SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Azərsu” Mingəçevirdə “Əliyevçi” gənci işdən atıb, böyrəyini satdırır

“Azərsu” Mingəçevirdə “Əliyevçi” gənci işdən atıb, böyrəyini satdırır

Tarix:

8-07-2017, 09:25

/ 117 353 dəfə oxundu.
“Azərsu” Mingəçevirdə “Əliyevçi” gənci işdən atıb, böyrəyini satdırır

Mingəçevir şəhər sakini Musayev Murad Rza oğlu “Azərsu” Səhmdar Cəmiyyətinin bu şəhər üzrə şöbəsindən haqsız olaraq işdən çıxsrıldığını iddia edir. Şikayətçinin iddiasına görə onun işdən cıxarılmasına əsas səbəblərdən biri də çalışdığı müəssisədə olan bir sıra ciddi nöqsanları və müdiyyətin naqis hərəkətlərini üzə çıxararaq rəhbərliyi belə işlərdən çəkinməsi üçün ittiham etməsi olub. Elə hər şey də bundan sonra başlayıb.
Məsələ ilə bağlı şikayətçinin müraciətinin kiçik bir qismi ilə sizləri tanış edək: “Azərsu”nun Mingəçevir şöbəsində fəhlə işləyirdim. Müəssisə rəhbərliyi məni səbəbsiz yerə işdən çıxardı. Mən haqsızlığı götürə bilmirəm.Necə olur ki ,mən ölkə rəhbərinin doğum günü münasibəti ilə Mingəçevirdən Bakı şəhərinə yürüş etmişəm Prezidentim üçün əziyyət çəkirəm,onun uğur və nailiyyətlərinə sevinirəm.Mənim işlədiyim idarə isə onun atası, Ulu Öndər Heydər Əliyevin şəkillərini lazımsız bir şey kimi natəmiz yerlərə, ayaqyoluna atır. Bu baş verən çirkin işi görüb susa bilməzdim .Mən buna etiraz etdim, Vətənimə və millətimə sadiq bir insanam.Xahiş edirəm mətbuat vasitəsi ilə etdiyim bu müraciət, işdən çıxarıldığıma görə səbəb olan bu çirkinliyə cavab vermələri üçün aidiyyatı səlahiyyət sahibləri biganə qalmasınlar. Mingəçevir RİH başçısı və ”Azərsu” nun Mingəçevir şöbəsinin rəhbərliyi cəzalandırılsın. Mən həyat yoldaşımdan ayrılmışam və körpə yaşında olan övladım üçün aliment ödəyirdim, hal -hazırda işsiz qalmağım səbəbindən həmin pulu ödəyə bilmirəm və bu məni çox ciddi narahat edir. Hətta alimenti ödəyə bilmədiyim üçün barəmdə axtarış qərarı çıxarılıb. İndi sizlər qərar verin, söz xalqımındır, kimdir günahkar, mən yoxsa həmin qanunsuzluqları edən, ölkə başçısına qarşı naqis hərəkət edən həmin məmurlar?”
Bununla bağlı media üzərindən apardığımız araşdırma zamanı daha bir ilginc faktla rastlaşdıq. Belə ki, bir müddət öncə işdən çıxarılan Mingəçevir sakini maddi imkansızlıqdan böyrəyini satmaq qərarına gəlibmiş. Bu barədə mediaya 32 yaşlı Musayev Murad Rza oğlu özü məlumat verib. O, bu addımı atmağa səbəb kimi fəhlə işlədiyi yerdən səbəbsiz yerə çıxarılması ilə əlaqələndirib: “”Azərsu”nun Mingəçevir şöbəsində fəhlə işləyirdim. Müəssisə rəhbərliyi məni səbəbsiz yerə işdən çıxardı. İndi qalmışam ortalıqda. Bütün elan saytlarında böhrəyimi satışa qoymağım barədə elanlar yerləşdirirəm. Əgər sata bilsəm, heç olmasa özüm üçün kiçik bir iş yeri yaradıb başımı dolandıracağam.”

cumhuriyyet

Şərhlər

XƏBƏR LENTİ