SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İlham Əliyev qızılgül becərənlərlə görüşdü - Fotolar

İlham Əliyev qızılgül becərənlərlə görüşdü - Fotolar

Tarix:

3-08-2017, 15:44

/ 106 485 dəfə oxundu.
İlham Əliyev qızılgül becərənlərlə görüşdü - Fotolar

Azərbaycan prezidenti İlham Əliyev avqustun 3-də Zaqatala rayonuna səfər edib.

Dövlət başçısı əvvəlcə Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında onun abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Sonra prezident Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub. Dövlət başçısına müəssisə barədə məlumat verilib. Bildirildi ki, müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib.

Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən 82 hektarda “Dəməşq qızılgülü” və 25 hektarda “Lavanda” gülü növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. “Dəməşq qızılgülü”ndən istehsal olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə görə ən yaxşısı hesab olunur. Bolqarıstandan gətirilmiş “Lavanda” gülü növünün Fransa və Türkiyə “Lavanda” növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur.

İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr “Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq.

Qeyd edək ki, dünya üzrə ildə 3 ton qızılgül yağı istehsal olunur ki, bunun da 50 faizi Türkiyə, 40 faizi Bolqarıstan, 10 faizi isə digər ölkələrin payına düşür.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüb.

Sonra İlham Əliyev qızılgül sahələrinə baxıb.

İ. Əliyev həmçinin Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub.
İlham Əliyev qızılgül becərənlərlə görüşdü - Fotolar
İlham Əliyev qızılgül becərənlərlə görüşdü - Fotolar
İlham Əliyev qızılgül becərənlərlə görüşdü - Fotolar
İlham Əliyev qızılgül becərənlərlə görüşdü - Fotolar
İlham Əliyev qızılgül becərənlərlə görüşdü - Fotolar
İlham Əliyev qızılgül becərənlərlə görüşdü - Fotolar
İlham Əliyev qızılgül becərənlərlə görüşdü - Fotolar

Şərhlər

XƏBƏR LENTİ