SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tərtərin polis rəisi məcburi köçkünü döydürüb-ŞİKAYƏT

Tərtərin polis rəisi məcburi köçkünü döydürüb-ŞİKAYƏT

Tarix:

31-05-2017, 17:09

/ 79 754 dəfə oxundu.
Tərtərin polis rəisi məcburi köçkünü döydürüb-ŞİKAYƏT

Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycan Pespublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Baş prokuror canab Zakir Qaralova
Surəti: DİN-ri canab Ramil Usubova
Surəti: BDYPİ-nin rəisi cənab Ramiz Zeynalova
Kəlbəcər rayon sakini, hal-hazırda Gəncə şəhər Gülüstan qəsəbəsi ADAU-6 saylı məskunlaşmış Əliyev Aqil Bahadur oğlu tərəfindən

Ə R İ Z Ə

Cənab Prezident!

Ərizəmlə yazıb Sizə bildirmək istəyirəm ki, 1990-cı ildən 2015-cı ilin sonuna dək Kəlbəcər rayon Polis Şöbəsində 8 il PPX-tində xidmət etmişəm. 1998-ci ildən isə Kəlbəcər RPŞ-nin DYPB-də YPX-ti inspektoru vəzifəsində xidmət etmişəm. 1994-cü ilədək Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Qarabağ müharibəsi iştirakçısıyam.
2015-ci ilin dekabr ayının 31-dən öz raportumla könüllü olaraq təqaüdə çıxmışam. İşlədiyim müddətdə rəhbərlik tərəfindən qüsursuz xidmətimə görə dəfələrlə medallarla, pul mükafatları ilə mükafatlandırılmışam. 2015-ci ildə Bakı şəhərində keçrilən Olimpiya oyunlarında iştirak etmişəm. Şəxsən General Ramil Usubovun imzası ilə təşəkkürnamə almışam.
Bu ərizəmlə Sizə bildirirəm ki, 28.05.2017-ci il tarixdə, taxmiynən saat 17-18 iradələrində özümə məxsus Mersedes BENZ markalı, 20DR670 dövlət nömrə nişanlı avtomaşınla Gəncə istiqamətindən Tərtər rayonuna gedirdim. Bu zaman rayonun təzə kənd adlanan ərazidə magistral yolda Tərtər RPŞ-nin rəisinə məxsus xidməti avtomobil yolun əks istiqamətinə çıxaraq, yəni mənim yoluma çıxib məndən keçməsi üçün yol istədi. Mən isə öz yolumda olduğum üçün və qarşıma çıxan avtomobildən mənə yol verməsi üçün qabaq işıqlarımı yandırıb söndürərək yol istədim. Həmin maşın mənə yol vermək istəmirdi və istəyirdi ki, mən tamamən yolun sax istiqamətinə çıxım. Yolda isə təmir işləri aparıldığından mən heç cür tamamən sağa çıxa bilmirdim. Polis avtomobili isə mənim yoluma çıxaraq hərəkətini davam etdirmək istəyirdi. Çün ki, öz yolu ilə gedən hissədə hələ asvalt örtüyü vurulmamışdı. Bu isə mənim yoluma çıxaraq rahat hərəkət etmək istəyirdi. Yolda təmir işləırinin aparıldığına baxmayaraq yolda heç bir yol nişanı qoyulmamışdır. Həmin maşın öz yolu ilə hərəkət etməyin əbvəzinə mənim yoluma çıxmışdı. Mən isə ona bildirdim ki, öz yolunla hərəkət et. Çünki bütün maşınlar öz yolları ilə hərəkət edirdilər tək bu avtomobil yolun hərəkətinin əks istiqamətinə çıxmışdı. Bayaqda qeyd etdiyim kimi mən avtomoibilimin qabaq işıqlarını dəfələrlə yandırıb-söndürməklə ondan yol istədim. Oda mənə yol verdi mən öz yolumla hərəkətimi davam etdirdim. Mən Tərtərə getdim və geri qayıtmalı oldum.
Tərtər rayonunun girişində abidə deyilən ərazidə dairəvi hərəkəti keçib Gəncə istiqamətində təxmiynən 200-300 metr hərəkət etdikdən sonra Tərtər RPŞ-nin DYPB-nə məxsus Hundai Aİ 35 markalı 10YP544 dövlət nömrə nişanlı avtomaşın arxadan uzaq vuran işıqlarını yandırıb söndürdü. Bu zaman mən maşınımı yolun sağ istiqamətinə çəkdim və saxladım. Bu zaman 10YP544 nömrəli avtomaşından YPXBİ-ru düşərək əli ilə məni yanına çağırdı. Baxmayaraq ki, o mənə yaxınlaşmalı və özünü təqdim etməli idi. Ancaq mən ona yaxınlaşdım. Özümü ona təqdim etdim ki, vətəndaş filankəsov. O, isə mənə heçnə demədən Tərtər RPŞ-nə getməyimi bildirdi. Dedi ki, sən mütləq RPŞ-nə getməlisən. Belə tapşırq veriblər. Bu zaman RPŞ-nə getməyimin səbəbi mənə məlum oldu, bayaq mənim yoluma çıxan, yolun əks istiqaməti ilə hərəkıət edən rəisin xidməti avtomobillərinə yol verməmişdim axı. Mən ondan soruşdum ki, mənim RPŞ-də nə işim var. Qayda pozmuşamsa burda cəriməmi yaz. O, isə israrla bildirdi ki, tapşırıq var, səni mütləq RPŞ-nə aparmalıyam. Elə etmə ki, qrupba çağırım. Mən ona bildirdim ki, gəl mənim maşınımla gedək. O, bu zaman məni itələdi mən özümü düzəldə bilmədim və yolda təmir getdiyindən daşın üzərinə arxaşı üstə yıxıldım. Və hiss etdim ki, belimdən xəsarət aldım.
Bundan sonra onunla birlikdə DYPB-nə məxsus avtomobillə RPŞ-nə getdik. Piləkənləri çıxarkən sonradan adı mənə məlum olan YPXBİ-ru Dilqəm adlı polis leytinantı təkrarən məni itələdi. Amma bu dəfə yıxılmadım. Bayaq yıxılandan aldığım xəsarət getdikcə mənə daha böyük ağırlar verməyə başlayırdı.
Daxil olduq RPŞ-nin binasına. Bu zaman binanın kolidorunda adı və vəzifəsi sonradan mənə məlum olan Tətrər RPŞ-si rəisinin xidmət üzrə müavini polis p-leytinantı Əfqan Qurbanov məni gördükdə məni nəlayıq söyüşlərlə söyüb təhqir etddi məni əli ilə sağa-sola dartışdırdı və dedi. Məni tanıyırsan əəəəə. Mən bu rayonda söz sahibiyəm. Doğrusu elə bildim şöbənin rəisidi. O deyirdi ki, mən bu rayonun sahibiyəm.
Mən bu iki şəxsdən yəni rəis müavini Əfqan Qurbanovdan və YPXBİ-rundan öz hüquqlarımı qorumaq üçün vəkil tələb etdim. Qanunda da göstərilir ki, hər bir saxlanılan şəxs vəkillə təmin olunmalıdır. Hətda mənə imkan vermədilər ki, mən xüsusi vəkilimi dəvət edim. Telefonlarım əlimdən alındığından heç kimlə əlaqə saxlaya bilmirdim. Hətda mənim maşınımda olan Bacım oğlu Ramini və qardaşım oğlu Bahaduru da qanunsuz olaraq 3 saatdan çox polis şöbəsində saxladılar. Onları buraxanda isə hər ikisinin telefonalrı özlərinə qaytarılan zaman məlum oldu ki, telefonun bütün yaddaşı polis əməkdaşlırı tərəfindən silinib. Hətda hər iki şəxs polis şöbəsində tanımadıqları əməkdaşlar tərəfindən nəlayiq söyüşlərə məruz qalıblar.
Mən şöbədə Əfqan Qurbanovdan həkim tələb etdim ki, mənim xəsarətim var. Məni həkimə aparın və ya şöbəyə həkim dəvət edin. Bunlar isə mənim ağrımağıma və həkim tələıbimə reaksiya vermədilər. Ə.Qurbanov dedi ki, bəlkə özüm sənə vəkillik etdim. Həkimdə ola bilərəm sənin üçün. Bu zaman Ə.qurbanov göstərişi ilə mən olduğum otağa bir ağ xalatlı qadın və mülkü geyimdə bir kişi girdi. Mən onlardan kim olduqlarını soruşdum. Ə.Qurbanov dedi ki, deməyin adınızı, o kimdi ki, sizn adınızı soruşur. Mülkü geyimli kişi cibindən alkotestri çıxarıb mənə üfürməyimi bildirdi. Mən alkotestrin sertifikatını tələb etdim. O, bu zaman alkotestridə cibina qoyub aradan qaçaraq çıxdı. Ağ xalatlı xanım ad soyadımı soruşdu və oda çıxıb getdi.

Cənab Prezident!
Mənə qeyri qanuni tutma protokolu tərtib edib məni məhkəməyə çıxardılar. Tərtər rayon Məhkəıməsi məni cəzalandırdı. Mən bildim ki, məni belə yollarla tutmalarının səbəbkarı rayonun polis rəsisinin yada onların müavinlərinin göstərişi olub. Mən onunların hansınasa yol verməməyimin qisasını çıxırdılar.
Mənə həmin gün xəsarət yetirdikləri üçün hazırda müalicə olunuram. Onurğa sümüyümdə xəsarət yaranıb.
Mən 26 il iş günü ilə, güzəştlə 44 il bir ay 7 gün xidmət edib dəfələrlə DİN-yi tərəfindən mükafatlandırılmış, dövlətimizə və dövlətçiliyinizə sadiq olan sabiq bir polis nəfəri kimi hal hazırda təqaüddəyəm. Azərbaycan Respublikasının vətəndaşının Təırtər RPŞ-nin bəzi əməkdaşları tərəfindən söyülüb döyülüb bədən xəsarəti almasına necə baxırsınız.

Cənab Prezident!
Məni RPŞ-də saxladıqları vaxtda mənimlə danışan, mənim yanıma gələn heç bir polis əməkdaşlarının və özünü həkim kimi aparan ağ xalatlı xanımın özünü mənə təqdim etməsinə Ə.Qurbanov və YPXBİ-ru Dilqəm imkan vermədi. Mənim haqqmda tərtib olunmuş saxta sənədlərdən heç birindən xəbərim olmadı və o sənədlərdən mənə məlumat belə verilmədi. Hətda məhkəməyə çıxarlanda belə o sənədlərdən surətini ala bilmədim.
Sizə xəbər vermək istəyirəm ki, məni RPŞ-də bir kvadrat metr yerdə natəmiz, çox çirkablı bir yerdə saxlayıb zülm və əzab verdilər. Həmin müddətdə Ə.Qurbanov mənə deyirdi ki, məndən şikayət etməsən sən oğraşsan, alçaqsan, kişi deyilsən. Onsuzda bilirlər ki, biz burda nə işlə məşğuluq- deyib gülürdü.
Mən qeyd etmək istəyirəm ki, mənim avtomobilimi YPXBİ-ru Dilqəm saxlayıb. Bu onun xidməti avtomobilinin kamerasında da var. Ancaq mənə RPŞ-nin DYPB-nin digər əməkdaşı (adı mənə məlum olmayan) inzibati protokol tərtib edərək məhkəməyə təqdim edib. Bu qanunsuzluq deyilmi? – Mən Sizdən xahiş edirəm həmin avtomobilin təhlükəsizlik kamerasının araşdırılmasına tapşlırıq verəsiniz. Araşdırlmalıdır ki, görək həmin gün həmin əraziyə hansı polis əməkdaşı və hansı avtomaşın təhkim olunub. Məhkəməyə təqdim olunan raportu hadisə yerinə gəlməyən şöbə daxili əməliyyat qrupbasında olan polis baş leytinantı Elgün Ağayevə mənim öz yanımda Ə.Qurbanov məcbur edib yazdırdı.

Cənab prezidentimiz!
Bu haqsızdıqları görəndə adamın ağlına belə bir fikir gəlir. Görəsən bizim polis bizi qoruyurmu, yoxsa biz özümüzü polisdən qoruyaq. Bu gün ölkəmizdə sabitlikdir, əminamanlıqdır. Bu gün Azərbaycan polisləri vətəninə sədaqətlə xidmət edirlər. Ancaq Ə.Qurbnov kimi, YPXBİ-ru Dilqəm kimilər polis adına ləkə gətirənlərdir. Belələrindən nə desən gözləmək mümkündür.
Mən Sizdən xahiş edirəm ki, bu qanunsuzluqların araşdırılmasına tapşırıq verəsiniuz.

Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm.

İMZA: Əliyev Aqil Bahadur oğlu

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ