SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdə maliyyə rəisindən PA-ya gizli məktublar göndərilir

Bərdə maliyyə rəisindən PA-ya gizli məktublar göndərilir

Tarix:

26-01-2017, 09:28

/ 2 229 dəfə oxundu.
Bərdə maliyyə rəisindən PA-ya gizli məktublar göndərilir

Bərdə rayon büdcə təşkilatları Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyevdən anonim məktublar ünvanlayır. Büdcə təşkilatları Prezident Administrasiyasına və Maliyyə Nazirliyinə yazırlar

Daxil olan məlumatda iddia olunur ki, məmurları boğaza yığan maliyyə rəisi haqda ölçü götürülməsi xahiş edilir.

Məlumata görə, maliyyə rəisi Yevlaxdan Bərdəyə təyinat aldıqdan sonra sələfi Rza Əliyevə rəhmət oxudur. Mehman Allahverdiyevin dövründə vəziyyət daha da pisləşib.

Büdcə təşkilatları ölkədə maliyyə sabitliyinin pozulduğu zamanda rəisin hərəkətlərindən cana doyub və PA-ya gizli müraciətlər göndərir. Əldə etdiyimiz bilgiyə görə, onun rayonda hegemonluq etməsinin səbəbi Gəncənin icra başçısı Elmar Vəliyevin xalası oğlu olmasıdır.

Ona görə Bərdədə büdcə təşkilatlarının müdirləri, yerli məmurlar ona bata bilmir. Maliyyə rəisi özünü rayonun icra hakimi kimi aparır.

M.Allahverdiyev büdcə təşkilatlarına divan tutur. Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir. Bu təlimata itaət etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunacaq.

Odur ki hədə-qorxu ilə üzbəüz qalmış yerli məmurlar rəisin bütün əmrlərinə boyun əyməyə məhkum olublar.

Məlumatlara görə, M. Allahverdiyev idarə müdirlərinə qeyri-rəsmi şəkildə mesajlar göndərir. Onların ünvanına çatdırır ki, Gəncənin icra başçısı tərəfindən mühafizə olunur.

Xatırladırıq ki, Mehman Allahverdiyevin öz işində yol verdiyi bir çox ciddi nöqsanlar, hələ onun Yevlaxda işlədiyi vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı da aşkar olunub.

Lakin məlum səbəblərdən həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş idarə rəisinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb.

Təbii ki, əlaqədar instansiyaların problemlərə belə yanaşma tərzi bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarının daha da artmasına səbəb olur.

Rəhbərləri “xüsusi imtiyazlardan” yararlanan maliyyə idarələrinin bir çoxu isə, müəyyən vasitələrlə bütün yoxlama və təftişlərdən yayınmağa müvəffəq ola bilirlər.

Aldığımız məlumatlardan belə qənaətə gəlmək olur ki, Bərdə rayon Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev də bu cəhətdən kifayət qədər etibarlı şəkildə “sığortalanmış” məmurlardandır.

Bu iddialarla bağlı maliyyə rəisinin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ