SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "İstədiyimizi oldürsək də, ekspertdən istədiyimiz rəyi ala bilirik..." - ŞİKAYƏT VAR

"İstədiyimizi oldürsək də, ekspertdən istədiyimiz rəyi ala bilirik..." - ŞİKAYƏT VAR

Tarix:

16-01-2017, 23:10

/ 1 999 dəfə oxundu.
"İstədiyimizi oldürsək də, ekspertdən istədiyimiz rəyi ala bilirik..." - ŞİKAYƏT VAR

Redaksiyamıza bir vətəndaş müraciəti daxil olub. Həmin məktubda yazılanları olduğu kimi təqdim edirik:

"09.01.17 ci il tarixində Yasamal rayonu ərazisində yerləşən Mirqasımov adına Respublika xəstəxanasının doğum şöbəsinə gəlinim Qasımova Turanə Vidadi qızının doğumu ilə əlaqədar müraciət etdik.Gəlinimi qeydiyyat otağında qeydiyyata alıb bütun lazımi olan müayinə və analizlərdən keşirib şöbəyə qəbul etdilər.Mən Zeynalova Məsimə həkimlə və ya şöbə müdiri ilə gorüşmək istədiyimi bildirdim mənə mühafizəcilər bunun mümkün olmadiğını və bizim icazəmiz yoxdur ifadəsi ilə bildirdilər.Qeydiyyat otağında doğum şöbəsinin müdirəsi Zara (Zəhra Abbasova)adlı həkimlə telefon əlaqəsi yaradıb gəlinim Qasımova Turanənin gözü zəif olduğunu və qeysəriyyə olunmasını xahiş etdim.Zara xanım cavabında mənə bildirdiki palata həkimi Elnurə xanım palataya yerləşdirsin həmin günü palataya yerləşdirsələrdə xəstənin hal əhvalı ilə maraqlanan olmadı.Səhəri yani 10.01.17 ci il tarixində səhər saat 8 radələrində xəstəxanaya getdim gəlnimin halı yaxşı deyildi gəlnim dediki məni qəbul etsələrdə mənimlə maraqlanan yoxdur burda kimnən nəsə soruşandada pul ilə cavab verirlər mən gəlnimə pul verdim və palataya yola saldim onuda qeyd edimki gəlinimlə görüşmək istədiyimi bildirəndə dedilər icazə yoxdur amma yanimda başqa bir tanımadığım xəstənin valideyini dedi ki, pul ver onda görüşdürəcəklər, mən də qapıda durana 2 manat verdim gəlinimlə məni görüşdürdü.Zara xanıma 2 dəfə zəng etdım telefona cavab vermədi, bir neçə dəqiqədən sonra Zara xanim mənə zəng edib kimsiz deyə sual verəndə dedim ki, Qasımova Turanənin mamasıyam, bağışlayın həkim narahat edirəm gəlnimin vəziyyəti yaxşı deyil bərk ağrıyır xahiş edirəm gəlnimi əməliyyat edin uşağı götürün Zara xanım cavabında mənə dediki xəstəm çoxdur reanimasiyada yer yoxdur bu gün vaxtım yoxdur məni narahat etməyin.Bir neçə saat orda gözlədikdən sonra palata həkimi Elnurə həkimə yalvardımki xahiş edirəm gəlinim çox ağrıyır onu əməliyyat edin uşağı götürün oda mənə dediki mən kiməm Zara xanımsız heçnə edə bilmərəm.Zara xanıma müraciət edin.Mən yenə Zara xanima zəng etdim cavab verdı və mən ona dedim Zara xanım gəlinim bərk ağrıyır , dözə bilmir xahiş edirəm onu əməliyyata götürün Zara xanim cavabında mənə bildirdi ki, məni narahat etməyin, gedin işinizlə məşğul olun, mənə mənim işimi öyrətməyin, mən vaxtını bilirəm hələ sizin gəlininizin vaxtına var. 10.01.17 ci il tarixində günorta saatlarında gəlnimi aparıb ulturasəs müainədən keçirib əməliyyata hazırladılar, lakin əməliyyat etmədilər mən tələb etdim ki, əməliyyat edin bizə cavab olaraq bildirdilər ki, gəlin və uşaq maşallah olsun superdi hər şey cox yaxşıdır.Gəlin və uşağınizdan narahat olmayın hər ikisi tam sağlamdır heç bir narahatçılıq yoxdur.Lakin mən gəlinim ağrıya dözə bilmədiyindən yalvardım ki, xahiş edirəm əməliyyat edin.Zara həkim mənə dedi ki, sən məndən çoxmu bilirsən, mən sənin gəlninin vaxtını bilirəm.Həmin gün axşam saat 19-20 yə kimi gozlədik evə gəldik.Həmin gün gəlnimin ağrısı heç kəsməyib gecə saat 2-3 radələrində gəlinim qizima və xalasına sms yazıb ki, ağrıdan ölürəm mənə heç kim baxmır həyat yoldaşı Qasımov Azərlə telefonla danışaraq halı pisləşdiyini deyib.Biz də gəlinə dedik ki, növbətçi həkimə müraciət et dedi ki,yerimnən dura bilmirəm mənlə maraqlanan yoxdur.Səhəri yani 11.01.17 ci il tarixində səhər saat 7 radələrində gəlinim Zara xanıma bildirib ki, mən ölürəm qan axmadan ayağa dura bilmirəm mənə baxan yoxdur təxmini saat 07:30 radələrində Elnurə gəlib görüb ki, qanaxma var deyib sənnən qabaq xəstə var qanaxma ilə onu əməliyyata saliblar. Sonra təxmini saat 9-10 da gəlinimi əməliyyat otağına aparıblar və nəticədə 3-4 saatdan sonra Elnurə həkim gəldi dedi ki, Qasımova Turanənin qohumlarınnan kim var, biz də saat 5 dən gedib orada gözləyirdik. Bizə dedi ki, Turanə sağdır amma uçaq tələf oldu. Mən ona dedim dünən uşaq sağ idi nə oldu. Dünəndən sizə yalvarıram ki, uşagı götürün niyə götürmədiniz? Dedi ki, mən kiməm Zara həkim bilər.Onu bildirmək istəyirəm ki, uşaq Zaranin və digər həkimlərin səhlənkarlığı nəticəsində tələf oldu.Mən uşağı görməyi tələb etdim Yasamal rayon Prokrorluğundan gələn Prokror koməkçisi Anar adlı şəxs bizə dedi ki, uşağı gətizdirəcəm görün və morqa aparmalıyıq ki, ekspertizadan keçsin.Təxmini 1 saat gözlədik uşağı gətirən olmadı, orda tanimadigimiz bir mühafizəçi bizə dedi ki, nə gözləyirsiz yalandan uşaq yoxdur səhər əməliyyatdan sonra morqa yollayiblar getdik morqa bizə dedilər ki, burda elə uşaq yoxdur. Prokror koməkçisi Anar müəllim onlara dedi ki, açın qapını açdılar orda neçə nəfər işçi var idisə hamısı biri birinin üstünə atdı ki, mənə yox ona veriblır o dedi mənə yox o birinə veriblər, bizi bir neçə dəqiqə yubadaraq axır kı, dedilər ki, hə bizdədi.Mən və övladlarım Anar müəllimə sual verdim ki, mənim xəbərim olmadan belə bir şey etmək düzgündürmü? O, həmin vaxt telefon ilə Zara xanimla danişırdı və sualımıza cavab olaraq bildirdi ki, qayda qanun budur və cavabı 1 ay (bir ay) müddətinə çıxacaq siz o vaxta kimi gəlib prokrorluğa izahat yazın.Burdan aydın görünür ki, cavabı Zara xanim istədiyi kimi yazdıracaq və özünün düz olmadığını sübut edəcək.Ona görə də mən uşağın dovlət tərəfindən təkrar ekspertiza olunmasını tələb edirəm.Çün ki,mənə əməliyyat olan bir dəqiqəyə kimi hər şeyin yaxşı olduğunu və gəlinim və onun bətnindəki uşağın sağlam olduğunu müayinələr anaıizlər və həkimlər bildirib.Mən hər bir analizi oz gözümlə yaxşı olduğunu görmüşəm hətta doplerdə çox yaxşı çıxmışdır.Onu bildirmək istəyirəmki bizim dunyaya gələn körpəmiz bir mənalı olaraq həkimlərin səhlənkarlığı ucundan tələf oldu. Onu qeyd edim ki, adı Respublika xəstəxanası olmağına baxmayaraq açıqcasına bazardır.Xadiməsindən tutmuş şöbə müdirinə kimi heç biri pul almamış heç nə etmir, hətta xəstən ölüb əlindən getsə belə.xəstəxanaya daxil olan orda istifadə olunan hər bir dərman praparatları xəstənin adamları tərəfindən alınır.həmin alınan dərman və ya yeməyi xəstəyə çatdırmaq belə pulunnandir.Qapıda durana 2 manat verəndə deyir dilənçi deyiləm bunu ya 3 elə ya 5 manat.Onuda qeyd edimki Zara həkim bizə bildirmişdir ki, mənim işimə qarışmayın gedin evinizdə oturun mən deyendə gəlib pulunu odəyib gəlininizi və uşağınızı apararsız.11.01.17 ci il səhər saat 10 radələrindən Zara həkim qaçıb itib tapılmır ki, bizə açıqlama versin, ki niyə bele etdi. Dəfələrlə Baş həkimin müavinlərinin qəbulunda olduq Zara xanim bizdən qaçır, bizi onunla görüşdürün deyə müraciət etsək də, ya bizə hədə qorxu gəlirlər, ya bizə böhtan atirlar ki, siz qapı pəncərəni sındırmısız, biz nə pəncərə nə də qapı sındırmamışıq biz qanuni yolla tələb etmişik. 102 yə zəng etmışik onlar yanımızda olublar çəkiliş çağırdıq amma icazə vermədilər. çəkilişə gələnləri arxa qapıdan yola saldılar. Baş həkimin müavininin qəbuluna düşmək olmur qəbul edəndə də deyir ki, gedin əlinizdən nə gəlir edin Zara həkim hər əməliyyata girəndə bu hadisələri gözünün önünə gətirir bizim ekspertin rəyi var əlimizdə bu da o deməkdir ki, istədiyimizi oldürsək də ekspertdən istədiyimiz rəyi ala bilirik.

Aidiyyəti qurumlardan bu məsələni ciddi şəkildə araşdırılmasını. Günahkarların cəzalandırılmasını tələb edirik".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ