yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Gədəbəyin icra başçısı xəstəxanadakı yorğan-döşəyi çadırlara daşıtdırır

Gədəbəyin icra başçısı xəstəxanadakı yorğan-döşəyi çadırlara daşıtdırır
24-06-2017, 09:41 150 673 dəfə baxılıb
yüklənir...

Gədəbəydə Mərkəzi Xəstəxanadan yorğan-döşəyi rayonun ərazisindəki parka daşıyırlar.

Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, xəstəxanada hazırda 100 çarpayıdan 95-dən çarpayıların üzərindəki yataq dəstləri parka daşınıb. Qaynağımız deyib ki, xəstəxanadakı çarpayılardan daşınan yorğan-döşək çadırlara yığılır və bu, icra başçısı Ramiz Yediyarovun göstərişi ilə həyata keçirilir. Başçı baş həkimə qeyri-rəsmi olaraq xəstələr üçün nəzərdə tutulan yorğan-döşəyin parkda tikinti işləri ilə məşğul olan fəhlələrə verilməsini tapşırıbmış. Sakinlər deyirlər ki, xəstəxanadan yorğan-döşəyin daşınaraq fəhlələrə verilməsi R.Yediyarovun rayona başçı təyin olunduğu illər ərzində gördüyü ən təqdirəlayiq addımdır.

Fikirlərini belə izah edirlər ki, Gədəbəy xəstəxanasında il ərzində çox az xəstə stasionara götürülür.

Ən yaxşı halda 5-6 çarpayıda xəstə olur. Digər çarpayılar isə ilboyu istifadəsiz qalır. Amma dövlət büdcəsindən Gədəbəy rayonuna vəsait 5-6 xəstəyə görə deyil, 100 xəstə nəzərə alınmaqla ayrılır. Həmin məbləğin kimlərin cibinə axmasını bilmək üçün xüsusi istintaq aparmağa ehtiyac yoxdur. Yorğan-döşəyin rahat şəkildə çadırlara daşınması tapşırığının canla-başla icrası ümumi mənzərəni ortaya qoyur.

qaynarinfo.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: icra, Gedebeyin, chadirlara, yorgan dosheyi, bashchisi, xestexanadaki, dashitdirir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ