SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Baba Rzayev Yardımlını zülmətə qərq edib - Bir aydır...ŞİKAYƏT

Baba Rzayev Yardımlını zülmətə qərq edib - Bir aydır...ŞİKAYƏT

Tarix:

26-05-2017, 15:35

/ 116 972 dəfə oxundu.
Baba Rzayev Yardımlını zülmətə qərq edib - Bir aydır...ŞİKAYƏT

Yardımlı rayonunun mədəniyyət evləri, kitabxanaları və kənd klubları bir aydan çoxdur ki, işıq üzünə həsrət qalıb. Rayonun bütün kəndlərində və mərkəzində yerləşən mədəniyyət mərkəzləri zülmətə qərq olub.

Bu barədə rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, bir aydır mədəniyyət klublarına, kitabxanalara elektrik enerjisi verilmir. Dövlət müəssisələrinin işığının kəsilməsinə səbəb kimi 2012-ci ildən yığılan borcun olması göstərilib.

Lakin borcun olması barədə heç bir qəbz və ya sənəd təqdim olunmur. Yardımlıdan "Azərişıq” ASC sədri Baba Rzayevə göndərilən çoxsaylı müraciət və məktubların da heç bir nəticəsi olmayıb.

Mədəniyyət evlərində çalışanların dediyinə görə, işıq pulu borcunun yaranması mümkün deyil, çünki vaxtında ödəniş edilib: "Amma əgər borc varsa, bunu sübut edən sənədlər təqdim edilsin”.

Məsələni aydınlaşdırmaq üçün "Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevə etdiyimiz zənglər cavabsız qalıb.

BakuPost.az

Şərhlər

XƏBƏR LENTİ