SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » 79 yaşlı qadın kimdən narazılıq edir? - FOTOLAR

79 yaşlı qadın kimdən narazılıq edir? - FOTOLAR

Tarix:

11-07-2017, 10:32

/ 135 562 dəfə oxundu.
79 yaşlı qadın kimdən narazılıq edir? - FOTOLAR

Redaksiyamıza Qobustan rayonundan şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi təqdim edirik:

"Salam.Mən 79-cu yaşdayam. 2012-ci ildən bəri mən özümə məxsus 15 baş xırdabuynuzlu, 2 baş isə iribuynuzlu mal-qaramı Qobustan rayon sakini, Əvvəllər Qobustan MTS sədri olmuş,hazırda fermer işləyən Fizuli Əlizadəyə verdiyim malları ala bilmirəm. Oğlum Qürbət 2012-ci ildən onun naxırçısı olmuşdu. Səhlənkarlıqdan 7 baş malını itirmiş və F.Əlizadənin yazdığı şikayət əsasında iş Şamaxı Prokurorluğunda araşdırılmış və dəymiş zərər 5000 manat hesablanaraq sabiq prokuror köməkçisi işləmiş Rəna xanım vasitəsilə ödənilmişdir. Bütün bunlara baxmayaraq son illər dəfələrlə Şamaxıda saxladığı yataqlara baş çəkib verdiyim mal-qaranı geriyə istəsəm də Fizuli müəlllim heçnə qaytarmayacağını və arxayınçılıqla get hara istəyirsən şikayət et deyir. Mən bu qoca vaxtımda yollarda qalmaqdan yorulmuşam. Fizulinin Şamaxı və Qobustan rayonlarında məşhur fermer və pul sələmçisi kimi tanınması həqiqətən ondan yerli orqanlara şikayət etməyin mənasız olduğunu düçünməyə əsas verir. Elə onu tanıyanlar da deyirlər ki, yalnız yuxarı orqanlara şikayət etsən bəlkə Fizuliyə bir kiçik təsiri olar. Hazırda onun 160 baş iribuynuzlu, 1800 baş xırdabuynuzlu mal-qarası olmasına baxmayaraq mənim verdiyim əmlakımın heç olmasa yarsını belə qaytarmır. Allah insaf versin. Odur ki, bir daha cənab Prezidentdən xahişim budur ki, bu gün sabah son mənzilə yola düşəcəyim vaxt heç olmasa kasıb nəvələrimin adına borc yazılmasın, halal-malımın mənə qatarılmasına yardımçı olsun.Sağ olun.
Rəbiyyə Bayramova 070-8814191"

Qarşı tərəfi də dinləməyə hazırıq.

Dia.az
79 yaşlı qadın kimdən narazılıq edir? - FOTOLAR
79 yaşlı qadın kimdən narazılıq edir? - FOTOLAR
79 yaşlı qadın kimdən narazılıq edir? - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ