SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Füzulinin icra başçısı Alxanlı sakinləri ilə görüşdü - "Ordumuz Zəhranın qisasını alıb"

Füzulinin icra başçısı Alxanlı sakinləri ilə görüşdü - "Ordumuz Zəhranın qisasını alıb"

Tarix:

8-07-2017, 13:17

/ 116 377 dəfə oxundu.
Füzulinin icra başçısı Alxanlı sakinləri ilə görüşdü - "Ordumuz Zəhranın qisasını alıb"

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttinin Füzuli rayonu istiqamətində mülki əhalini mütəmadi olaraq minatanlardan və ağır artireliya qurğularından atəşə tutmasına baxmayaraq rayon əhalisinin, xüsusilə Alxanlı kənd sakinlərinin əhval ruhiyyəsi yüksəkdir. Kənd sakinləri arasında yüksək vətənpərvərlik əhval-ruhiyyəsi, ordu-xalq birliyi hökm sürür, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə güclü inam mövcuddur. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bu gün növbəti dəfə Alxanlı kəndində olmuş, iyulun 4-də erməni quldur dəstələrinin kəndi atəşə tutması nəticəsində qətlə yetirilən Sahibə Quliyevanın və onun azyaşlı nəvəsi Zəhra Quliyevanın ailəsinə baş çəkmiş, kənd sakinləri ilə görüşüb söhbət etmişdir. Alı Alıyev baş vermiş faciənin Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın diqqətində olduğunu vurğulamışdır. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın Ermənistan tərəfindən Alxanlıda mülki vətəndaşların, xüsusilə azyaşlı Zəhranın qətlə yetirilməsinə münasibət bildirdiyini qeyd edən Alı Alıyev bəzi beynəlxalq təşkilatların, o cümlədən dövlətlərin Ermənistan tərəfindən hələ də azyaşlı uşaqların, dinc sakinlərin qətlə yetirilməsinə layiqli münasibət bildirmədiklərini, ikili standartlardan çıxış etdiklərini, təcavüzkarla, təcavüzə məruz qalana eyni münasibət bəslədiklərini vurğulamışdır.
Alı Alıyev Ermənistanın Alxanlıda dinc insanlara qarşı törətdiyi hadisənin cavabsız qalmadığını, ordumuz tərəfindən düşmənə layiqli cavab verildiyini, azyaşlı Zəhranın qisası alındığını diqqətə çatdırmışdır.
Kənd sakinləri isə düşmənin ağır artireliya qurğularından istifadə etməklə mülki əhalini atəşə tutmasına baxmayaraq öz evlərini tərk etmədiklərini, Ali Baş Komandan, Prezident cənab cənab İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər. Qeyd ediblər ki, Alxanlı kəndi 1994-cü ildə Ulu öndərin rəhbərliyi altında işğaldan azad olunmuş, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonun bütün yaşayış məntəqələri kimi Alxanlıda bərpa olunmuş, kəndin qaz, işıq, su və digər sosial-məişət qayğıları həll edilmişdir.
Alxanlı kənd sakinləri Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini, ölkə başçısının rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızın tezliklə düşməndən azad olunacağına inandıqlarını və azyaşlı Zəhranın və bütün şəhidlərin qisasının alınacağını vurğulayıblar.
Füzulinin icra başçısı Alxanlı sakinləri ilə görüşdü - "Ordumuz Zəhranın qisasını alıb"
Füzulinin icra başçısı Alxanlı sakinləri ilə görüşdü - "Ordumuz Zəhranın qisasını alıb"
Füzulinin icra başçısı Alxanlı sakinləri ilə görüşdü - "Ordumuz Zəhranın qisasını alıb"
Füzulinin icra başçısı Alxanlı sakinləri ilə görüşdü - "Ordumuz Zəhranın qisasını alıb"
Füzulinin icra başçısı Alxanlı sakinləri ilə görüşdü - "Ordumuz Zəhranın qisasını alıb"
Füzulinin icra başçısı Alxanlı sakinləri ilə görüşdü - "Ordumuz Zəhranın qisasını alıb"
Füzulinin icra başçısı Alxanlı sakinləri ilə görüşdü - "Ordumuz Zəhranın qisasını alıb"

Şərhlər

XƏBƏR LENTİ