SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Başçıdan prezidentə təxribat: Rəşad Şükürovun dəstəsi sahibkarlara basqın etdi

Başçıdan prezidentə təxribat: Rəşad Şükürovun dəstəsi sahibkarlara basqın etdi

Tarix:

10-07-2017, 19:57

/ 54 898 dəfə oxundu.
Başçıdan prezidentə təxribat: Rəşad Şükürovun dəstəsi sahibkarlara basqın etdi

Göyçay bazarında qarşıdurmaya cəhd edilib
Hüquq müdafiəçisi Taleh Xasməmmədəov sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, iyulun 5-də, saat 11:30 radələrində Göyçay RİH-nin şəhər üzrə ərazi nümayəndəsi Rəşad Şükürov başına bir dəstə məmur toplayaraq "AVA-N" MMC-yə məxsus kənd təsərrüfatı məhsulları bazarına qanunsuz daxil olmaqla kiçik sahibkarlara təzyiq və təhdidlər göstərib.
Onlardan tələb olunub ki, "yığışın gedin Cəyirli kəndində olan bazara, burada satışa icazə vermirik".
Bazarda olan satıcılar onlara qarşı edilən qanunsuz və haqsızlığa etiraz olaraq qarşıdurma həddinə gəlib çıxıblar. Orada söyüş, qarğış və səs-küy aləmi bürüyüb.
Satıcıların iğtişaş törədəcəyi ehtimalını hiss edən bazar rəhbərliyi və işçiləri satıcıları sakitləşdirərək bazara gələn məmur dəstəsini qanuna hörmət etməyə çağırıb.
Onların özbaşına hərəkətlərinin xoşagəlməz hallara gətirib çıxaracağı izah olunub.
Göyçaya icra başçısı Mehdi Səlimzadə gəldiyi gündən rayonda ara qarışıb. İcra başçısı və nümayəndəsi R.Şükürov prezidentə qarşı gedərək sahibkarları boğur, hüquqlarını tapdalayır, cəngəllik qanunları hökm sürür.
M.Səlimzadədən çoxaylı şikayətlər var və hər gün demək olar ki, göyçaylılar hansısa özbaşınalıqdan narazılıq edirlər.
Artıq icra başçısı qara dosyeyə düşmək üzrədir. Çünki PA monitorinq aparır. Onun nümayəndəsi Rəşad Şükürov da sahibkarlara, ticarətçilərə divan tutur.
Baş verən qarşıdurmalara görə bazar rəhbərliyi zərbə altında qalmamaq üçün nə qədər vəziyyəti sakitləşdirməyə çalışsa da hər dəfə məmurlar tərəfindən yeni təzyiq metodları seçilir.
Gecə saat 02:30 radələrində də Göyçay RİN-nin nəzdində olan Sanitar Təmizlik İdarəsinin rəisi Loğman Əliyev, bələdiyyə üzvü Cavid Rəhimov və başqa bir neçə məmur başlarına idmançı dəstə yığaraq bazara qanunsuz hücum çəkmiş, bazarın giriş-çıxış qapılarını avtomobillərlə kəsmiş, satıcılara təzyiq etmişdilər.
Satıcıların hiddətini və ciddi müqavimətlərini görən dəstə dərhal qaçaraq həmin ərazini tərk etməli olmuşdu. Həmin vaxt da bazar işçiləri vaxtında satıcıları sakitləşdirib nizam-intizama dəvət etməsəydi, yenə rüsvayçı bir hal ortaya çıxmış olardı.
Baş verənlər barədə həmin gün DİN-nə rəsmi məlumat verilib araşdırılması xahiş olunmuşdur.
Bu gün bazara qanunsuz daxil olmuş Göyçay RİN-nin şəhər üzrə nümayəndəsi Rəşad Şükürov bazarın fəaliyyətini qanunsuz hesab edilir. O hansı səlahiyyətlərə malikdir və nə etmək istəyir?
Görünür ki, formal da olsa ona 500-dən çox ailənin dolanışıq yeri olan bazara əl qoymaq, qanunsuz müdaxilələr etmək səlahiyyətlərini kimsə verib və onu qorxmadan bu cür addımlar atmağa davam etməyə səsləyir.
"AVA-N" MMC hüquqi şəxs kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən "bir pəncərə" prinsipi ilə dövlət qeydiyyatına alınmış, vergi orqanında fəaliyyət qeydi ticarət növündə göstərilib.
Məmur Rəşad Şükürov isə prezident sərəncamının əksinə çıxaraq Göyçay RİH-də qəbul olunmuş "Şura Iclası Qərarı"nı əsas gətirərək özünü haqlı kimi təqdim etməyə çalışır.

Şərhlər

XƏBƏR LENTİ