı Fariz kimi təqdim etdi. Lakin, maşınların ğömrükdən keçmədən ölkədə uzun müddət istismar olunması, həmcinin istismar müddəti başa çatmamış necə loma çevrilməsi səbəblərini izah edə bilməyəcəyini bildirdi. Eyni zamanda, bu sualların cavabını "Bağlan" qrupunun rəhbəri Hafiz Məmmədova yönəltməyi məsləhət bildi. Araşdıraraq Hafiz Məmmədovu telefonla tapdıq. Təəssüf ki,o bizi aldadaraq, sorğularımızı cavablandırmaqdan yayındı. Nəhayət telefonu qapadı.
Əslində , "Hafka" ləqəbi ilə daha cox tanınan bu iş adamının reputasiyasının kütləvi informasiya vasitələrində normal hallanmadığına vərdiş etmişdik. İndi isə, onun qeyri - adekvat hərəkətləri ilə qarşı qarşıya idik. Bizi maraqlandıran əsas məsələ o idi ki, gömrükdən keçməmək, dövlət qeydiyyatına aıınmamaq nə deməkdir. Aidiyyəti dövlət orqanları bu müddət ərzində hara baxırdılar? Gömrükdən qaçaq yolla o boyda avtomobilləri necə keçirmək olur? Onlar, ölkənin avtomobil yollarında necə sərbəst yük daşıyıblar?. Nəhayət, həmin avtomobilləri metallom qəbul edən təşkilat, hansı qanun və təlimatla qəbul edərək, "Hafka" nın balansından silir? Gömrükdəm yayınmaq, dövlət büdcəsinə nə qədər zərbə vurmuş olur?
Redaksiya qərara gəldi ki, bu yazını Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə də rəsmi sənəd kimi göndərərək, araşdırılaraq tədbir görülməsinə nail olunsun.
Araşdırmalarımız davam edəcək. İzləyin.
bia.az
Hafkanın sərvəti belə talan olunur - FOTOLAR
Hafkanın sərvəti belə talan olunur - FOTOLAR
Hafkanın sərvəti belə talan olunur - FOTOLAR
Hafkanın sərvəti belə talan olunur - FOTOLAR
Hafkanın sərvəti belə talan olunur - FOTOLAR
Hafkanın sərvəti belə talan olunur - FOTOLAR
Hafkanın sərvəti belə talan olunur - FOTOLAR
Hafkanın sərvəti belə talan olunur - FOTOLAR
Hafkanın sərvəti belə talan olunur - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ