yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İcra başçısı əhalini etiraz aksiyasına vadar edir- AQİL NƏZƏRLİ LAÇINLI MƏCBURİ KÖÇKÜNLƏRİ SUSUZ QOYUB

İcra başçısı əhalini etiraz aksiyasına vadar edir- AQİL NƏZƏRLİ LAÇINLI MƏCBURİ KÖÇKÜNLƏRİ SUSUZ QOYUB
31-05-2017, 14:54 58 878 dəfə baxılıb
yüklənir...

Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkünlər etiraz aksiyası keçirməyə hazırlaşırlar.
Müraciət edən qəsəbə sakinlərinin sözlərinə görə, buna səbəb Laçın rayonunun icra başçısı Aqil Nəzərlinin əhaliyə qarşı laqeyd münasibətidir.
Belə ki, qəsəbə sakinlərindən bəziləri su pulunu ödəmədiyi üçün rayonun icra başçısı Aqil Nəzərli qeyri-adi bir qərar verərək bütün qəsəbənin suyunun kəsilməsini əmr edib. Nəticədə su pulunu vaxtı-vaxtında ödəyən sakinlər də susuz qalıblar.
Sakinlərin sözlərinə görə, isti yay günündə susuz qalan əhali qəsəbədə olan yeganə artezian quyusundan su götürməyə məcbur olub. Lakin 552 ailənin bir bulaqdan su götürməsi artezian quyusunun başında uzun növbə yaranmasına səbəb olub.
Bundan əlavə, qəsəbədə məskunlaşmış əhali yolların bərbad vəziyyətdə olmasından da şikayətlənirlər. Mövcud durumdan cana doyan sakinlər bildiriblər ki, ən qısa zamanda problemlər həllini tapmasa, o zaman artezian quyusunun başında icra başçısına qarşı etiraz aksiyası keçirəcəklər.

gununsesi.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: SUSUZ, edir, cra, KOChKUNLER, LAChNL, MECBUR, AQL, bashchisi, QOYUB, vadar, aksiyasina, ehalini, etiraz, NEZERL
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ