SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » RƏCƏB BABAŞOVUN KADR SİYASƏTİNİ KİM İDARƏ EDİR?

RƏCƏB BABAŞOVUN KADR SİYASƏTİNİ KİM İDARƏ EDİR?

Tarix:

22-05-2017, 09:17

/ 66 512 dəfə oxundu.
RƏCƏB BABAŞOVUN KADR SİYASƏTİNİ KİM İDARƏ EDİR?

Bir müddət öncə məqaləmizdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rayon ictimaiyyəti tərəfindən bir neçə sual ünvanlanmışdır. Belə ki, həmin məqalədə hal hazırda Qazax rayon İcra Hakimiyyətində Ərazi və yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyən Alıyev Məmmədin 1992 ci illərdə torpaqlarımız uğrunda gedən döyüşlərdən şərəfsizcəsinə qaçaraq fərarilik etməsi, Çirkli yollarla qazandığı pullar vasitəsilə Bakı və Qazax şəhərlərində o cümlədən Qazağın Xanlıqlar kəndi və Canallı masivində dəyəri yüzminlərlə ölçülən evləri , torpaq sahələri,obyektləri haqında,test imtahan sınaqlarından keçməyən avtoş oğlunu Ukraynadan Azərbaycan İqtisad Universitetinə 50 min dollar verərək “perevod”etdirməsindən və digər faktlara söykənən korrupsiya əməllərindən bəhs etmişdik.Qazax rayon ictimaiyyəti bu yaramaz məmur haqqında lazımi ölçü götürüləcəyi qənaətində idi. Amma biz saydığımızı sayaq görək Rəcəb müəllim nə sayır.
Rəcəb Babaşovun fəaliyyətində Dezertir Məmməd sindromu.
Təəssüflər olsun ki,Rəcəb Babaşov bu məmur haqqında ölçü götürmək əvəzinə Məmməd Alıyevin Dövlətçiliyimizin əleyhinə olan çirkin əməllərindən bəhrələnməyə başlamışdır.Belə ki,Alıyevin əvvəlki İcra başçıları ilə dırnağarası uğurla sınaqdan keçirdiyi əməllərini həmçinin Rəcəb müəllimə də tətbiq etməyə başlamışdır.Prezidentimizin sahibkarlığın inkişafı proqramının tam əksinə olaraq Qazax rayonunda yerləşən sahibkarlıq obyektlərinin tikilməsi və görkəmində dəyişiklik edilməsi üçün dövlət rüsumundan dəfələrlə artıq vəsait köçürülməsi tələb olunur.Möhtərəm prezidentimizin müvafiq sərəncamları ilə Qazax rayonunun sosial iqtisadi inkşafı üçün ayrılmış pulların xərclənib silinməsində də Məmməd Alıyevin köhnə üsullarından istifadə edilir.Həmin vəsaitlər Məmməd Alıyevin və Qazax şəhər İcra Nümayəndəsi Akif Vəliyevin nəzarətində olan MMC lər vasitəsilə vergidən yayınaraq (obnoliçka olunur)silinir.
Artıq Məmməd Alıyev Qazaxda kadr siyasətində də böyük uğurlar əldə etməkdədir.Buna əyani misal olaraq adları saxta subsidya əməliyyatlarında dəfələrlə hüquq mühafizə orqanları səviyyəsində hallanan Aşağı Salahlı və Cəfərli kəndlərinin keçmiş İnzibati ərazi dairəsi üzrə nümayəndələri və Məmməd müəllimin yaxın əlaltıları kimi tanınan Barat Vəliyev və Yaşar Əfəndiyevi də İcra hakimiyyətində məsul vəzifələrə təyin etdirməyə müvəffəq olmuşdur. Görünür Rəcəb müəllim Yaşar və Barat müəllimin saxta subsidya təcrübəsini Qazax rayonunda yaymaq üçün bu şəxslərə Alıyev vasitəsilə etimad göstərib. Bir neçə ay bundan qabaq Rəcəb Babaşov tərəfindən yarıtmaz fəaliyyətinə,150 dən çox kənd sakininə saxta arayış verdiyinə, həmçinin bu əməlinə görə vətəndaşlar tərəfindən məhkəməyə verilmiş, Xanlıqlar Bələdiyyəsinin sədri vəzifəsindən kənarlaşdırılmış Asya Alhüseynova bu yaxınlarda yenidən Məmməd müəllimin təkidi ilə Qazax şəhərindəki bağçalardan birinə müdir təyin edilmişdir. Onu da əlavə edək ki, Asya xanım Məmməd müəllimin həmkəndlisi və rayon ictimaiyyəti arasında lap yaxın adamı kimi tanınır.Hətta bu qaranlıq əməllərdə adı hallanan bu xanımın bir neçə il bundan qabaq Məmməd Alıyevin avtomobilində onunla birlikdə əylənməkdən gələrkən qəzaya uğradığı da iddia olunur.Bu təyinatlarla yanaşı Məmməd Alıyev Qazağın ən böyuk kəndlərindən biri sayılan Çaylı kəndində öz saxtakar əməllərini həyata keçirməyə müvəffəq olmuşdur . Hansı ki, Çaylı bələdiyyəsinin 11 üzvü olduğu halda Bələdiyyə sədrliyi qeyri qanuni yolla Məmməd müəllimin yaxın dostu olan Baxış adlı bir şəxsə həvalə olunmuşdur. Hələ bunlar azmış kimi öz saxta və qanunsuz əməlləri ilə Rəcəb müəllimin gözünün işığına çevrilən Məmməd Alıyevin yaxın günlərdə İcra hakimiyyətində daha yüksək posta birinci müavin vəzifəsinə təyin ediləcəyi haqda söz söhbətlər dolaşmaqdadır.. Hal hazırda Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyevə qarşı Məmməd Alıyevin yaxın əlaltıları tərəfindən çirkin şər böhtan kampaniyası aparılır.Bütün vasitələrə əl atılaraq F Nağdalıyevi rayon ictimaiyyətinin gözündən salmağa çalışırlar.Bir neçə gün bundan əvvəl M Alıyevin senarisi əsasında Fərman müəllimin sürücüsü Vələd Kərimov tutduğu vəzifədən curbə cür bəhanələr gətrilərək azad edilib və xidməti maşın birinci müavindən alınıb.Əlavə olaraq onu da qeyd edək ki,Fərman Nağdalıyev 11 ildir ki İcra hakimiyyəti başçısının birinci müavini işləyir.Ölkə rəhbərliyi tərəfindən dövlət qulluğunda fərqləndiyinə görə medala da layiq görülüb. Hörmətli oxucular hələ bu sadaladıqlarımız Məmməd Alıyevin əcaib əməllərinin bir hissəsidir. Bu sadaladıqlarımızla bağlı yenə də Rəcəb Babaşova bir neçə sual ünvanlamaq məcburiyyətində qalırıq.
1. Qazaxda rüşvət alan məmurun biləyini kəsəcəyiniz tədqirdə özünüzün dövlət büdcəsindən Məmməd Alıyevlərin ,Akif Vəliyevlərin vasitəsilə milyonları göyə sovurmağınız sizin öz sözlərinizlə desək sizin də çirkaba bulaşmağınızdan xəbər vermirmi?
2. Bir neçə ay bundan qabaq “Əxlaqından narazuyam” deyib yenidən bir təlim tərbiyə ocağı olan bağçaya müdir təyin etdiyiniz Asya xanımla bağlı dediyiniz sözü geri götürməyiniz anlamına gəlmirmi?
3. Çaylı kəndində 11 bələdiyyə üzvünü kənara qoyub bələdiyyə üzvü olmayan Baxış adlı şəxsi Məmmədin təklifi ilə qeyri qanuni yolla sədr təyin edəndə minlərlə kənd əhalisinə hörmətsizlik etdiyinizi hiss etmədinizmi?
4. Birinci müavininizin sürücüsü Vələd Kərimovu günahsız yerə işdən qovarkən onun körpə övladları heç gözünüzün qabağına gəlmədimi?

Qazax rayon ictimaiyyətinin Rəcəb müəllimə keçən dəfə ünvanladığı suallardan bir nəticə çıxmasa da onlar hələ də güvəndikləri dağlara qar yağmadığı qənaətindədirlər.

Mövzunu davam etdirəcəyik.

Şərhlər

XƏBƏR LENTİ