yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Ağstafa Reqional Mədəniyyət və Turizm idarəsinin rəisi kimdir?" - Nazirə MÜRACİƏT

26-05-2017, 12:44 41 912 dəfə baxılıb

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri
cənab Əbülfəz Qarayevə
Zərnişan Orucova tərəfindən

Ərizə


Hörmətli cənab Nazir!

Mən neçə illər Sizin rəhbərliyiniz altında işləmişəm. Sizin necə humanist , sadə, təmiz bir insan olduğunuzu da yaxşı bilirəm. Bu neçə illər ərzində mən Sizi narahat etməmişəm. Çünki indiyə kimi kimdənsə bir narazılığım olmayıb. Lakin Ağstafa Reqional Mədəniyyət və Turizm İdarəsi yaranandan biz mədəniyyət işçiləri çətinə düşmüşük. Biz bilmirik Ağstafa Reqional Mədəniyyət və Turizm idarəsinin rəisi kimdir, Ramiz Quliyev, yoxsa Gülgün Kərimov? Həmişə bir müdirə tabe idik. İndi dərdimizi deməyə adam tapmırıq.

Ramiz Quliyev Gülgün Kərimovla əlbir olub Sizin adınızdan qərar verir, əmr imzalayırlar. Bir ay bundan əvvəl mənə bildirdilər ki, sən nazirin əmri ilə ixtisara düşmüsən, ərizəni yaz. Mən eşitmişdim ki, Ramiz Quliyevlə Gülgün müəllim işçiləri bu yolla işdən çıxarırlar, ona görə də dedim ki, nazirin əmrini mənə göstərin adımı orada oxuyum sonra ərizəmi yazaçam. Bu sözümə görə Ramiz Quliyev məni otaqdan qovdu.

Hörmətli cənab Nazir!

Mənim mədəniyyət şöbəsində elə bir böyük vəzifəm yoxdur ki, bunlara əsas versin ki, işinin öhdəsindən gələ bilmir. Mən sadəcə xidmətciyəm. Ramiz Quliyev məni tanımaya bilər, lakin Gülgün Kərimov mənim qabiliyyətimə yaxşı bələddir. Çünki onun Ağstafa rayonunda olan saysız – hesabsiz obyektlərinin təmizlik işlərini dəfələrlə mən aparmışam. O mənim bu zəhmətimi də yerə vurdu. İndi mənim yerimə mədəniyyət şöbəsində işləyən məsləhətçilərdən birinin yaxın qohumunu işə götürüb. Mən həmin qadını tanıyıram. Onun həyat yoldaşı kənd içra nümayəndəsi işləyir. Onun işləməyə ehtiyacı da yoxdur. Mən onun qapısına getdim ki, niyə mənim çörəyimə vais olursan ? O, bildirdi ki, onsuz da sənin yerinə kimi isə götürəçəkdilər. Mənə gələçəkdə təqaüdə çıxmaq üçün staj lazımdı. Mən gedib xidmətilik edən də deyiləm. Danışığımız belə olub ki, mənim işdə adım gedəcək əmək haqqı kartım da onlarda olacaq.

Hörmətli cənab Nazir!

Mən savadsız qadınam, vəzifədə işləyənim yoxdur deyə haqqım tapdalanmalıdırmı? Deyək ki, Ramiz Quliyev bizim tərəflərdən deyil, Gülgün müəllim mənim ailə vəziyyətimi ki, yaxşı bilir.

Cənab Preidentimiz İlham Əliyev iş yerləri açır, məmurlara tapşırır ki, yoxsulluğu aradan qaldırın, əhalini işlə təmin edin. Ramiz Quliyevlə Gülgün müəllim isə vəzifələrindən istifadə edərək bizim çörəyimizi kəsir. Ağstafa cox böyük rayon deyil. Xeyir-şər sahibiyik. Gülgün müəllim sabah mənimlə qarşılaşanda üzümə necə baxaçaq? Yoxsa bir xidmətçinin salamı ona lazım deyil? Ona görə məni işdən çıxarıb yerimə içra nümayəndəsindən 2000 manat pul alıb həyat yoldaşını işə götürür. Vəzifə insanın gözlərini beləmi örtür?

Hörmətli cənab Nazir!

Gülgün Kərimov Ramiz Quliyevlə əlbir olub Sizin adınızdan istifadə edərək işçiləri belə incidir. Mən onlara bildirdim ki, Əbülfəz Qarayevə sizdən şikayət edəcəm. Onlar isə çavabında get kimə deyirsən de – söylədilər.

Hörmətli cənab Nazir!

Mən Sizə üz tuturam. Qərar yenə Sizindir!

Zərnişan Orucova


Qarşı tərəfi dədinləməyə hazırıq...

DİA.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: reisi, kimdir, Medeniyyet, MURACET, Nazire, Reqional, Agstafa, , ve, Turizm, idaresinin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ