yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Kürdəmir sakinləri nədən narazıdır? - ŞİKAYƏT

Kürdəmir sakinləri nədən narazıdır? - ŞİKAYƏT
28-06-2017, 10:09 56 349 dəfə baxılıb

«3 il əvvəl yolda əsaslı təmir işləri aparıldı. Heç bir il keçmədi, yol dağıldı. Niyə? Ona görə ki, yolun təmirinə ayrılmış vəsaitin böyük hissəsini qatlayıb ciblərinə yığdılar... İşi də keyfiyyətsiz gördülər». Kürdəmirin Mollakənd sakinləri göndərdikləri məktubda öz suallarını özləri də cavablayıblar.
Təbii sual doğur ki, mollakəndlilərin yol problemi niyə çözülmür? Kənd sakini Zaur Hacıyevin sözlərinə görə, bütövlükdə 43 kilometr olan Zərdab-Mollakənd yolunun təmiri Zərdaba düşən tərəfdəki 26 kilometrlik bölümdən başlanıb və ardından Mollakənd yolunda iş görülüb. Ümumilikdə bu yola ayrılan vəsait mənimsənildiyindən, işlər keyfiyyət tələblərinə cavab verməyib:
«Yolu «Azəravtoyol» ASC-nin 71 saylı Yol İstismar İdarəsi təmir edib. Gəlin, görün, 3 ilə çəkilən yol necə cadar-cadar olub. Çəkilən yoldan əsər-əlamət qalmayıb. Keyfiyyətsiz material, ucuz və səriştəsiz fəhlə qüvvəsinin gördüyü iş bundan artıq ola bilməzdi. Pul bizim cibimizdən büdcəyə yığılır, oradan da yol təmiri adıyla ayrı-ayrı məmurların cibinə gedir».
Sakinlər bildirirlər ki, yararsız hala düşən yolda çuxurlar törəndiyindən qəzalar da qaçılmaz olur.
Kənd sakini Nadir Quliyev də qısa müddətdə yolun bərbad vəziyyətə düşməsindən təəccübünü gizlətmir: «Zərdabdan kəndimizə yol çəkiləndə o qədər sevindik... Çox əziyyət çəkirdik. Bu kəndlə Zərdabı təsərrüfatlar da bağlayır, bir çox sosial məsələ də. Belə görünür, yenə o günlərə qayıtmaq üzrəyik».


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Kurdemir, , narazidir, ShKAYET, sakinleri, neden
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ