SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Bu bir kələkdir ki, bizə qarşı edilib" - Ucar sakini giley edir

"Bu bir kələkdir ki, bizə qarşı edilib" - Ucar sakini giley edir

Tarix:

12-07-2017, 10:46

/ 124 781 dəfə oxundu.
"Bu bir kələkdir ki, bizə qarşı edilib" - Ucar sakini giley edir

Ucar rayonu Boyat kənd sakini Həsənov Malik Əlisalik oğlu tərəfindən məktub daxil olub. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya mətbuat vasitəsi ilə müraciət edən Ucar sakini dörd uşaq atası Malik Həsənovun müraciətini olduğu kimi dərc edirik..
"Hörmətli Mehriban xanım bu ərizəmdə yazıb sizə bildirirəm ki, himayəmizdə böyünün 4 yaşı, ortancılın 2 yaşı, kiçik əkizlər 7 aylıq olmaqla 4 azyaşlı uşağımız var.Həyat yoldaşım azyaşlılara baxdığı üçün işləmir, özüm isə əkinçiliklə məşğul oluram.Əldə etdiyimiz gəlir ailəmizin dolanışığına çatmadığı üçün yoxsulluq həddində yaşadığımıza görə bizim ailəyə 2016-cı ilin dekabr ayı tarixində Ünvanlı Sosial Yardım təyin olunmuşdur.Buna görə ailəmizə 209 manat sosial yardım verilirdi.2017-ci ilin aprel ayı tarixində bizə məktub gəldi ki, kənd təsərrüfatına yararlı kod torpaq sahəsi olan şəxs barədə məlumatın təqdim edilməməsi üçün sizə sosial yardım verilməsindən imtina edilmişdir.Biz bu imtinanı tam əsassız hesab edirik.Ona görə ki, bizim ailəyə ünvanlı sosial yardım təyin edilən zaman həmin torpağın olması sistemdə qəsdən göstərilməımişdir.Bizim VEMTAS sisteminə məlumat göndərmək anlayışımız yoxdur.
Buna görə biz komputer proqramçısına müraciət etmişik ona hansı sənəd deyibsə məlumat vermişik.Biz torpağımızın olmasını gizlətməmişik.İlk dəfə bizə imtina gələndə həmin torpaq sahəsini qeyd etmişdik.İkinci dəfə VEMTAS sistemində torpağı göstərmədiyimiz halda bizə Ünvanlı Sosial Yardım təyin edilmişdir.Beləliklədə biz qəsdən həmin pay torpağı sistemdən gizlətməmişik.Bu bir kələkdir ki, bizə qarşı edilib.Sənədləri araşdırıan zaman bu tam məlum olacaq.Atam Həsənov Əlisalik Ələkbər oğlunun adına Aqrar İslahatlar Komisiyasının 28 dekabr 1998-ci il tarixli 17 nömrəli qərarı ilə verilmiş 1,62 hektar pay torpaq sahəsinin olmasını əsas gətirib qanunsuz olaraq imtina verilmişdir ki, bu tam haqsızlıqdır.Həmin torpaq sırf şorandır ki, orada heç nə bitirmək mümkün deyil.Çünki Ucar rayonunda bildiyiniz kimi şoran torpaqlar çoxdur.Həmin torpağı ünvanlı sosial yardım almaq üçün sənədləri təqdim edən zaman gizlətməmişik.Həmin torpağ mən subay olan vaxtı ailəmizə məxsus olmuş indi isə həmin 1.62 hektar torpaq sahəsində mənim payım 033 hektardı.
Adi bir yanlışlığa görə 4 azyaşlı uşağın sosial yardımının kəsilməsi ciddi qanunsuzluq və günahdır ki, bunu etdilər.Ailə vəziyyətimiz çox-çox ağırdı. Ailəmizə təyin edilən sosial yardımın verilməsindən imtina edilməsi bizi çox sarsıtdı.
Ancaq buna baxmayaraq ümüdümü üzməmişik çünki Azərbaycanın sizin kimi mərhəmətli birinci xanımı var.
Hörmətli Mehriban xanım 4 azyaşlı uşağın atası olaraq sizə müraciət edib çox-çox xahiş edirəm bizim ailəyə təyin edilmiş sosial yardımıın verilməsindən imtanın tam əsassız olmasını nəzərə alıb bərpa edilmıəsinə köməklik edəsiniz.
Allahdan sizə uzun ömür, möhkəm can sağlığı və işlərinizdə daima uğurlar arzulayıram.Allah Sizi qorusun.
Əlaqə telefonu; (050) 328-69-69

RegionXeberleri.com
"Bu bir kələkdir ki, bizə qarşı edilib" - Ucar sakini giley edir
"Bu bir kələkdir ki, bizə qarşı edilib" - Ucar sakini giley edir

Şərhlər

XƏBƏR LENTİ