yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Tofiq Zeynalov üçün Tovuz camaatı maraqlı deyil... - ŞİKAYƏT

Tofiq Zeynalov üçün Tovuz camaatı maraqlı deyil... - ŞİKAYƏT
20-06-2017, 16:35 55 400 dəfə baxılıb

«Dolu evlərimizin damını dağıdıb. Yağış başlasa, evlər su ilə dolacaq». Məlumata görə, Tovuzun Qədirli kəndinin sakini Eyvaz Nurəddinli deyir, bir neçə gün əvvəl yağan güclü dolu kənddəki onlarla evi qəzalı vəziyyətə salıb. Əsasən, evlərin dam örtükləri dağılıb. Ev sahiblərinin qəzalı örtükləri yeniləməyə imkanları yoxdur. Buna görə də onlar hökumətdən kömək istəyirlər: «Ayın 10-dan bu vəziyyətdəyik, bir hökumət nümayəndəsi də gəlib halımızla maraqlanmayıb. Dam örtükləri tezliklə dəyişdirilməsə, evlərimiz də təhlükə altına düşəcək».

Eyni durum rayonun Cilovdarlı, Mülkülü, Qaraxanlı kəndlərində də yaranıb. Yüzlərlə sakin dolunun qəzalı vəziyyətə saldığı əmlaklarının bərpası üçün yerli icra hakimiyyətinə müraciət edib.

Dolu kənd təsərrüfatına da ciddi ziyan vurub. Kəndlilər əkdikləri taxıl və başqa məhsullarının zay olduğunu bildirirlər. Qaraxanlı kəndinin sakini Ziyad Həsənov deyir, yağıntı onu çıxılmaz duruma salıb: «Dolanışığımız sahədən çıxır. Dolu hamının əkinini məhv elədi. Yığmağa, satmağa heç nə qalmadı. Həyətimdəki yüzlərlə ağacın meyvəsi də tələf oldu. Bir sözlə, yayın ortasında təbiət kasıba toy tutdu. Heç bilmirəm, hökumət buna görə bizə kömək etməlidirmi? Özlərinə deyəndə, deyir, dolunu hökumət yağdırmayıb ki... Ancaq eşitdiyimə görə, təbii fəlakət olanda, dövlət kəndlinin itirdiyi məhsula görə kompensasiya verməlidir».

DİA.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ShKAYET, Tofiq, , camaati, deyil, Zeynalov, maraqli, Tovuz, uchun
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ