SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Füzulidə 15 iyun - Milli Qurtuluşdan başlanan yollar adlı bayram tədbiri keçirildi - FOTOLAR

Füzulidə 15 iyun - Milli Qurtuluşdan başlanan yollar adlı bayram tədbiri keçirildi - FOTOLAR

Tarix:

15-06-2017, 11:30

/ 115 116 dəfə oxundu.
Füzulidə 15 iyun - Milli Qurtuluşdan başlanan yollar adlı bayram tədbiri keçirildi - FOTOLAR

Horadiz şəhər stadionda 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Füzuli rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “15 iyun - Milli Qurtuluşdan başlanan yollar” adlı kütləvi bayram tədbiri keçirilmişdir. Bayram tədbirində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı, Müdafiə Nazirliyinin generalları, müharibə veteranları, rayonun idarə, müəssisə, təşkilatlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları, ərazidəki N saylı hərbi hissənin zabit və əsgərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və bir qrup tədbir iştirakçısı əvvəlcə Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişdir.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani tədbiri açaraq 15 iyun Milli Qurtuluş günü münasibəti ilə Müdafiə Nazirliyinin Füzuli rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi kütləvi bayram tədbiri barədə məlumat vermişdir.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 15 iyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Ulu öndərin Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.
Alı Alıyev qeyd etdi ki, Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarmış, Vətənimizi qorumağa qadir olan güclü ordu yaranmış, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilmişdir. “Dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtulmuş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur”,-deyə Alı Alıyev əlavə etmişdir.
Bildirdi ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir. Alı Alıyev vurğulayıb ki, bu gün dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün inkişaf və intibah dövrünü yaşayır
Tədbirdə çıxış edənlər 24 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırlatmış, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi və xahişi ilə Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmışlar.
Tədbir Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, hərbi orkestrin və rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar, rəqslər və marşlarla davam etdirilib.
Füzulidə 15 iyun - Milli Qurtuluşdan başlanan yollar adlı bayram tədbiri keçirildi - FOTOLAR
Füzulidə 15 iyun - Milli Qurtuluşdan başlanan yollar adlı bayram tədbiri keçirildi - FOTOLAR
Füzulidə 15 iyun - Milli Qurtuluşdan başlanan yollar adlı bayram tədbiri keçirildi - FOTOLAR
Füzulidə 15 iyun - Milli Qurtuluşdan başlanan yollar adlı bayram tədbiri keçirildi - FOTOLAR
Füzulidə 15 iyun - Milli Qurtuluşdan başlanan yollar adlı bayram tədbiri keçirildi - FOTOLAR
Füzulidə 15 iyun - Milli Qurtuluşdan başlanan yollar adlı bayram tədbiri keçirildi - FOTOLAR
Füzulidə 15 iyun - Milli Qurtuluşdan başlanan yollar adlı bayram tədbiri keçirildi - FOTOLAR
Füzulidə 15 iyun - Milli Qurtuluşdan başlanan yollar adlı bayram tədbiri keçirildi - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ