SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağsu Qaz İdarəsindən kütləvi saxtakarlıq: Əkbər Hacıyev məhkəmələri saymır - Fakt

Ağsu Qaz İdarəsindən kütləvi saxtakarlıq: Əkbər Hacıyev məhkəmələri saymır - Fakt

Tarix:

16-07-2017, 23:39

/ 129 145 dəfə oxundu.
Ağsu Qaz İdarəsindən kütləvi saxtakarlıq: Əkbər Hacıyev məhkəmələri saymır - Fakt

Ağdaşın Tofiqi kəndinin sakini Bəhruz Qinyaz oğlu Həsənov Ağsu Rayon Qaz İstismar İdarəsi (RQİİ) tərəfindən qanunsuzla qarşılaşıb
Abonentə 673,60 manat qaz borcu yazılıb.
Ağsu RQİİ-nin Ağdaş Xidmət Sahəsi tərəfindən 26 yanvar və 03 fevral 2016-cı il tarixlərdə B.Həsənova göndərilmiş xəbərdarlıq məktubları ünvanlanıb.
Əgər müvafiq olaraq sayğacın dəyərinə görə 130 manat, itirilmiş qaz sərfiyyatına görə isə 543,60 manat borcun 5 gün müddətinə ödənilməsə, evinə qaz verilişi dayandırılacaq.
Hüquq müdafiəçisi İlqar Məhərrəmli müdafiə etdiyi abonentin borcunun qanunsuz və əsassız olduğunu bilib “Əsassız hesablanmış borcun silinməsi” tələbi ilə Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb.
“05 aprel 2016-cı il tarixdə Ağdaş rayon Məhkəməsində hakim Ruslan Əlizadənin sədrliyi ilə işə açıq məhkəmə iclasında baxaraq Bəhruz Həsənovun iddiası təmin edilmiş və cavabdeh "Azəriqaz" İB-nin Ağsu RQİİ tərəfindən sayğaca görə 130 manat, itirilmiş qazın dəyərinə görə 543,60 manat, cəmisi 673,60 manat əsassız hesablanmış borcun silinməsi qət edilib.
Ağdaş Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan Ağsu RQİİ apellyasiya şikayəti verib.
Apellyasiya şikayətinə 18 avqust 2016-cı il tarixdə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakim Mahir Əsədlinin sədrliyi, hakimlər Vidadi Qasımov və Ələddin Məcidlidən ibarət tərkibdə baxılıb.
Cavabdeh "Azəriqaz" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməyib və Ağdaş Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Şəki Apellyasiya Məhkəməsinin 18 avqust 2016-cı il tarixli qətnaməsindən Kassasiya şikayəti verilmədiyindən 01 noyabr 2016-cı il tarixdə qanuni qüvvəsini alıb.
Amma məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsinə baxmayaraq "Azəriqaz" İB Ağsu RQİİ-nin rəhbərliyi məhkəmə qətnaməsini saya saymayaraq vətəndaşa yazdığı qanunsuz yazdığı 673, 60 manat borcu silməkdən imtina edir.
İdarənin əməkdaşları tez-tez Bəhruz Həsənova yazılmış 673,60 manat borcu ödəmədiyi təqdirdə onun evinə qaz verilişinin dayandırılacağı ilə hədələyərək ailəsini narahat edirlər.
Ağsu RQİİ-nin özbaşınalığı və dövlətin adından çıxarılmış məhkəmə qətnamələrini icra etməkdən imtina etməsi bununla bitmir.
Göyçay Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixdə Ağsu RQİİ-nin Göyçay rayon sakini Nizami Rəhimova hesabladığı 778 manat, Ramin Məhərrəmova hesablanmış 325,40 manat və Bəhruz Məmmədova hesablanmış 357,80 manat borcun qanunsuz və əsassız hesab edərək ləğv etməsinə baxmayaraq icra etməkdən imtina edir və vətəndaşları narahat edirlər.

Şərhlər

XƏBƏR LENTİ