SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Saxta diplomlu icra nümayəndəsi Nurəddin Yaqubəliyevin Ağstafada özbaşınalıqları-ŞİKAYƏT

Saxta diplomlu icra nümayəndəsi Nurəddin Yaqubəliyevin Ağstafada özbaşınalıqları-ŞİKAYƏT

Tarix:

19-05-2017, 16:26

/ 122 763 dəfə oxundu.
Saxta diplomlu icra nümayəndəsi Nurəddin Yaqubəliyevin Ağstafada özbaşınalıqları-ŞİKAYƏT

Paytaxtda baş verənlər bölgələrdəki olayları, haqsızlıqları, ciddi qanun pozuntularını sanki bir qədər diqqətdən kənarda qoyub. Ancaq unutmamalıyıq ki, bölgələrdə də dövlət siyasətinə zidd fəaliyyət göstərən, büdcəni talayan, insanları incidən, dövlətdən, prezidentdən narazı salan məmurların sayı da az deyil. Belələrindən biri də Ağstafa rayon İcra Hakimiyyəti başçısının Qıraq Kəsəmən kənd üzrə nümayəndəsi Nurəddin Yaqubəliyevdir. Onun tutduğu vəzifə o qədər böyük olmasa da, yol verdiyi qanunsuzluqların, haqsızlıqların, saxtakarlıqların miqyasını kifayət qədər böyük hesab etmək olar. N.Yaqubəliyev 2010-cu ildən bu vəzifədə işləyir. Ötən beş ildə onun çıxartmadığı “oyun”, yol vermədiyi saxtakarlıq qalmayıb. Demək olar o, rəhbərlik etdiyi idarəni şəxsi obyektinə çevirib. Burada qohumlarından, yaxın tanışlarından ibarət “ölü canlar” saxlayır və onların adına yazdığı pulu özü mənimsəyir. İcra nümayəndəliyində təkcə xidmətçilərin sayı 6 nəfərdir. Hamısı da yarımştat işə götürülüb. Əslində isə buraya 1-2 xidmətçi kifayət edər. Xidmətçilərin çoxluğu onunla bağlıdır ki, onların hər biri işə götürülərkən hərəsindən 1000 manat rüşvət alınıb. N.Yaqubəliyev əməli ilə həm də dövlət büdcəsinə ziyan vurur. Məsələ burasıdır ki, qanunvericiliyə görə, yarımştat işləyən işçilər DSMF ödənişlər etməkdən azaddırlar. İcra nümayəndəsi bunları yaxşı bilsə də, onu dövlətin mənafeyi deyil, öz cibi daha çox maraqlandırır.
Yaşayış yeri, ailə tərkibi ilə bağlı sakinlərə verilən arayışların da öz qiyməti var. Belə ki, adi arayışlar 2 manata verilir, ünvanlı sosial yardım almaq məqsədilə tələb olunan arayışa görə isə 50 manat ödənilməlidir. Bu qiymətlər kasıb kənd sakinləri tərəfindən ciddi narazılıqla qarşılansa da, icra nümayəndəsi heç kəsə güzəşt etmir.
Nürəddin Yaqubəliyevin ən çox saxta gəlir yerlərindən biri də dövlət tərəfindən ayrılan subsidyalara bağlıdır. Belə ki, il ərzində Qıraq Kəsəmən kəndinin ərazisində təxminən 100 hektar (ha) taxıl əkilsədə o, bu rəqəmi sənədlərdə 500 ha göstərir və nəticədə əldə olunan külli miqdarda vəsaiti mənimsəyir.
N.Yaqubəliyev həm də kəndin “işverəni” kimi ad çıxarıb. Belə ki, o, kənd sakinləri ilə bağlı hər bir xırda məsələni şişirdərək polis əməkdaşlarına ötürür və sonda həmin işlə bağlı əldə olunan “qazancdan” faiz alır. Ən maraqlısı odur ki, bu qədər çirkin əməllərin sahibi olan şəxsin ali təhsil haqqındakı diplomu da saxtadır. Həmin diplom (AB-1-N 016345, Qeyd № 2750) ona Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən satılıb. Guya, N.Yaqubəliyev Gürcüstan Respublikasında fəaliyyət göstərən “Universitetlərdən” birinə qəbul olub, sonra Qazax filialına “perovod” olunub. İxtisasca ekoloqdur. Sonradan məlum olub ki, Qazax filialında ekologiya üzrə ixtisas olmayıb.
Bəs necə olur ki, bu qədər saxta əməllərin sahibi olan, kənd sakinlərinin hədsiz nifrətini qazanan onlarda dövlətə, dövləçiliyə qarşı inamsızlıq yaradan bir məmur hələ də vəzifəsinin icrasını davam etdirir? Təbii ki, bunun öz səbəbləri var. Məsələ burasındadır ki, icra nümayəndəsinə “meydan” verən onun rayon rəhbərliyindəki havadarlarıdır. Həmin havadarlar arasında rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ramiz Tatarovun, Sosial-iqtisadi məsələlər üzrə müavin Aydın Hacıyevin, RİH kadrlar şöbəsinin müdiri İlqar Hacıyevin və RİHərazi idarəetmə məsələləri üzrə şöbə müdiri Şaiq Qurbanovun adları xüsusi çəkilir. Onların da icra nümayəndəsini müdafiə etməkdə hər birinin öz marağı var və bu maraqlar hər zaman lazımı səviyyədə təmin olunur. İlqar Hacıyev N.Yaqubəliyevin diplomunun saxta olduğunu bilir, amma gizlədir.
Bəs görəsən ,Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin baş verənlərdən xəbəri yoxdurmu? Əlbəttə ki , var. Çünki Qıraq Kəsəmən kənd sakinləri dəfələrlə kənddəki haqsızlıqlarla bağlı ona müraciət ediblər. Lakin icra başçısı hər dəfə icra nümayəndəsinin havadarlarının mövqeyini şikayətçi kənd sakinlərinin mövqeyindən daha üstün tutub. Görünür, mövcud vəziyyət icra başçısının özünə də sərf edir.
Rayonda əli hər yerdən üzülən Qıraq Kəsəmən kənd saklinləri Bakıdan imdad diləyir, elektron poçtlara məktublar göndərir. Baş Prokurorluğun, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin haqqında bəhs olunan icra nümayəndəsi və onun havadarları barəsində ciddi ölçü götürəcəklərinə ümid edirlər. Ona görə ki, N.Yaqubəliyevin verdiyi saxta arayışların nəticəsində sakinlərin icarə torpaqları N.Yaqubəliyevin yaxın ətrafının, atasının adına keçirilib və bu barədə MTN olunan şikayətlərə dair rayon prokurorluğunda cinayət işi qaldırılıb.
Amma nə faydası İcra nümayəndəsi Nurəddin Yaqubəliyevi himayə edən əsas şəxs İcra Hakimiyyətində işləyən qohumu Şaiq Qurbanovdur. O, Ərazi İdarəetmə Məsələləri üzrə şöbə müdiridir. Nurəddinin bütün zibillərinin üstünü örtür. Bunu da ona görə edir ki, əlbir işləyirlər. Bütün maxinasiyalardan qazanılan pullar bölünür. Şaiq Qurbanova gəlincə pensionerdir, buna baxmayaraq kreslonu ikiəlli qucaqlayıb. 70 yaşının astanasında olan bu qocanı nədən cavan bir kadrla əvəzləmirlər. Yəqin bu suala da İcra Başçısı Məhərrəm Quliyev aydınlıq gətirər.

xalqxeber.az

Elgün Mirzəyev

Şərhlər

XƏBƏR LENTİ