SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Laçın Rayon Təhsil Şöbəsində özbaşınalıq

Laçın Rayon Təhsil Şöbəsində özbaşınalıq

Tarix:

25-01-2017, 21:52

/ 4 421 dəfə oxundu.
Laçın Rayon Təhsil Şöbəsində özbaşınalıq

Son illər ölkədə müsbət istiqamətdə atılan addımlar və həyata keçirilən tədbirlər nəticəsində təhsil sektorunda da inkişaf tempi müşahidə edilməkdədir. Yeni məktəb binalarının tikintisi, tədris prosesinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi kimi müsbət tendensiyalar artıq günün tələbinə çevrilib və təkcə paytaxt deyil, eləcə də regionlarda bu irəliləyişlər müşahidə edilir.
AMMA çox əfsuslar olsun ki,bəzən bölgələrdə icra başçılarının qanunsuz əməlləri barədə mətbuatda demək olar ki, hər gün yazılır. İcra başçıları, müavinlər və əsasən də icra başçısına yaxın olan şəxslər qanunsuz əməllərini davam etdirməklə insanları incik vəziyyətə salırlar. Bu günlərdə daha bir maraqlı fakt daxil olub. Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Ağgöl mktəbində işləyən Əhmədov Əhməd müəllim tərəfindən bildirilib ki, laçın RTŞ müdiri Nicat Həsənov hər kəsə özünü öyərək bu vəzifəyə necə və kimin dəsəyi lə gəlməyindən ağız dolusu danışır.Öz yerini daha bərk və möhkəm olduğundan əmin olaraq demək olar ki , açıq-aşkar təhsili və məktəbi bazara çevirib.Mənbəənin verdiyi məlumata görə ,Nicat Həsənov Təhsil Nazirinin müavini Ceyhun Bayramova Və Laçın rayon İcra başcısı Aqil Nəzərliyə yüksək məbləğdə rüşvət verərək qarşlığında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Təhsil Nazirliyi ilə razılaşdırılmış əmrinə əsasən, rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilməyini əlində əsas tutaraq , Azərbaycan Respublikasının Təhsil haqqında qanunları ,Təhsil Nazirliyinin müvafiq əmr və sərəncamlarını kobudcasına pozaraq müəllimləri 2000 manat rüşvət alaraq kənar məktəblərdən mərkəzələrə yerdəyişmə edir. Laçın rayon ümumtəhsil məktəblərində işləyən müəllimlərin yaşayış yeri və əsas iş yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa aylıq 250-350 manat əməkhaqqı adlarına yazldığı və faktiki olaraq işləməyən 50-dən çox müəllimin olduğu aşkar olar.Bu müəllimlər özəl müəssisələrdə çalışır sadəcə pedoqoji iş stajı olsun deyə, adlarına dövlət vəsaitinin yazılıb mənimsənilməsinə razı olurlar. Təhsil şöbəsində əsas gəlir mənbəylərindən biridə fəaliyyəti olmayan elmi dərnəklərdəki dərs saatları ,sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla hər ay dövlət büdcəsin talan edirlər. Evdə təhsilə cəlb edilmiş şagirdlər yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilsə 90%-nin sağlam və yüngül fiziki qüsurlu olduğu və məktəbdə dərs məşğlələrində iştrak edikləri aşkar olar. Laçın rayon ümumtəhsil məktəblərinə digər rayonların məktəblərində çalışan və bir çox hallarda dərs saatları üst-üstə düşən müəllimləri ikinci iş yeri kimi qəbul edərək, adlarına formal olaraq dərs saatları yazaraq alınan vəsaitin 50% mənimsənilir.Təhsil Nazirliyi tərəfindən araşdırılma aparılsa bir müəllimin iki məktəbdə qeyri qanuni 36-48 saat dərs adına yazılaraq dövlət büdcəsinin talan olunduğu üzə çıxar. Laçın rayon ümumtəhsil orta məktəblərinin jurnal, tarifkassa və əmək haqqı cədvəlləri üzləşdirilsə, dövlət büdcəsinin hansı yollarla talan edildiyi aşkar olar. Gününün çox hissəsini Bakıda keçirən Təhsil şöbəsinin müdiri özü –özünə əməlli-başlı qulluq edir. Hansısa yollarla saxta ezamiyyə adıyla rayona guya tədbirlərə kimlərisə dəvət edir kimi vəsaitlər ayırır. Bundan başqa məlumata görə, Nicat Həsənov ixtisasca iqtisadçıdır və bundan əvvəl kağız üzərində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin rəhbəri vəzifəsini tutub. Yəni heç bir pedoqoji fəaliyyəti olmayıb. Maraqlısı budur ki, Laçın rayonuda 120-dən çox ümumtəhsil məktəbi direktoru olduğu təqdirdə heç bir pedoqoji təcrübəsi olmayan Nicat Həsənov hansı əsasla rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib? Nəticədə isə, Nicat Həsənov verdiyi pulu yığmaq üçün məktəbləri bazara çevirib. Məktəb direktorlarının gününü qara edib, müəllimlərin necə olursa olsun hər ay ona rüsüm pulu verməyə məcbur edir. Nicat Həsənov 9,10,11-ci siniflərin şagirdlərindən direktorlar vasitəsi ilə aylıq hesab alaraq məktəbdə dərs məşğələlərində iştirak etməmələri üçün şərait yaradır və bu şagirdlər reptitor yanında hazırlaşırlar. Dövlət büdcəsindən Laçın rayon ümumtəhsil məktəblərinin 2016-2017-ci tədris ili üçün zəruri və əsaslı təmir bərpa işlərinə ayrılan vəsaitin bir qəpiyidə məktəblərin təmirinə xərclənməyib ,Nicat Həsənov şəxsi budcəsinə əlavə edib. Həmçinin Nicat Həsənov ümumtəhsil məktəblərindəki texniki ştatları 500 manata satır və məktəblərinin texniki işçilərinin yaşayış yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa aşkar olar ki,70%-i başqa ərazilərdə yaşayır və əməkhaqqı kartı birbaşa müdirin cibindədir .
Bəs görəsən bütün bu kimi saxtalıqlardan Təhsil Nazirliyinin məlumatı varmı?
Təhsil və təhsil haqqında qanunlara Laçın RTŞ –də niyə əməl edilmir?

Şərhlər

XƏBƏR LENTİ