SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xocalıdan olan “İlin müəllimi” Cəlilabad təhsil şefini ifşa etdi - nazirə şok dosye

Xocalıdan olan “İlin müəllimi” Cəlilabad təhsil şefini ifşa etdi - nazirə şok dosye

Tarix:

8-08-2017, 09:26

/ 40 637 dəfə oxundu.
Xocalıdan olan “İlin müəllimi” Cəlilabad təhsil şefini ifşa etdi - nazirə şok dosye

Təhsil Naziri Mikayıl Cabbarova Ələkbərov Zaur Zakir oğlu tərəfindən müraciət olunub
Xocalıda anadan olan Z.Ələkbərov qətliam zamanı yaxın qohumlarından 73 nəfər şəhid verib.
Onun sözlərinə görə, anası yaralanıb, əsir düşənləri olub və çoxundan hələ də bu günə qədər xəbər yoxdur.
“Həmin vaxt atam hərbi hissələrin birində könüllü olaraq xidmətə başladı. Döyüşlərin birində yaralansa da bir müddət sonra yenə də mərhum Prezidentimiz Ulu Öndər Heydər Əliyevin çağırışı ilə yenidən döyüşlərə qatılı.
Xidmət etdiyi hərbi hissə Cəlilabad rayon Göytəpə şəhərində yerləşdiyindən biz də burada məskunlaşdıq.
Göytəpə şəhər 1 №-li tam orta məktəbi bitirdikdən sonra 1996-cı ildə ADPU-nun Tarix fakultəsinə daxil olmuşam. 2000-ci ildə ADPU-nu bitirdikdən sonra təyinatım Cəlilabad rayonuna, özüm isə hərbi xidmətə yollanmışam.
Düşmənlə sərhəd olan döyüş bölgəsində xidmət etmişəm. 2005 -ci ildə Cəlilabad rayon V. Mürsəlov adına Göytəpə şəhər 1 № li tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam”.
xalqxeber.az xəbər verir ki, yazartv.az vasitəsi ilə yayılmış müraciətdə nazirin diqqətinə mühüm məqamlar çatdırılıb.
Z.Ələkbərov yazıb ki, əhali arasında hörməti nəzərə alınaraq Göytəpə şəhər Ağsaqqallar Şurasının təklifi ilə Göytəpə şəhər ərazi nümayəndəliyi tərəfindən ona “Fəxri sakin” statusu verilib.
2012-2013 cü illərdə “Mədəd Azərbaycan” MMC-nin təşkilatçılığı ilə ümumi təhsil məktəblərində keçirilən kurikulum təlimlərinin cənub bölgəsi və Biləsuvar rayonu üzrə əlaqələndirici koordinatoru olub. 2014-cu ildə “İlin ən yaxşı müəllimi“ müsabiqəsinin qaliblərindən biridir.
Cəlilabad rayonunda elektron lövhəsi olan yeganı məktəbdə hələlik bu lövhədən istifadə edərək dərs deyən yeganə müəllimdir. Ailəlidir , 3 qızı var. 2-ci qrup Qarabağ əlili olan valideynləri ilə birlikdə yaşayır.
Sitat: “Məhz sizin şəffaf idarəçiliyinizin sayəsində “İlin ən yaxşı müəllimi“ müsabiqəsində qaliblərdən biri olmuşam.
İlin müəllimlərinə Cənab Prezidentin Sərəncamı ilə verilən 5000 manat pul mükafatını gec aldığıma görə məndən çox nazirlikdən tez-tez zəng edən xanımın narahatçılığı insanı heyran etməyə bilmirdi .
Keçən il direktorların müsabiqəsində qalib olub müəyyən səbəbdən müsahibə mərhələsinə gəlmədiyim üçün də eyni vəziyyət yaranmışdı.
Zəng edən nazirlik işçisi səbəbini tam aydınlaşdırmamış və imtina məktubu almamış əlaqəni kəsməmişdi. Sizin gəlişiniz regionlarda hər kəsin ümüdünü artırmışdı.
İnanırdıq ki, artıq “bazarkomu” xatırladan təhsil rəhbərlərindən canımızı qurtaracaqsınız. Doğrusu düşünürdük ki, bu qədər müsbətə doğru iş gördüyünüz halda, əziyyətinizə qiymət verməyərək təhsilin vəziyyətini bərbad vəziyyətə salan Elminaz Nadirova kimilər işdən uzaqlaşdırılacaq və ya belə şəxslər rəhbərliyinizdə vəzifə tutmağa cəsarət etməyəcəklər”.
“İlin müəllimi” RTŞ rəhbəri haqda inanılmaz ittihamlar irəli sürüb.
Şikayətçi nazirə yazıb: “Mətbuatdan oxuduğuma görə Elminaz Nadirova əvvəllər işlədiyi şəhər 7 nömrəli məktəbdə yol verdiyi qüsurlara görə töhmət alıb və sonra RTŞ müdiri təyin olunub.
Cəlilabad rayon təhsilində, yaxından tanımasam da Hafiz Cavadov , Nadir Babayev , Ərəstun Hüseynov və s. kimi savadlı kadrlar var.
Onlardan kimisə bu vəzifəyə qoymaq bir yana, Elminaz Nadirovanın onlara rəhbər təyin edilməsini ironiya kimi qəbul etməmək olmur. Buradakı bu cür təyinat istər istəməz bütün məktəblərə də təsir göstərir.
İşlədiyim V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbə ixtisasca geoloq olan səriştəsiz birinin, sonra isə ixtisasını bilməyən, danışıq qabiliyyəti olmayan digər birinin “nəyinsə” müqabilində direktor təyin olunması bir daha sübut edir ki, burada təhsildən başqa hər şey düşünülür.
Digər bir problem bu cür insanların rəhbərliyində məktəbə verilən invertarların miqdarı və dəyəri qat-qat şişirdilir, məktəbdə olan “ölü canlar” çoxalmaqda davam edir.
Məktəblərdə adı olub , özü olmayan və məvacib kartları rəhbərlikdə olan işçilər var və bunlar rəsmi statistik məlumatda işləyən kimi gedirlər”.
Cəlilabad təhsilindəki neqativ hallarla bağlı dəfələrlə nazirliyə müraciət olunduğunu və sonra həmin müraciətlərin araşdırılması üçün, RTŞ –nin özünə göndərilməsi insanlarımızın sizə qarşı inamını və etimadını azaldır.
Şikayətçiləri ya pulla, ya da qorxudaraq şikayətlərindən döndərirlər. Fikrindən dönməyənlərə qarşı qərəzli mövqe tutulur, fürsət düşdükcə əzirlər. Məktəbimizin müəllimlərindən şikayət edən şəxslərdən iki nəfərinin işi hələ də məhkəmədədir.
Dövlət nümunəli olmayan sənədlə bağlı heç kim məhkəməyə verilmədiyi və nazirlik bu cür sənədi olanlarla bağlı humanist qərar çıxarmasına baxmayaraq , müəllimlərimizi məhz konstitusion hüququndan istifadə etdiklərinə görə incidirlər.
Məktəbimizdə müəllimlərimizin dərs yükü normal olmadığı halda dərsləri vakansiyaya çıxarılır. Buna görə etiraz edənlərə isə deyilir ki, Nazir edib.
Əgər belədirsə nəyə görə RTŞ müdirinin himayədarlıq etdiyi və aylıq aldığı digər məktəblərdə vakansiya olduğu halda gizlədilib vakant verilmir.
İnanıram ki, təhsilimizi bərbad vəziyyətə salan şəxslər haqqında ölçü götürəcəksiniz”.
Qarşı tərəfi dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ