SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramazan bayramı ərəfəsində paytaxtdan rayona gedənlərə şad xəbər

Ramazan bayramı ərəfəsində paytaxtdan rayona gedənlərə şad xəbər

Tarix:

22-06-2017, 18:55

/ 165 088 dəfə oxundu.
Ramazan bayramı ərəfəsində paytaxtdan rayona gedənlərə şad xəbər

Ramazan bayramı ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqon qoşulacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi ölkə vətəndaşları dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.
Bununla əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Belə ki, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək.
Qeyd edək ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Şərhlər

XƏBƏR LENTİ