SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nazirin Ağstafadakı adamı və hakim pensiyaçılara “divan tutur”

Nazirin Ağstafadakı adamı və hakim pensiyaçılara “divan tutur”

Tarix:

14-06-2017, 09:41

/ 63 024 dəfə oxundu.
Nazirin Ağstafadakı adamı və hakim pensiyaçılara “divan tutur”

Son dövrlər təqaüdçülər və bu qəbildən olan insanlar vaxtlı - vaxtında pullarını ala bilmirlər
Məlumata görə, araşdırma aparılsa Azərbaycan saxta təqaüd və digər müavinətlər alan vətəndaşlarının sayına görə dünyada həqiqətən birincilər sırasında olar.
Bunların bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı olsa da, bir çox hissəsi də məhkəmələrlə bağlıdır. Vəkil Aslan İsmayılov yazıb ki, bəzi məhkəmələr bu işi artıq biznesə çeviriblər:
“Bunun da bir yolu uşağın övladlığa götürülməsidir. Qanunvericiliyin uşaqların mənafeyini güdən bu maddəsindən bəziləri qanunsuz yolla pul almaq üçün istifadə edirlər. Məhz buna görə bir çox məhkəmələrdə uşağı övladlığa götürənlərin yaşı 70-i keçmiş olur. Burada məqsəd saxta valideyn rəhmətə gedəndə onun təqaüdünü övladlığa götürülənin nümayəndələri tərəfindən alınmasıdır. Bunu edən hakimlər heç qanuna da baxmırlar. Məsələn, Ağstafa rayon məhkəməsinin sədri İlqar Əliyev 15 dekabr 2014-cü ildə bu cür iddia tələbinin baxılmamış saxlanılması barədə qərar qəbul edir. Az sonra elə həmin gün, həmin hakim hamıya bəlli olan səbəbdən iddianı təmin edir”.
Məlumata görə, nazirlik də bu məsələlərdə az günah sahibi deyil.
Vəkil isə qeyd edir ki, cavan, sağlam ata anaları olan uşağı övladlığa götürən babanın yaşı 80-dən yuxarı olur: “Tək Ağstafa rayon məhkəməsinin sədri İ. Əliyev son iki - üç ildə onlarla belə işə baxıb.
Ölkə üzrə isə bu işlərin və saxta pul alanların sayı minlərlədir. Ona görə də haqqı olan vətəndaşlar pullarını vaxtı - vaxtında həm də bu saxtakarlıqların hesabına ala bilmirlər”.
Yerli sakinlər Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsində yer almış bir sıra ciddi nöqsanlardan, qanunazidd əməllərdən şikayətlənirlər.
Şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb olunduğunu qeyd edən şikayətçilər iddia edirlər ki, artıq Ağstafa sakinləri DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər.
Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsində adi hal alıb.
Bildirilir ki, təqaüdlərin saxta yollarla artırılması da bu gün DSMF-nin Ağstafa rayon şöbəsində geniş tətbiq olunur.
Bu gün Azərbaycanda əhalinin sosial problemlərinin həlli, maddi rifahın yüksəldilməsi istiqamətində əsaslı dövlət tədbirləri həyata keçirilməkdədir.
Təbii ki, bütün bu islahatlar mütərəqqi xarakter daşımaqla Azərbaycan vətəndaşının sosial müdafiəsini daha etibarlı və yüksək səviyyədə təmin etmək məqsədinə xidmət edir.
Lakin həmin islahatların uğurla həyata keçməsi bir tərəfdən vətəndaşların icbarı sığorta ödəmələrində özlərinin maraqlı olduqlarını dərk etmələrindən, digər tərəfdən isə DSMF strukturları əməkdaşlarının öz funksiyalarını dəqiq və vicdanlı şəkildə həyata keçirmələrindən bilavasitə asılıdır.
Təəssüflər olsun ki, bu gün yerlərdə hər iki kontingentin təmsilçiləri arasında “qarşılıqlı anlaşmaya” gələrək dövlətin sığorta-pensiya sisteminin formalaşmasına ciddi əngəllər törətməkdə israrlı olanlara kifayət qədər tez-tez rast gəlinir.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ