SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əli Abbasovun azadlığa çıxan “sağ əli” haqda eksklüziv iddia - mülklər, pullar, vəzifə...

Əli Abbasovun azadlığa çıxan “sağ əli” haqda eksklüziv iddia - mülklər, pullar, vəzifə...

Tarix:

2-08-2017, 09:52

/ 58 238 dəfə oxundu.
Əli Abbasovun azadlığa çıxan “sağ əli” haqda eksklüziv iddia - mülklər, pullar, vəzifə...

Həbsdə azad edilən və şərti azadlığa çıxan Aztelekom-un sabiq direktoru Məhəmməd Məmmədov səhhətindəki problemləri həll etməklə məşğuldur
Sabiq məmur evində istirahət etməkdədir və psixoloji reabilitasiya dövrünü keçməkdədir.
Məlumata görə, baş verənlərdən sonra stress və həyəcan keçirmiş M.Məmmədov hələlik yalnız dincəlməyə çalışır.
İddialara görə, mal-mülkü əlindən çıxmasına baxmayaraq, onun hələ də yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları və xarici bank hesablarında pulları var.
Mənbə deyir ki, bir müddət sonra sabiq direktora yüngül bir vəzifə verilməsi də istisna edilmir. Keçmiş rabitə naziri Əli Abbasov, Qubanın keçmiş başçısı Rauf Həbibov kimi onun da vəzifə alacağı gözlənilir.
Bildirilir ki, M.Məmmədov keçmiş rabitə naziri ilə yaxın əlaqələri var. Hətta azad edildikdən sonra Ə.Abbasovun ona baş çəkdiyi iddia edilir. Keçmiş olsun deməyə getmiş eks-nazir onunla dərdləşib və xilas olduğuna sevindiyini söyləyib.
Əldə etdiyimiz xəbərə görə, Ə.Abbasov ona azadlığa çıxmasına kömək etdiyi kimi bir müddət sonra hansısa idarələrin birində vəzifəyə təyin olunması üçün də əlindən gələni edəcəyinə söz verib.
Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun şərti azadlığa buraxılmasının səbəbi var.
M.Məmmədovun məhkəmənin tələsik yekunlaşdırılması ilə bağlı məhkəmədə səs-küy salıb hakimləri ittiham etməsi təsadüf deyildi.
O, həbsdən yaxa qurtaracağına əmin idi. Qarantiyası vardı. 4 milyon 400 min manatlıq ittiham onun üçün sıradan bir olaydır.
M.Məmmədov 4 milyon 400 minlik yeyintiyə yol verdiyini ittiham aktına yazmaqla faktiki olaraq kənarda saxlanılırdı. Ancaq Əli Abbasovun yaxın adamı Məhəmməd Məmmədov keçmiş nazirin sağ əli kimi şərti azadlığa çıxa bildi.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ