SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » MTN qurbanı: Komitə sədrinin İmişlidəki kadrı əhalini nəcis iyi ilə boğur

MTN qurbanı: Komitə sədrinin İmişlidəki kadrı əhalini nəcis iyi ilə boğur

Tarix:

1-02-2017, 11:26

/ 2 159 dəfə oxundu.
MTN qurbanı: Komitə sədrinin İmişlidəki kadrı əhalini nəcis iyi ilə boğur

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişlidəki kadrı ilə bağlı qalmaqallar səngimək bilmir. Komitənin Regional Nəzarət İdarəsinin rəhbəri Saleh Səmədovun adı yenə də skandalda hallanır

Məlumata görə, adı MTN bandası ilə çəkilmiş idarə rəisi bu dəfə İmişlidə aranı qarışdırıb. S.Səmədov Sabirabadda yerləşən idarəni İmişliyə köçürməklə yerli əhalinin narazılığına səbəbkar olub.

Hətta AMİP İmişli rayon təşkilatının sədri Tapdıq Həsənov da onu ittiham edib. Partiya rəsmisi qeyd edib ki, idarə rəisi öz obyektlərində qaz sayğaclarına müdaxilə edir.

Sitat: “Saleh Səmədov İmişlidə sahibi olduğu "Kral” şadlıq sarayı, spirt və şirə zavodlarına, fermalarına əlavə qaz və elektrik xətti çəkdirib. Bununla yanaşı, sayğaclara da müdaxilə edir. Elə buna görə də bir neçə ay əvvəl 100 minə yaxın cərimə edilsə də, yenə özünə qoyulmadı”.

T.Həsənovun sözlərinə görə, bu azmış kimi, ona məxsus olan zavodların tullantıları rayonda böyük bir bəlaya yol açıb:

“İmişli sakinləri spirt və şirə zavodlarında təmizləyici qurğular olmaması, texnologiyanın düzgün tətbiq edilməməsindən rayonu bürümüş pis qoxudan ölkə prezidentinə, müvafiq nazirliklərə və KİV-lərə şikayətlər etsələr də, nəticəsi olmayıb.

Bəli, indi də nəcis iyi ilə hava almağa məcbur edilmişik. Bu pis qoxunu təmizləməyə təbiətin gücü çatmırsa, məmurlar və aidiyyatı nazirlər səlahiyyətlərindən lazımınca istifadə edə bilmirlərsə, sadə vətəndaş neynəməlidir?”

Məlumata görə, uzun illər boyu dövlət məmuru olmasına baxmayaraq, bizneslə məşğul olan Saleh Səmədov oğurluq qazla “qaz vurub qazan doldururmuş”.

Daha doğrusu oğurluq qazla spirt çəkib butulkalara doldururmuş. S.Səmədovun sahibi olduğu və rayonda fəaliyyət göstərən “Araz” MMC-yə məxsus olan, spirt, araq, konyak və müxtəlif şirələr istehsal edən zavod mərkəzi qaz xəttindən oğurluq da edirmiş.

Belə ki, rayon qaz idarəsinin əməkdaşları Saleh Səmədovla anlaşaraq zavoda mərkəzi xəttə oğurluq boru çəkdiribmiş. Bu faktın qeydiyyata alınmasından dərhal sonra İmişli rayon Qaz İstismar Sahəsinin Yasəf adlı rəisi dərhal işdən azad edilib.

Zavoda isə oğurluq qaz xəttinin çəkilməsi ilə bağlı cərimə tətbiq ediləcəyi bildirilib. Lakin Saleh Səmədova hələ də “gözün üstə qaşın var” deyən yoxdur. Çünki İmişlidə Saleh Səmədov nə etsə, məhz “standarta” uyğun edir. Qarşı tərəfi dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ