SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əvvəlki MTN quldurluqla məşğul olurdu - "...hamı keçmiş MTN-lə, indiki DTX-nin fərqini görsün"

Əvvəlki MTN quldurluqla məşğul olurdu - "...hamı keçmiş MTN-lə, indiki DTX-nin fərqini görsün"

Tarix:

29-07-2017, 17:16

/ 107 075 dəfə oxundu.
Əvvəlki MTN quldurluqla məşğul olurdu - "...hamı keçmiş MTN-lə, indiki DTX-nin fərqini görsün"

Son aylar ərzində Dövlət Təhlükəsizliyi Xidməti bir neçə uğurlu əməliyyat keçirib. Həm casus şəbəkələrinin ifşa edilməsində, həm dünyəvi bəlaya çevrilən terrorçuluqla mübarizədə, həm də dövlətin və millətin təhlükəsizliyini təhdid edən müxtəlif məsələlərin aşkarlanmasında DTX-nin mühüm xidmətləri olub.

Qurum həssaslıq və dəqiqliklə həyata keçirdiyi əməliyyatlarla keçmiş MTN-in yarıtmaz fəaliyyətini tamamilə unutdurmağa nail olub.

Bu baxımdan təhlükəsizlik üzrə ekspertlər və ictimaiyyət nümayəndələri DTX-nin fəaliyyətini çox yüksək qiymətləndirirlər. Məsələ ilə bağlı "Şərq”ə danışan Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri, sabiq polis rəisi Mahmud Hacıyev deyib ki, DTX çox dəyərli və qiymətli bir qurumdur. Ekspertin sözlərinə görə, yeni yaradılmış qurum çox uğurlu əməliyyatlara imza atıb və atmaqda davam edir: "DTX-nin müsbət fəaliyyəti media qurumları tərəfindən mütəmadi işıqlandırılır.

Əslində burada qeyri-adi heç nə baş vermir. Sadəcə mətbuata və sadə vətəndaşlara maraqlı gələn başqa məsələdir. Keçmiş MTN demək olar ki, Azərbaycanın milli təhlükəsizliyi ilə məşğul olmurdu. Həmin şəbəkənin üzvləri öz vəzifə borclarını icra etmirdilər, son 10-15 ildə quldurluqla məşğul olurdular. Özlərinin şəxsi mənfəəti naminə cinayət tərkibli əməllərə əl atırdılar. İnsanları azadlıqdan məhrum etmə ilə, şantaj və hədə ilə təhdid edərək külli miqdarda pul mənimsəyirdilər. Yəni onların vaxtında ölkənin təhlükəsizliyi Allahın ümidinə buraxılıb. Allah üzümüzə baxıb ki, ölkədə hansısa terror hadisəsi baş verməyib. Nazirlikdəki cinayətkar qrup ifşa olunduqdan sonra qurumdan bir neçə general başda olmaqla xeyli zabit ixrac edildi və həbs olundu. İndi onların məhkəmə prosesi gedir və açıqlamalar mediada öz əksini tapır. Aydın olur ki, şəbəkə üzvlərinin əməlində bir yox, 5-6 cinayət tərkibi var. Bunları vurğulamaqda məqsədim odur ki, hamı keçmiş MTN-lə, indiki DTX-nin fərqini görsün. Çox düzgün olaraq MTN-də zəruri islahatlar aparıldı.

Struktur islahatları getdi, şəxsi heyətin tərkibi dəyişdi”. M.Hacıyev bildirib ki, hazırda qurum öz missiyasını həyata keçirir və bu işi çox uğurla görür: "Həm rəhbərlikdə təmsil olunan şəxslər, həm də onlara tabe olan ayrı-ayrı xidmətlər təqdirəlayiq fəaliyyət göstərirlər. Təbii ki, öz işini görən qurum ortaya ancaq faydalı nəticələr qoyacaq. Bir güc strukturu və xüsusi xidmət orqanı kimi DTX üzərinə düşəni edir. Hüquqi-demokratik dövlətlərin hamısında vəziyyət bu cürdür. Bizdə də artıq həmin tendensiya gedir. Bəzi adamlar əməliyyatların keçirilməsini, kimlərinsə həbs olunmasını sensasiya kimi qəbul edirlər, təəccüblənirlər. Burada təəccüb ediləsi heç nə yoxdur. Əvvəlki qurum öz işini görmürdü, indiki təşkilat isə görür. Mən DTX-nin işini qənaətbəxş sayıram və alqışlayıram”.

Şərhlər

XƏBƏR LENTİ