yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Göygöl rayon icra hakimiyyəti şəhid atasının 5000-nin alıb,özünü də ələ saldılar-VİDEO

Göygöl rayon icra hakimiyyəti şəhid atasının 5000-nin alıb,özünü də ələ saldılar-VİDEO
29-06-2017, 10:34 44 724 dəfə baxılıb

Ötən saylarımızda qeyd etmişdik ki,Göygöl rayonuna şikayətçilərin müraciəti əsasında ezam olunmuşduq.Bu dəfə məmur özbaşınalığının qurbanı olmuş şəhid atası əlacsız qalıb bizə müraciət elədi.Şəhid Musayev Pərviz in atası Musayev Zamanxan başına gətrilən oyunlardan danışdı.Artıq 8 ildir Göygöl rayon icra hakimiyyəti,rayon DSMF-si onun başına gətirmədiyi oyun qalmayıb.Qeyd edək ki,Zamanxan Musayevin oğlu kapitan rütbəli Musayev Pərviz 2000-ci ildə qəhrəmancasına həlak olmuşdur.Musayev Pərviz Zamanxan oğlu. Doğulduğu tarix(gün, ay, il): 22.04.1977 ... Dəfn olunduğu yer: Göygöl rayon «Şəhidlər Xiyabanı»Vətən uğrunda həlak olan bir şəhidin atası hansısa məmurun "oyununun "qurbanına çevrilib.Zamanxan müəllim qeyd edir ki,2009-cu ildən Qarabağ veteranları,şəhid ailələrinə və əlillərə tikilən ev üçün növbədəyəm amma məni get gələ salırlar .Göygöl rayon icra hakimiyyətinin 1-ci müavini Turani Əliyev məni əməlli başlı dolayıb.Şəhid atası bunuda vurğuladı ki,mən sonuncu tikilən 36 mənzillik binada növbədə 4-cü adam idim .Amma mənzil paylandıqda necə oyunlar getdisə mən oldum 46-cı adam buda o deməkdir ki,mən növbəti binanın tikilməyini gözləməliyəm oda nə vaxt olacaq Allah bilir...Evlər paylanmamışdan qabaq Göygöl rayon icra hakimiyyətinin 1-ci müavini Turani Əliyevin əmisioğlu mənndən 2000 Azn "şirinlik"istədi borc xərc tapıb verdim.Sonra isə 3000 Azn "şirinlik" istədi onuda Kapital bankdan kredit götürüb verdim. Daha sonra həmin adam gəlib dedi ki, yuxarı 7000 Azn istəyir ona görə də 2000 Azndə əlavə verməlisən.Dedim hardan alım verim ona görədə verdiyim pullarıda geri istədim.Mən qamışdanda ev düzəldib qalaram amma bu mənim haqqımdır niyə haqqımı hansısa məmur yeməlidir.Zamanxan müəllimin sonda dediyi söz ürəyimi lap parçaladı dedi ki"qızım kaş ki,sonsuz olaydım amma qədirsiz şəhid atası olmayayaydım indi bilmirəm övlad dərdi çəkim ya ona verilən bu cür dəyərin dərdini çəkim?"Göygöl rayon icra hakimiyyətinin 1-ci müavini Turani Əliyevin bu əməlinə adda tapa bilmədim.Sözün bitdiyi bir yerdə idim.Əlacı kəsilən Zamanxan müəllim bizim vasitəmiz ilə ölkə başçımız cənab İlham Əliyevə müraciət etdi.Bizə məlum olan, məsələ ciddi şəkildə araşdırılmalıdır. Göygöl rayon İcra Hakimiyyəti və Göygöl rayon DSMF-nun bu oyunlarına son qoyulmalıdır. İnanıram ki, Prezident Adminstrasiyası,Respublika prokrorluğu,Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məsələyə ədalətli yanaşaraq obyektiv qərar verəcək”.Azərbaycanda Turani Əliyev kimi çox məmurlar olub ki, bu gün səsləri ya türmələrdən gəlir, ya
da… Çəkdiyimiz videomaterialda bütün bunları təffərüatı ilə şəhid atasının öz dilindən eşidəcəksiniz.Adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
P.S Məsələ ilə əlaqəli üz tutduq Göy Göl rayon icra hakimiyyətinə icra başçısı Arif Seyidovla görşə bilməsək də icra hakimiyyətinin müavinləri ilə görüşdük.Adı çəkilən Turani Əliyev nədənsə suallarımıza cavab verməkdən qaçdı və otağı tərk edib bir daha geri qayıtmadı.Əvvəl hər şeyi danmaq istəsədə fakt ortalıqdadır siz necə etiraz edə bilərsiniz dedikdə bizi dinləmədən getdi.

BakuPress.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: de, shehid, saldilar VDEO, alibozunu, rayon, atasinin, ele, Goygol, 5000 nin, icra, hakimiyyeti
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-11-2018


13-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ