SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabadda biabırçılıq: poct müdiri oğurladığı qapıları geri qaytardı

Cəlilabadda biabırçılıq: poct müdiri oğurladığı qapıları geri qaytardı

Tarix:

20-06-2017, 12:12

/ 59 799 dəfə oxundu.
Cəlilabadda biabırçılıq: poct müdiri oğurladığı qapıları geri qaytardı

Cəlilabadda rabitə idarəsinin söküntüsü başa çatır. Bu barədə etibarlı mənbə məlumat verib

Xatırladaq ki, prezident İlham Əliyev avqust ayında Cəlilabad rayonuna səfər edəcək və həmən ərəfədə rabitə idarəsinin də açılışını edəcək. Bu səbəbdən tikinti daha da sürətləndirilib. Digər bir məlumatda isə bildirilir ki, poctun söküntüsü böyük biabırçılıqla müşahidə oliunub. Belə ki, söküntü zamanı poct müdiri Vüsal Kazımov 19 qapını şəxsi mülki kimi yaşadığı ünvana aparıb.

Onu da nəzərinizə çatdıraq ki, qiymətli qapılar dövlət əmlakı hesab edilsədə V. Kazımov bunlara məhəl qoymayıb. Rabitə və Texnalogiya Nazirliyinin əməkdaşlarının səyi nəticəsində Vüsal Kazımovun evindən qapılar götürülərək idarəyə təhvil verilib. Görünür, poct müdiri o qədər özünə arxayındır ki, hətda dövlətə məxsus 15 AA 080 NİVA markalı avtomaşını məktəb direktoru işləyən atası Adişirin müəllimə hədiyyə edib.

Özünün dediyinə görə arxalandığı şəxs məhz Əli Abdullayevdir. Məlumat üçün bildirək ki, V. Kazımovun dediyinə görə Ə. Abdullayev bir vaxtlar əmlak komitəsində işləyən dayısının çanta daşıyanı olub. Bunun nə qədər real olub-olmadığını söyləyə bilmərik. Lakin bir faktı qeyd edək ki, rabitə idarəsinə məxsüs avtomaşını atasına hədiyyə etmək və qapı oğurluğu heç də sıradan bir iş deyil.

Əslində, bütün bu neqativ işləri təşkil edən rəhbər şəxsin “krişası” olduqca ağır çəkili olmalıdır. Bu da onu deməyə əsas verir ki, Rabitə və Texnalogiya Naziri Ramil Quluzadənin birinci müavini Əli Abdullayev cəlilabaddakı kadırı dövlət əmlakını sərbəst şəkildə mənimsəməyi bacarır. Son məlumatlara görə Cəlilabadda V. Kazımova “yalançı müdür” ləqəbidə verilib.

Növbəti yazılarımızda biləcəksiniz:

1)V. Kazımovun yaxın qohumları son bir il ərzində hansı məbləğlə poct filalına işə düzəlib?

2)Cəlilabadda poct filalında maliyyə maxinasiyaları haqqında və mərkəzi poct hər bir əməkdaşın Vüsal Kazımova ödədiyi məbləği açıqlayacayıq.

3)Əli Abdullayevə arxalanan oğru poct müdüri iki idarənin birləşməsi üçün hansı vasidələrdən istifadə edir?

dosye.org

Şərhlər

XƏBƏR LENTİ