SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » AMİ Ağcabədi Filialı barədə şok ittihamlar…- VİDEO

AMİ Ağcabədi Filialı barədə şok ittihamlar…- VİDEO

Tarix:

10-07-2017, 19:51

/ 54 886 dəfə oxundu.
AMİ Ağcabədi Filialı barədə şok ittihamlar…- VİDEO

Mikayıl Cabbarov və Aqiyə Naxçıvanlıdan tədbir görülməsi xahiş olunur
Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi Filialı barədə ittiham xarakterli bir yazı daxil olub və müəllif onun saytımız vasitəsilə işıqlandırılmasını xahiş edib. Biz də həmin yazını olduğu kimi oxucuların mühakiməsinə veririk və əlimizdə sübutlar olmadığından bu ittihamların nə dərəcədə həqiqət olduğunu bilmirik. Ancaq iddiaların həqiqət olduğunu da dana bilmərik. Kəsəsi, bunları araşdırıb ölçü götürməli olan şəxslər və qurumların adları elə bu yazıda çəkilib…
Şok!… Şok!… AMİ-nin Ağcabədi filialı dövlətimizə qarşı !
AMİ-nin Ağcabədi filialında müdhiş olaylar və gizlində qalan ciddi qanun pozuntularının fonunda təhqir olunan ağdamlılar…
Son bir ildə ölkə mediasında ən çox müzakirə olunan təhsil ocağının Azərbaycan Müəllimlər İnstitutu olduğunu desək, yəqin ki yanılmarıq. AMİ-nin Qazax,Gəncə,Salyan və Mingəçevir filiallarında baş verən müdhiş olaylar,cinayət ittihamları və bütün bunların fonunda kadr dəyişiklikləri,o cümlədən təhsil nazirinin qərarı ilə filiallarda aparılan yoxlamalar bunun əyani sübutudur.Amma kölgədə qalan,əslində isə adıçəkilən filiallardan əməllərinə görə heç də geri qalmayan (bəlkə də irəliyə gedən ) başqa bir təhsil müəssisəsi də var. AMİ-nin Ağcabədi filialı…
Gəlin öncə filialın direktoru Mətanət Fərzəliyevanın keçmişinə qısa nəzər salaq.Bizə daxil olan məlumata görə Mətanət Fərzəliyeva hələ gənc yaşlarında Pedaqoji İnstitutun Şuşa filialında işlədiyi zaman Ağdam sakini Qamət adlı şəxsin qızından rüşvət aldığı üçün adıçəkilən təhsil müəssisəsindən xaric edilib. Bu, “alim” xanımın “fəaliyyət”ləri bununla da yekunlaşmayıb. Belə ki 17 may 2005-ci ildə 303/35 saylı əmrin çıxarışı əsasında 17 sentyabr 2005-ci il tarxili (protokol nöm.1) iclasının qərarı əsasında tədris prosesinin təşkilində yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Müəllimlər İnstitutunun rektoru,millət vəkili Aqiyə Naxçıvanlının əmri ilə Fərzəliyeva Mətanət Çərkəz qızı 23 sentyabr tarixindən etbibarən Ağcabədi filialının tədrsi işləri üzrə direktor müavini vəzifəsindən azad edilib.Hətta bu azmış kimi 16 aprel 2010-cu il tarxidə keçmiş təhsil naziri Misir Mərdanovun 14 nömrəli əmri ilə işlərində yol verdikləri nöqsanlara və əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru Xəqani Məmmədova töhmət, tədris və elmi işlər üzrə direktor müavini Mətanət Fərzəliyevaya və baş mühasib Qnyaz Abbasova isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Ancaq maraqlıdır ki,bu qədər pozuntunun və nöqsanların içində olan bu şəxs kimlərinsə ciddi dəstəyi ilə sonradan AMİ-nin Ağcabədi filialının direktoru təyin edilib.
Çox hörmətli və dəyərli professor, millət vəkili Aqiyə Naxçıvanlının vaxtı ilə özünün və sabiq nazirinin imzaladıqları əmrlərə qarşı sayğısızlıq etməsinin səbəbləri isə hələ ki “qara qutu” olaraq qalır.Əslində bütün olaylar bununla bitmir.Çünki hazırda Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında vəziyyət artıq nəzarətdən çıxmaq üzrədir və burda baş qaldıran narazılıqlar və ciddi qanun pozuntuları yenidən bu təhsil ocağını diqqət mərkəzində saxlayır.Bu təhsil müəssisəsində dövlətimizə və dövlətçiliyimizə qarşı da sayğısızlıq var.
Adi bir fakt: Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında Pedoqoji fakültənin dekanı işləyən filologiya üzrə fəlsəfə doktoru (?)Əli Əliyev vaxtı ilə mövcud hakimiyyətə “güllə atan”lardan olub.Konkret desək,bu şəxs Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən və dövlət çevirilişinə cəhd edən OMON-çu Rövşən Cavadovun silahlı dəstəsində “döyüşüb”. Deməli,şərhə ehtiyac yoxdu… Həmçinin,imtahan sessiyalarında “qaz vurub qazan dolduran” əsas şəxslərdən biridir.Necə deyərlər,Mətanət Fərzəliyevanın “bankiri” funksiyasını yerinə yetirir.Məlumatı verən mənbənin iddiasına görə, işini ustalıqla görən dekan Əli Əliyev tələbələrdən aldığı pulları məktəbdə yox,rayon mərkəzindən bir qədər kənarda—rayounun çıxışındakı benzindoldurma məntəqsinin yanında alır.Hətta tələbələrdən biri qrup yoldaşının onun şəxsi avtomobilinə pul qoyduğu yerdə şəklini çəkib.( Bu məlumatı bizə övladlarından pul alınan valideyinlər yazıb) Əslində rüşvət və korrupsiya əməlləri bununla bitmir.Araşdırma gedir və hüqupozmaların davamı kimi yaxın günlərdə çox ilginc faktlar ortaya qoyulacaq…
Digər bir diqqətçəkən məqam isə Mətanət Fərzəliyevanın qaynatası Dadaş Məmmədovun direktor gəlini haqqında inanılmaz ittihamlar irəli sürməsidir.Ailədaxili gərginliyin başlıca səbəbi isə həyat yoldaşı vəfat etdikdən sonra Mətanət xanımın qaynatasını nə Ağcabədidəki,nə Bakının Sulutəpə qəsəbəsindəki villalara qoymamasıdır…
Ancaq filial direktoru Mətanət Fərzəliyevanın dövlətimizin apardığı çox önənmli və məqsədyönlü siyasətə qarşı addımları bununla yekunlaşmır.Belə ki bölücülük və regionçuluq edən xanım direktor 13 iyun 2014-cü il tarixdə ali məktəbdə keçirilən iclas zamanı Azərbaycanda ən çox şəhid vermiş(6 min nəfərdən çox) Ağdam rayonunun sakinlərini təhqir edib.Özünün şəxsi münaqişəsi olduğu 1-2 nəfər ağdamlıya görə bütün rayon sakinlərini “alverçi”və “çoban”adlandırıb.Artıq bir qrup Ağdam sakini bu təhqirlərə görə Ağcabədi və Ağdam rayon icra hakimiyyətlərinin başçılarına,o cümlədən yuxarı orqanlara müraciət hazırlayıblar və yaxın vaxtlarda mətbuat səhifələrinə çıxarılacaq.Yəqin ki həm təhsil naziri cənab Mikayıl Cabbarov,həm də hörmətli millət vəkili Aqiyə Naxçıvanlı bu cür qanun pozuntularına və özbaşınalıqlara biganə qalmayacaq.
Redaksiyamıza göndərlilən digər məlumatların da dəiqiqliyi araşdırılır.Ona görə də növbəti sayımızda Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında maliyyə-tədris fəaliyyətindəki ciddi nöqsanlar,kadrların seçilib yerləşdirilməsindəki pozuntular və imtahan sessiyasında tələblərdən alınan pulların məbləği haqqında şok faktları oxuculara və aidiyyatı dövlət orqanlarına (Təhsil Nazirliyi,Respublika prokurorluğu və s.) təqdim edəcəyik.
Onu da qeyd edək ki,qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
P.S…Əgər AMİ-nin Ağcabədi filialının direktoru səsləndirilən fikirlərlə razı deyilsə,o zaman Təhsil naziri cənab Mikayıl Cabbarovun əmri əsasında bizim redaksiyanın iştirakı ilə frontal yoxlamanın aparılması üçün müraciət etsin.

Müəllif: İxtiyar Həsənli ( “Azərbaycan Bələdiyyəsi”qəzetinin müxbiri)

AMİ Ağcabədi Filialı barədə şok ittihamlar…- VİDEO
AMİ Ağcabədi Filialı barədə şok ittihamlar…- VİDEO
AMİ Ağcabədi Filialı barədə şok ittihamlar…- VİDEO
AMİ Ağcabədi Filialı barədə şok ittihamlar…- VİDEO

Şərhlər

XƏBƏR LENTİ