SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar

Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar

Tarix:

16-06-2017, 15:49

/ 112 388 dəfə oxundu.
Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar

Əhalisinin sayı və zəngin təbiəti ilə seçilən Tovuz rayonu bütün parametrlərinə görə digərlərindən geridə qalır. Məsələn: rayonun sıradan çıxan rabitə və elektrik xətləri, bərbad yolları, şəhər mərkəzindəki iaşə obyektlərinin ən xırda tələblərə belə cavab verməməsi ( kafe-restoranların ayaqyolu olmadan fəalliyyət göstərməsi) ,rayonun içməli suyunun olmaması, küçələrdə bir dənə də olsun zibil qutularına rast gəlinməməsi , məişət tullantılarının sanki təpə şəklində küçələrdə anti-satariya yaradaraq ərtafa mikrob saçmasını deyə bilərik.
Dəfələrlə bu problemlər işıqlandırılsa da , məsələlər həllinə tapmayıb. Nizami, Eldəniz Quliyev, Vaqif və baqa mərkəzi küçələrdə bərbad, üfunətli vəziyyət müşahidə olunur.Bundan əlavə rayon mərəkəzinə su böyük fasilələrlə verilir, may ayından sentyabra kimi sakinlər su üzünə həsrət qalırlar.
Bundan başqa vaxtında küçələrdən yığışdırılmayan zibilin ufunətindən əziyyət çəkirlər. Kimlə söhbət etdiksə, ad-soyadını verən olmadı. Səbəb isə yerli icra hakimiyyətindən qorxmalarıdır.Sakinlər bildirilər ki, xeyir-şər işlərində suyu vedrə ilə daşıyırlar. Rayonun mərkəzi küçələrində zibil qutularının olmaması ,sakinlərin hara gəldi zibillərini atması və tullantıların vaxtında daşınmaması sakinləri lap təngə gətirib.
Çox maraqlıdır ki, kommunal borcları hər ay istədikləri məbləğdə sakinlərdən yığırlar. Ancaq xidmət səviyyəsi göz qabağındadır.Onu da bildirək ki, bir neçə ay öncə zibil üçün yığılan 2 manat indi 3 olub. Sakinlərsə buna etiraz etdiyindən tullantılar günlərlə küçələrdən yığışdırılmır.Məsələ ilə bağlı Tovuz rayon mənzil kommunal istehsalat birliyindən münasibət öyrənmək istəsək də cəhdlərimiz alınmadı.İdarə şənbə günü işləmədiyindən zənglərmizə cavab verilmədi.
Avropa.info
Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar
Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar
Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar
Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar
Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar
Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar

Şərhlər

XƏBƏR LENTİ