yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Biz istədik ki, Əli Həsənov evlərimizə baxsın..." - "O isə dedi, "elə çöldən də vəziyyət görünür", binaya girmədi"

11-08-2017, 09:56 138 948 dəfə baxılıb

"Nə yayımız var, nə qışımız... Bina qəzalı olduğu üçün qaz, su da çəkilməyib. Kanalizasiya xətləri zirzəmiyə birləşdirilib, nəcis, sidik birbaşa zirzəmiyə axır. İndi özünüz düşünün vəziyyəti..." Bunu Novxanıdakı keçmiş “Şəfəq” sanatoriyasında məskunlaşan köçkünlər deyir.

25 ildən çoxdur ki, işğal altında olan torpaqlardan məcburi köçkün düşmüş yüzlərlə ailə keçmiş düşərgə binasına sığınıb. Ancaq binadakı şəraitsizlik, havasızlıq insanların həm həyatlarına, həm də sağlamlıqlarına qənim kəsilib.

Köçkün Firuzə Rüstəmova deyir, ailə üzvlərinin çoxu Xocalıda qətlə yetirilib. Bir qızı, bir də özü canını götürüb qaça bilib. Ancaq 25 ildir ki, sığındıqları bu düşərgə binasında əziyyətli həyat sürür: "Bir böyrəyim çürüyüb, çıxarılmalıdır... Sonra da ikinci böyrəyim çıxarılmalıdır. Böyrək köçürülməlidir. Hamısı qaldığım otağın rütubətindən, nəmişliyindən... Buranın qocası xəstə, gənci xəstə, uşağı xəstə... Qırılırıq..."

Binada qaz və su yoxdur, elektriki isə ümumi şitdən bir birinə dolaşan qəzalı naqillərlə hərə öz evinə dartıb aparıb. Bu şit dəfələrlə partlayıb və yanğın baş verib. Ancaq vaxtında müdaxilə olunduğundan hər dəfə qarşısı alınıb.

Binada yaşayan başqa köçkün İxtiyar Nəsibov deyir, bina qəzalı olduğundan qaz, su xətti də yoxdur, kanalizasiya xətləri zirzəmiyə birləşdirilib: "Kanalizasiya xətləri zirzəmiyə birləşdirilib, nəcis, sidik birbaşa zirzəmiyə axır. İndi özünüz düşünün vəziyyəti... Zirzəmidəki üfunətdən yuxarı mərtəbələrdə yaşamaq mümkün deyil. Uzun illərdir eləcə deyirlər, "azca da dözün". Səbrimiz qalmayıb, qızımın, nəvələrimin ayaqları tutulub. Bura köçəndən dedilər, qısa müddətlik burdayıq. "Qısa müddət" oldu 25 il... Qızım ailə qurdu, nəvələrim oldu, ikisi ailə qurdu, kənara getdi. Şəraitsiz, bir otaqda bu qədər adamın yaşaması mümkün deyildi. Biz istəyirik ki, bu məşəqqətə həmişəlik son qoyulsun".

Köçkünlər dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Əli Həsənova və başqa qurumlara müraciət ediblər. Hətta köçkünlərin davamlı tələblərindən sonra Əli Həsənov binaya da gəlib, ancaq köçkünlərin deməsinə görə, onlarla elə binanın çölündə görüşüb, danışıb. Köçkün Zümrüd Əsgərova: "Biz istədik ki, Əli Həsənov evlərimizə baxsın, tavanları, döşəmələri, nəcis anbarına çevrilən zirzəmini görsün. O isə dedi, "elə çöldən də vəziyyət görünür", binaya girmədi".

Çökmək təhlükəsi günbəgün artan binanın 2-ci mərtəbəsində köçkün uşaqları üçün iki məktəb fəaliyyət göstərir. Məktəblərdən birində müəllim və şagirdlərlə birlikdə 300, digərində 150 nəfər var. Bina dağılsa, yüzlərlə uşağı xilas etmək də mümkün olmayacaq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: istedik, ise, de, evlerimize, gorunur, ki, binaya, O, girmedi, veziyyet, ele, baxsin, cholden, Eli, , dedi, Biz, Hesenov
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ