SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ağdamın işğal günü Sabirabadda möhtəşəm toy - RƏZALƏT

Ağdamın işğal günü Sabirabadda möhtəşəm toy - RƏZALƏT

Tarix:

7-08-2017, 10:45

/ 56 963 dəfə oxundu.
Ağdamın işğal günü Sabirabadda möhtəşəm toy - RƏZALƏT

Sabirabadın Kənd Təsərrufatı İdarəsinin rəisi Heydər Yaqubov oğluna bu ilin iyulun 23-də, yəni Ağdamın işğal günü möhtəşəm toy edib. Kür sahilində “Ana Kür” şadlıq evində keçirilən toyda 1000 nəfərdən çox vəzifəli şəxs iştirak edib. Toya dəvətlilərdən biri Rəsul adlı Bakı sakini Heydərə toyun bu qara günə salınmasına iradını bildirəndə o həmin şəxsi toydan qovub. Deyib ki özüm bilərəm.

Daxil olan məlumatda o da deyilir ki, saysız-hesabsız bahalı maşınları, Bakı şəhərində evləri, rayonda nece deyərlər topdağıtmaz villası, qiymətli mülkləri ilə gündəmə gələn bu şəxs ictimaiyyət arasında mənfi şəxs kimi xarakteriza olunur. 1993-ci ildən rayon icra hakimiyyətində kənd təsərrüfatı şöbəsinin müdiri və başçının müavini kimi camaatın ancaq nifrətini qazanıb.

Qarşı tərəfin də münasibətini yaya bilərik.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ