SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Saatlıda müəllim üsyanı: maliyyəçilər müəllimləri dövlətə qarşı qaldırır

Saatlıda müəllim üsyanı: maliyyəçilər müəllimləri dövlətə qarşı qaldırır

Tarix:

30-05-2017, 09:17

/ 39 535 dəfə oxundu.
Saatlıda müəllim üsyanı: maliyyəçilər müəllimləri dövlətə qarşı qaldırır

Son vaxtlar 12 saylı Regional Maliyyə Mərkəzinin özbaşınalığı ilə bağlı mediada silsilə məlumatlar yayılır. Həmin məlumatlarda adıçəkilən qurumun rəhbəri Elxan Əsədovun keçmişi və indiki vəzifəsində yol verdiyi qanunsuzluqlardan bəhs olunur. İndi isə 12 saylı Regional Hesablama Mərkəzi və Saatlı Təhsil Şöbəsinin birgə həyata keçirdiyi maliyyə maxinasıyaları haqda məlumatlar daxil olub.
Saatlı rayon məktəblərində dərs deyən müəllimlərin verdiyi məlumata görə son vaxtlar E.Əsədovun idarəsi rayon təhsil şöbəsi, şöbənin mühasibatlığı ilə əlbir olub məktəblərdə əsl “xəractoplama” reydləri keçirir: “Elxan Əsədovun rəhbəri olduğu qurum və Saatlı rayon təhsil şöbəsinin baş mühasibi Rahim Hüseynov Saatlı rayon təhsil işçilərinə qənim kəsilərək, onların dərs saatlarını yoxlama adı altında müəllimlərin 1 günlük dərsə gecikmələrinə görə maaşlarını kəsirlər”. Müəllimlərin bildirdiyinə görə əməkhaqlarınından tutulmalar dərslərin keçirilməməsi iddiası ilə həyata keçiriliril ki, bu da jurnallarda həmin dərss saatlarının yazılmaması ilə əsaslandırılır: “Təhsil şöbəsinin baş mühasibi Rahim Hüseynov və ya şöbənin digər əməkdaşları qəfləti reydlər keçirərək jurnalların telefonla şəkillərini çəkir və bunu 12 saylı Regional Hesablama Mərkəzinə təqdim edirlər. Sonra isə guya müəllimlər bu dərsləri keçməyiblər iddiası ilə əməkhaqqımızı kəsirlər”. Məsələ ilə bağlı hüquqşünaslardan və təhsil ekspertlərinin rəyini öyrəndik. Onlar birmənalı şəkildə müəllimlərin əməkhaqqından tutulmaların qanunsuz olduğunu bildirdi: “Əvvəla, jurnalın yazılmaması dərsin keçilməməsinə əsas ola bilməz. Jurnalın həmin səhifəsinin telefonla şəklinin çəkilib prosesin bunun əsasında həyata keçirilməsi isə ümumiyyətlə gülünc bir məqamdır. Müəllim hansısa dərsi keçməyibsə buna qarşı digər cəza tədbirləri nəzərdə tutulub ki, bu da pedoqoji şuranın qərarı ilə həyata keçirilir”.
Baş verən prosesin ən ilginc məqamı isə 12 saylı Regional Hesablama Mərkəzin və Saatlı Rayon Təhsil Şöbəsinin öz qanunsuzluğunu pərdələməsi ilə bağlıdır. Belə ki, müəllimlərin bildirdiyinə görə, əməkhaqqında tutulmaların dövlətə maddi dəstək üçün həyata keçirildiyi bildirilir: “Bizə deyirlər ki, dövlətin pulu azalıb, büdcəyə yardım etmək lazımdır. Bu pulların artıq başa çatmış IV İslam Oyunlarına sərf olunduğunu da bildirirlər. Əlbəttə biz bütün bu sözlərin əssassız olduğuna əminik, amma hər zaman təhsil işçilərinə qarşı qayğı ilə yanaşmış hökumətimizlə bizi üz-üzə qoyan məmurların cəzasız qalması da təəccüblüdür”.
Saatlı rayon təhsil işçiləri şikayətlərində həm 12 saylı Regional Hesablama Mərkəzinin müdiri Elxan Əsədov, həm də Saatlı Təhsil Şöbəsinin baş mühasibi Rahim Hüseynov haqqında da maraqlı məlumatlar qeyd ediblər: “Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Regional Maliyyə Hesablama Mərkəzləri bölgələrdə təhsil şöbəsi müdirlərinin tək, yaxud icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri ilə əlbir olub maliyyə fırlıdaqları etmələrinin qarşısını almaq məqsədilə yaradılıb. Ancaq bunun da bir faydasının olmadığının şahidi oluruq. 12 saylı Regional Maliyyə Hesablama Mərkəzinə 65 yaşına çox az müddət qalan, ömrünün 60 ilini natamam ali təhsili ilə bir çox kiçik vəzifələrdə işləmiş, qanunun hərəkətlərinə görə dəfələrlə iş yerlərini dəyişmək, bəzi hallarda isə qovulmaq məcburiyyətləri ilə üzləşən Elxan Əsədovun rəhbər təyin olunması anlaşılan deyil. Elxan Əsədov BHC691766 nömrəli saxta diplomla fəaliyyət göstərir. Onun Rusiyada fəaliyyət göstərən institutların birindən qaranlıq yollarla saxta diplom aldığı iddia olunur. O diplom ki, heç Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənməyib. Yəni Elxan Əsədov bizim də digər dövlətlər kimi qoşulduğumuz Beynəlxalq Haaqa Konvensiyasına əsasən APOSTİL möhürü vurulmadığı halda, guya ali təhsil dərəcəsi ilə təhsil naziri Mikayıl Cabbarova kələk gəlinməklə bu vəzfəyə təyin olunur. Tək bu hal istintaq orqanlarının məsələ ilə bağlı cinayət işi qaldırmaları üçün yetərli faktdır. Saatlı Təhsil Şöbəsinin baş mühasibi Rahim Hüseynov da böyük kapitala malikdir. Saatli rayonunun Minbaşı kəndindəkili “Xeyal” şadlıq sayayı ona məxsusdur. Bundan başqa o Bolgəhdə dəniz kənarında özünə böyük bir imarət ucaldıb. Bahalı avtomobili və təmtəraqlı həyat tərzi ilə baş mühasib rayon oliqarxları arasında öndə gedir”.

cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ